Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-855/2025 14.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlu İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsindən irəli gələn borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2025-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********16627 SAMSUNG GALAXY TAB S9FE 5G markalı planşet, CHARGER adapter, PAKEТ XL XİDMƏTİ, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün 1377 (min üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 137,70 (yüz otuz yeddi manat, 70 qəpik) manat cərimə, ümumilikdə 1514,70 manat borc və 35,15 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********16627 SAMSUNG GALAXY TAB S9FE 5G markalı planşet, CHARGER adapter, PAKET XL XİDMƏTİ, ZƏMANƏT +2 İL XİDMƏTİ almış və nəticədə 1514,70 (min beş yüz on dörd manat, 70 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1377 (min üç yüz yetmiş yeddi) manat (yəni 18 ay x 76,5 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********16627 SAMSUNG GALAXY TAB S9FE 5G markalı planşet, CHARGER adapter, PAKET XL XİDMƏTİ, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün ümumilikdə, 1514,70 (min beş yüz on dörd manat, 70 qəpik) manat olmaqla ondan 1377 (min üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 137,70 (yüz otuz yeddi manat, 70 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Fiziki şəxs Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli ********** saylı mal satınalması müqaviləsindən, həmçinin həmin müqavilənin ayrılmaz hissəsi olan təhvil-təslim aktından məlum olur ki, satıcı tərəfindən müqavilədə göstərilən əşyalar tam qüsursuz şəkildə alıcıya təhvil verilmiş, alıcı isə bu barədə həmin aktı imzalamışdır. İddiaçının ərizəsindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı müqavilə üzrə 1377 (min üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 137.70 (yüz otuz yeddi manat, 70 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1514.70 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 443.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh müqavilələri üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Ona görə də hesablanmış 137.70 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 27.54 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilə üzrə 1377 (min üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 27.54 (iyirmi dörd manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1404.54 (min dörd yüz dörd manat əlli dörd qəpik) manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 35.15 (otuz beş manat on beş qəpik) manat dövlət rüsumunun 2.81 (iki manat səksən bir qəpik) manatı iddiaçıya aid edilməli, qalan 32.34 (otuz iki manat otuz dörd qəpik) manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı müqavilə üzrə 1377 (min üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 27.54 (iyirmi dörd manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1404.54 (min dörd yüz dörd manat əlli dörd qəpik) manat borc və 32.34 (otuz iki manat otuz dörd qəpik) manat ödənilmiş dövlət rüsümu tutularaq İddiaçınə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Şərur Rаyоn Məhkəməsi vаsitəsilə Naxçıvan MR Ali Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №e-2(110)-855/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-855/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver