Məhkəmə qərarları › İş №e-2(110)-842/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-842/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-842/2025 05.11.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi”tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən APPLE MACBOOK PRO 14 markalı kompüter, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün 5994 (beş min doqquz yüz doxsan dörd) manat ödənilməmiş hissə, 599,40 (beş yüz doxsan doqquz manat, 40 qəpik) manat dəbbə, Ümumilikdə, 6593,40 manat borc və 85,94 manat ödənilmiş dövlət rüsumu Cavabdehalınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmənin hazırlıq iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən növbəti məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq, ərizəsində bildirmişdir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh 2(110)- 842/2025 saylı mülki işi üzrə bizim tərəfimizdən məhkəməyə xx.xx.2025-ci il tarixində telegram ərizəsi daxil olmuşdur. Həmin ərizənin nəzərə alınmamasını və iddia ərizəsinin baxılmamış saxlanılıb dövlət rüsumu ilə geri qaytarılmasını Sizdən xahiş edirik. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.1.0, 261.0.3, 261.0.6 və 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, iddiaçının ərizənin baxılmamış saxlanılması barədə ərizəsi əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 259.0.11, 260, 263-264 -cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı:

1. İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın.

2. İddiaçı MMC tərəfindən X1 vasitəsilə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənmiş 85.94 (səksən beş manat doxsan dörd qəpik) manat dövlət rüsumu İddiaçı MMC-yə geri ödənilsin

3. İddiaçı MMC-yə izah olunur ki, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər.

4. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elekron Məhkəmə Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar