Məhkəmə qərarları › İş №e-2(110)-857/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-857/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-857/2022 08.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 926.9 manat əsas borc, 139 manat cərimə borcu olmaqla, cəmi 1065.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 527.9 manat əsas borc, 79.1 manat cərimə borcu olmaqla, cəmi 607 manat, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 219.9 manat əsas borc, 32.9 manat cərimə borcu olmaqla, cəmi 252.8 manat, ümumilikdə üç müqavilə üzrə 1674.7 manat əsas, 251 manat cərimə, cəmi 1925.7 manat borcun və 39.26 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Samsung” markalı mobil telefona və “Xiaomi” markalı qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 62 manat olmaqla cəmi 1112.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Samsung” markalı mobil telefona 15 ay ödəniş cədvəli üzrə hər ay 48 manat olmaqla cəmi 719.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Samsung” markalı mobil telefona 15 ay ödəniş cədvəli üzrə hər ay 20 manat olmaqla cəmi 299.9 manat, ümumilikdə üç müqavilə üzrə 2132.7 manat ödəməyi öhdəsinə götürdüyünü, lakin cavabdehin müqavilənin şərtlərini pozaraq üç müqavilə üzrə qalıq qalmış 1674.7 manat borcu qaytarmadığını, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclunun borcu ödəməkdən boyun qaçırdığını, nisyə alqı-satqı müqavilələrinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablandığını və alıcı tərəfindən satıcıya ödənildiyini, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcunun üç müqavilə üzrə 2510 manat təşkil etdiyini, cavabdehin üç müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarının 2510 manat təşkil etdiyi halda humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-nin tərəflərindən güzəşt edildiyini və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i yəni 251 manatın "xxxx" MMC-yə ödənilməli olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair Cavabdeh ünvanına göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən xx.xx.2022-ci il tarixdə onun mobil nömrəsinə zəng edərək iddia tələbi barədə məlumat vermiş və bu haqda telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinin 1-ci bəndinə əsasən, “Satıcı”nın 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) “Alıcı”ya müəyyən müddətə nisyə satılaraq verməsi, “Alıcı”nın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul edilməsi, habelə borcunun “Satıcı”ya ödənilməsinə dair öhdəlik götürmüşdür. Həmin Müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə özərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh ümumi dəyəri 719.99 manat olan Samsung A525 Black 128 GB model mobil telefon üçün ilkin ödəniş etmədən, həmin məbləği 15 ay müddətinə aylıq 48 manat ödəmək şərtilə "xxxx" MMC-dən nisyə almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, gecikdirilən aylıq borc məbləğinə görə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan Ödəniş cədvəlinə əsasən “Alıcı” - Cavabdeh Samsung M525 Black markalı mobil telefonun dəyəri olan 719.99 manat pulu xx.xx.2021-ci il – xx.xx.2023-cü il tarixlərdə hər ay 48 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMCyə xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 527.9 manat əsas borc, 791 manat cərimə borcu olmaqla, cəmi 1318.9 manat borcu vardır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinin 1-ci bəndinə əsasən, “Satıcı”nın 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) “Alıcı”ya müəyyən müddətə nisyə satılaraq verməsi, “Alıcı”nın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul edilməsi, habelə borcunun “Satıcı”ya ödənilməsinə dair öhdəlik götürmüşdür. Həmin Müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə özərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh ümumi dəyəri 299.99 manat olan Samsung A037 White model mobil telefon üçün ilkin ödəniş etmədən, həmin məbləği 15 ay müddətinə aylıq 20 manat ödəmək şərtilə "xxxx" MMC-dən nisyə almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, gecikdirilən aylıq borc məbləğinə görə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan Ödəniş cədvəlinə əsasən “Alıcı” - Cavabdeh Samsung A037 White markalı mobil telefonun dəyəri olan 299.99 manat pulu xx.xx.2021-ci il – xx.xx.2023-cü il tarixlərdə hər ay 20 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMCyə xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 219.9 manat əsas borc, 329 manat cərimə borcu olmaqla, cəmi 548.9 manat borcu vardır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinin 1-ci bəndinə əsasən, “Satıcı”nın 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) “Alıcı”ya müəyyən müddətə nisyə satılaraq verməsi, “Alıcı”nın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul edilməsi, habelə borcunun “Satıcı”ya ödənilməsinə dair öhdəlik götürmüşdür. Həmin Müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə özərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh ümumi dəyəri 1112.98 manat olan Samsung M526 Black model mobil telefon və “Xiaomi” markalı qulaqcıq üçün ilkin ödəniş etmədən, məbləği 18 ay müddətinə aylıq 62 manat ödəmək şərtilə "xxxx" MMC-dən nisyə almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, gecikdirilən aylıq borc məbləğinə görə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan Ödəniş cədvəlinə əsasən “Alıcı” - Cavabdeh Samsung M526 Black model mobil telefonun və “Xiaomi” markalı qulaqcığın dəyəri olan 1112.98 manat pulu xx.xx.2022-ci il – xx.xx.2023cü il tarixlərdə hər ay 62 manat, xx.xx.2023-cü il tarixdə isə 59 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMCyə xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 926.9 manat əsas borc, 1390 manat cərimə borcu olmaqla, cəmi 2316.9 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, Satıcı Alıcıya hər üç müqavilə üzrə əsas və cərimə borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabına 39.26 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə əsasən “Alıcı” - Cavabdeh Samsung A525 Black model mobil telefonun dəyəri olan 719.99 manat pulu xx.xx.2021 – xx.xx.2023-cü il tarixlərdə hər ay 48 manat olmaqla "xxxx" MMC-yə ödəməyi, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə əsasən “Alıcı” - Cavabdeh Samsung A037 White model mobil telefonun dəyəri olan 299.99 manat pulu xx.xx.2021– xx.xx.2023-cü il tarixlərdə hər ay 20 manat olmaqla "xxxx" MMC-yə ödəməyi, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə əsasən alıcı Cavabdeh Samsung M526 Black model mobil telefonun və “Xiaomi” markalı qulaqcığın dəyəri olan 1112.98 manat pulu xx.xx.2022 – xx.xx.2023-cü il tarixlərdə hər ay 62 manat, xx.xx.2023-cü il tarixdə isə 59 manat olmaqla "xxxx" MMC-yə ödəməyi, öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmişdir. Həmçinin iş üzrə tərəflər arasında bağlanmış Müqaviləyə 1 nömrəli Əlavəyə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəli hesablanmış 1 faizi (minimum 50 qəpik) dəbbə hesablanaraq alıcı tərəfindən satıcıya ödənilməsi müəyyən edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrin şərtlərinə müvafiq olaraq da, “Satıcı” “Alıcıdan” ümumilikdə üç müqavilə üzrə 1674.7 manat əsas, 251 manat cərimə, cəmi 1925.7 manat borcun tutularaq ona ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Beləliklə də məhkəmə hesab edir ki, "xxxx" MMC belə bir tələb irəli sürməkdə haqlı olmuş və Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" MMC-yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Alıcı” yazılı formada bağlanmış hər üç müqavilənin şərtlərinə əməl etməməklə “Satıcı” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Satıcı” “Alıcı”ya qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli və Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 527.9 manat əsas borc, 79.1 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 219.9 manat əsas borc, 32.9 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 926.9 manat əsas borc, 139 manat cərimə, hər üç müqavilə üzrə 1674.7 manat əsas, 251 manat cərimə olmaqla, ümumilikdə 1925.7 manat məbləğində pul alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 39.26 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 527.9 (beş yüz iyirmi yeddi manat doxsan qəpik) manat əsas borc, 79.1 (yetmiş doqquz manat on qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 219.9 (iki yüz on doqquz manat doxsan qəpik) manat əsas borc, 32.9 (otuz iki manat doxsan qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 926.9 (doqquz yüz iyirmi altı manat doxsan qəpik) manat əsas borc, 139 (bir yüz otuz doqquz) manat cərimə, hər üç müqavilə üzrə 1674.7 (bir min altı yüz yetmiş dörd manat yetmiş qəpik) manat əsas borc, 251 (iki yüz əlli bir) manat cərimə, cəmi 1925.7 (bir min doqquz yüz iyirmi beş manat yetmiş qəpik) manat borc və 39.26 (otuz doqquz manat iyirmi altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1964.96 (bir min doqquz yüz altmış dörd manat doxsan altı qəpik) manat məbləğində pul alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar