Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-891/2022 23.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung aksesuar, celebrat qulaqlıq, 4D eynək və İmei kodu **********61993 olan Samsung Galaxy A10 markalı telefon üçün 234.6 (iki yüz otuz dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, 23.4 (iyirmi üç manat qırx qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********44824 olan Xiaomi Redmi 9T markalı telefon üçün 66.9 (altmış altı manat doxsan qəpik) manat ödənilməmiş hissə, 6.1 (altı manat on qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********34212 olan Samsung Galaxy A10S markalı telefon, Samsung aksesuar və 4D eynək üçün 19.3 (on doqquz manat otuz qəpik) manat ödənilməmiş hissə, 1.7 (bir manat yetmiş qəpik) manat cərimə olmaqla, cəmi 352 (üç yüz əlli iki) manat borc və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində cavabdehin ”ABC Telecom” MMC ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********44824 olan Xiaomi Redmi 9T markalı telefon, Samsung aksesuar, celebrat qulaqlıq, 4D eynək, İmei kodu **********61993 olan Samsung Galaxy A10 markalı telefon, İmei kodu **********34212 olan Samsung Galaxy A10S markalı telefon, Samsung aksesuar və 4D eynək aldığını nəticədə 352 (üç yüz əlli iki) manat borc yarandığını, cavabdehin müqavilələrin şərtlərini pozduğunu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 468 (dörd yüz altmış səkkiz) manat olan (18 ay x 26 manat + 0 manat ilkin ödəniş) Samsung aksesuar, celebrat qulaqlıq, 4D eynək və İmei kodu **********61993 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 258 (iki yüz əlli səkkiz) manat olmaqla, ondan 234.6 manat (iki yüz otuz dörd manat altmış qəpik) ödənilməmiş hissə, 23.4 manat (iyirmi üç manat qırx qəpik) manat cərimə pulu borcu yarandığını, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 571.4 manat (beş yüz yetmiş bir manat qırx qəpik) olan (12 ay x 46.7 manat + 11 manat ilkin ödəniş) İmei kodu **********44824 olan Xiaomi Redmi 9T markalı telefon üçün ümumilikdə 73 (yetmiş üç) manat olmaqla, ondan 66.9 manat (altmış altı manat doxsan qəpik) ödənilməmiş hissə, 6.1 manat (altı manat on qəpik) cərimə pulu borcu yarandığını, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 446 (dörd yüz qırx altı) manat olan (18 ay x 21.5 manat + 59 manat ilkin ödəniş) İmei kodu **********34212 olan Samsung Galaxy A10S markalı telefon, Samsung aksesuar və 4D eynək üçün ümumilikdə 21 (iyirmi bir) manat olmaqla ondan 19.3 manat (on doqquz manat otuz qəpik) ödənilməmiş hissə, 1.7 manat (bir manat yetmiş qəpik) cərimə pulu borcu yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 1164.6 manat (bir min yüz altmış dörd manat altmış qəpik) təşkil etdiyini, cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü, cavabdehlə aralarında olan telefon danışığı həmçinin göndərilən xx.xx.2022-ci il xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də qarşı tərəfin müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etmədiyini, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödədiyini, tələblərinin əsaslığının və əmlakın dəyərini sübut edən sənədlərin tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarət olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh ilə (Müştəri) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22025839 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya - 2 il yeni qızıl zəmanətli, telefon quraşdırma xidmətli,İmei kodu **********61993 olan Samsung Galaxy A10 model telefon və Samsung aksesuar, celebrat qulaqlıq, 4D eynəkdir. Tərəflər arasında bağlanmış, xx.xx.2020-ci il tarixli, 22025839 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 468 (dörd yüz altmış səkkiz) manat olan 2 il yeni qızıl zəmanətli, telefon quraşdırma xidmətli,İmei kodu **********61993 olan Samsung Galaxy A10 model telefon və Samsung aksesuar, celebrat qulaqlıq, 4D eynək üçün ilkin ödəniş etmədən, məbləği 18 (on səkkiz) ay müddətinə ayda 26 (iyirmi altı) manat ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Əliyev X1 **********61993 olan Samsung Galaxy A10 markalı telefonu və Samsung aksesuar, celebrat qulaqlıq, 4D eynəyi tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh ilə (Müştəri) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22333605 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya - 2 il yeni qızıl zəmanətli, telefon quraşdırma xidmətli, İmei kodu **********34212 olan Samsung Galaxy A10S markalı telefon, Samsung aksesuar və 4D eynəkdir. Tərəflər arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, 22333605 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 446 (dörd yüz qırx altı) manat olan 2 il yeni qızıl zəmanətli, telefon quraşdırma xidmətli, İmei kodu **********34212 olan Samsung Galaxy A10S markalı telefon, Samsung aksesuar və 4D eynək üçün 59 manat ilkin ödəniş edərək, qalan məbləği 18 (on səkkiz) ay müddətinə ayda 21.5 (iyirmi bir manat əlli qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh manat eynəyi tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh ilə (Müştəri) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23113437 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, “ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya - 2 il ultra qızıl zəmanətli, M paketli, İmei kodu **********44824 olan Xiaomi Redmi 9T model telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, 23113437 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 571.4 manat (beş yüz yetmiş bir manat qırx qəpik) olan 2 il ultra qızıl zəmanətli, M paketli, İmei kodu **********44824 olan Xiaomi Redmi 9T markalı telefon üçün 11 manat ilkin ödəniş edərək qalan məbləği 12 (on iki) ay müddətinə ayda 46.7 (qırx altı manat yetmiş qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. X2 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Əliyev X1 **********44824 olan Xiaomi Redmi 9T markalı telefon tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin cəmiyyətə olan borcu xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 234.6 (iki yüz otuz dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, 23.4 (iyirmi üç manat qırx qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 66.9 (altmış altı manat doxsan qəpik) manat ödənilməmiş hissə, 6.1 (altı manat on qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 19.3 (on doqquz manat otuz qəpik) manat ödənilməmiş hissə, 1.7 (bir manat yetmiş qəpik) manat cərimə olmaqla, cəmi 352 (üç yüz əlli iki) manat təşkil edir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2022-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, mövcud müqavilənn 3.11-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozduğu üçün yuxarıda göstərilən malları "xxxx" MMC-yə tam saz və korlanmamış vəziyyətdə geri qaytarmalı, bu zaman qaytarılan malın birtərəfli qaydada şirkət tərəfindən qiymətləndiriləcəyi, bu mümkün olmadıqda malın müqaviləyə əlavədə qeyd olunmuş dəyərinin tərəfindən tam şəkildə ödənilməsi, odur ki tərəfindən hazırki xəbərdarlıqdan irəli gələn öhdəliklərinicrası ilə əlaqədar çağırışa 3 (üç) gün ərzində riayət olunmadığı təqdirdə Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflərindən aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22025839 saylı Müqaviləyə əsasən alış qiyməti 468 (dörd yüz altmış səkkiz) manat olan 2 il yeni qızıl zəmanətli, telefon quraşdırma xidmətli,İmei kodu **********61993 olan Samsung Galaxy A10 model telefon və Samsung aksesuar, celebrat qulaqlıq, 4D eynək üçün ilkin ödəniş etmədən həmin məbləği 18 (on səkkiz) ay müddətinə ayda 26 (iyirmi altı) manat, xx.xx.2021-ci il tarixli, 22333605 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMCdən alış qiyməti 446 (dörd yüz qırx altı) manat olan İmei kodu **********34212 olan Samsung Galaxy A10S markalı telefon, Samsung aksesuar və 4D eynək üçün 59 manat ilkin ödəniş edərək qalan məbləği 18 (on səkkiz) ay müddətinə ayda 21.5 (iyirmi bir manat əlli qəpik) manat və xx.xx.2021-ci il tarixli, 23113437 saylı Müqaviləyə əsasən alış qiyməti 571.4 (beş yüz yetmiş bir manat qırx qəpik) manat olan İmei kodu **********44824 olan Xiaomi Redmi 9T model telefon üçün 11 manat ilkin ödəniş edərək qalan məbləği 12 (on iki) ay müddətinə ayda 46.7 manat (qırx altı manat yetmiş qəpik) ödəməyi, ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək cəmi 1164.6 manat (bir min yüz altmış dörd manat altmış qəpik) ödəniş etmişdir. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC belə bir tələb irəli sürməkdə haqlı olmuş və Müştəri Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" MMC-yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, 22025839 saylı müqaviləyə əsasən xx.xx.2021-ci il tarixli, 23113437 nömrəli müqaviləyə əsasən İmei kodu **********61993 olan Samsung Galaxy A10 markalı telefon, Samsung aksesuar, celebrat qulaqlıq, 4D eynək üçün 234.6 manat (iki yüz otuz dörd manat altmış qəpik) ödənilməmiş hissə, 23.4 manat (iyirmi üç manat qırx qəpik) manat cərimə, İxx.xx.2021-ci il tarixli, 22333605 saylı Müqaviləyə əsasən İmei kodu **********34212 olan Samsung Galaxy A10S markalı telefon, Samsung aksesuar və 4D eynək üçün 19.3 (on doqquz manat otuz qəpik) manat ödənilməmiş hissə, 1.7 (bir manat yetmiş qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli, 23113437 saylı Müqaviləyə əsasən **********44824 olan Xiaomi Redmi 9T model telefon üçün 66.9 (altmış altı manat doxsan qəpik) manat ödənilməmiş hissə, 6.1 (altı manat on qəpik) manat cərimə olmaqla, cəmi 352 (üç yüz əlli iki) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzidə də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi : İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 22025839 saylı müqaviləyə əsasən İmei kodu **********61993 olan Samsung Galaxy A10 markalı telefon, celebrat qulaqlıq, Samsung aksesuar və 4D eynək üçün 234.6 (iki yüz otuz dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, 23.4 (iyirmi üç manat qırx qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli 22333605 saylı müqaviləyə əsasən İmei kodu **********34212 olan Samsung Galaxy A10S markalı telefon, Samsung aksesuar və 4D eynək üçün 19.3 (on doqquz manat otuz qəpik) manat ödənilməmiş hissə, 1.7 (bir manat yetmiş qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli 23113437 saylı müqaviləyə əsasən İmei kodu **********44824 olan Xiaomi Redmi 9T markalı telefon üçün 66.9 (altmış altı manat doxsan qəpik) manat ödənilməmiş hissə, 6.1 (altı manat on qəpik) manat cərimə olmaqla, cəmi 352 (üç yüz əlli iki) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 382 (üç yüz səksən iki) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-891/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-891/2022
23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver