Məhkəmə qərarları › İş №e-2(110)-860/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-860/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-860/2025 14.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlu İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsindən irəli gələn borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2025-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********12723 XİAOMİ REDMİ 13C markalı telefon, PLYONKA İSTEHSALİ XİDMӘТİ, РАКЕТ M XİDMӘTİ, ZӘMANӘT + 3 İL XİDMӘTİ üçün 212,57 (iki yüz on iki manat, 57 qəpik) manat ödənilməmiş hissə, 21,26 (iyirmi bir manat, 26 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********39648 XİAOMİ REDMİ 13C markalı telefon, PLYONKA İSTEHSALİ XİDMӘTİ, PAKET M XİDMӘTİ, ZӘMANӘT + 3 İL XİDMӘTİ üçün 212,57 (iki yüz on iki manat, 57 qəpik) manat ödənilməmiş hissə, 21,26 (iyirmi bir manat, 26 qəpik) manat cərimə, ümumilikdə 467,65 manat borc 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İMEİ KODU **********12723 XİAOМІ REDMİ 13C markalı telefon, PLYONKA İSTEHSALİ XİDMӘТİ, РАКЕТ M XİDMӘTİ, ZӘMANӘT + 3 İL XİDMӘTİ, İMEİ KODU **********39648 XİAOMІ REDMİ 13C markalı telefon, PLYONKA İSTEHSALİ XİDMӘTİ, РАКЕТ M XİDMӘTİ, ZӘMANӘT + 3 İL XİDMӘTİ almış və nəticədə 467,65 (dörd yüz altmış yeddi manat, 65 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 426,78 (dörd yüz iyirmi altı manat, 78 qəpik) manat (18 ay x 23,71 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********12723 XİAOMİ REDMİ 13C markalı telefon, PLYONKA İSTEHSALİ XİDMӘTİ, PAKET M XİDMӘTİ, ZӘMANӘT + 3 İL XİDMӘTİ üçün ümumilikdə, 233,83 (iki yüz otuz üç manat, 83 qəpik) manat olmaqla ondan, 212,57 (iki yüz on iki manat, 57 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 21,26 (iyirmi bir manat, 26 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 426,78 (dörd yüz iyirmi altı manat, 78 qəpik ) manat (18 ay x 23,71 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********39648 XİAOMİ REDMİ 13C markalı telefon, PLYONKA İSTEHSALİ XİDMӘTİ, PAKET M XİDMӘTİ, ZӘMANӘT + 3 İL XİDMӘTİ üçün ümumilikdə, 233,83 (iki yüz otuz üç manat, 83 qəpik) manat olmaqla ondan, 212,57 (iki yüz on iki manat, 57 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 21,26 (iyirmi bir manat, 26 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da, cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Fiziki şəxs Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı və xx.xx.2024-cü il tarixli ********* saylı mal satınalması müqavilələrindən, həmçinin həmin müqavilələrin ayrılmaz hissəsi olan təhvil-təslim aktlarından məlum olur ki, satıcı müqavilələrdə göstərilmiş əşyaları qüsursuz şəkildə alıcıya təhvil vermiş, alıcı bu barədə həmin aktı imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh müqavilələri üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Ona görə də hesablanmış 42.52 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 9 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-ci il tarixli ********* saylı müqavilə üzrə 212,57 (iki yüz on iki manat, 57 qəpik) manat ödənilməmiş hissə, 4,25 (dörd manat, 25 qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli ********* saylı müqavilə üzrə 212,57 (iki yüz on iki manat, 57 qəpik) manat ödənilməmiş hissə, 4,25 (dörd manat, 25 qəpik) cərimə borcu olmaqla ümumilikdə 433.64 (dörd yüz otuz üç manat altmış dörd qəpik) manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 2.40 (iki manat qırx qəpik) manatı iddiaçıya aid edilməli, qalan 27.60 (iyirmi yeddi manat altmış qəpik) manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-ci il tarixli ********* saylı müqavilə üzrə 212,57 (iki yüz on iki manat, 57 qəpik) manat ödənilməmiş hissə, 4,25 (dörd manat, 25 qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli ********* saylı müqavilə üzrə 212,57 (iki yüz on iki manat, 57 qəpik) manat ödənilməmiş hissə, 4,25 (dörd manat, 25 qəpik) cərimə borcu olmaqla ümumilikdə 433.64 (dörd yüz otuz üç manat altmış dörd qəpik) manat borc və 27.60 (iyirmi yeddi manat altmış qəpik) manat ödənilmiş dövlət rüsümu tutularaq İddiaçınə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Şərur Rаyоn Məhkəməsi vаsitəsilə Naxçıvan MR Ali Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar