Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-833/2025 11.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlu iddiaçı “VVEST Applı̇ ances" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsindən irəli gələn borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı “VVEST Applı̇ ances" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2025-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2023-cù il tarixli - 334926 saylı müqavilə üzrə 120 AZN əsas borc, 80 AZN cərimə borcu ümumilikdə 200 AZN borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq «VVest Appliances” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında xx.xx.2023- cü il tarixində - 334926 saylı alqı satqı müqaviləsi imzalanmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, İddiaçı MMC Cavabdeh ilkin ödəniş 10 azn olmaqla, kreditlə 1 ay 30 AZN, 11 ay 25 AZN hissə-hissə ödəmək şərtilə 1 ədəd 315 (üç yüz on beş) manat məbləğində Tozsoran satmışdır. Lakin Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməyərək, 334926 saylı alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 25 azn ödəniş etmiş, xx.xx.2024-cü il tarixdən bu günədək heç bir ödəniş etməmişdir, bunun nəticəsində İddiaçı MMC -ə Tozsorana görə əsas borc üzrə 120 (yüz iyirmi) manat, hər gecikdiyi gün üçün faiz üzrə 80 (səksən) manat borcu yaranmışdır. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Fiziki şəxs Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli 334926 saylı alqı-satqı müqaviləsindən məlum olur ki, alıcı müqaviləyə əsasən dəyəri 315 (üç yüz on beş) manat olan Tozsoranın dəyərinin 10 manatını ilkin ödəniş ödəyərək, qalan məbləği həmin müqavilədə yer alan ödəniş cədvəlinə əsasən 1 ay 30 manat, 11 ay 25 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin İİ fəslinin b bəndinə əsasən kredit ödənişinin gecikdilməsi halında alıcı satıcıya hər gecikdirilən gün müqavilə üzrə aylıq ödənişin 1%-i miqdarında dəbbə pulu ödəməlidir. İddiaçının ərizəsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 334926 saylı alqı-satqı müqaviləsi üzrə 120 (bir yüz iyirmi) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə borcu olmaqla ümumilikdə 200 manat borcu vardır. Cavabdeh xx.xx.2024-cü il tarixdə mübahisənin pretenziya qaydasında həll olunması məqsədi ilə xəbərdarlıq məktubu göndərilmiş, 08 yanvar 2025-ci il tarixli "xxxx" MMC-yə məxsus “F-20” arayışından görünür ki, poçt xidməti tərəfindən həmin məktub Cavabdeh çatdırılmamış, buna görə də mübahisənin pretenziya qaydasında həll olunması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh müqavilələri üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır. Eyni zamanda cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliyin icrasını gecikdirdiyindən iddiaçının cərimə tələbi olarsa (dəbbə pulu) tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Ona görə də hesablanmış 80 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 10 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli 334926 saylı alqı-satqı müqaviləsi üzrə 120 (bir yüz iyirmi) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu olmaqla ümumilikdə 130 (bir yüz otuz) manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 334926 saylı alqı-satqı müqaviləsi üzrə 120 (bir yüz iyirmi) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu olmaqla ümumilikdə 130 (bir yüz otuz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsümu tutularaq iddiaçı “VVEST Applı̇ ances" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Şərur Rаyоn Məhkəməsi vаsitəsilə Naxçıvan MR Ali Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №e-2(110)-833/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-833/2025
11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver