Məhkəmə qərarları › İş №e-2(110)-897/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-897/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-897/2024 24.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********72891 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER üçün 868.68 (səkkiz yüz altmış səkkiz manat altmış səkkiz qəp) manat ödənilməmiş hissə, 86.32 (səksən altı manat otuz iki qəp) manat cərimə, ümumilikdə 955 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdehalınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasənİmei kod **********72891 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER aldığını və nəticədə 955 (doqquz yüz əlli beş) manat borcu yarandığını, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 928.68 (doqquz yüz iyirmi səkkiz manat altmış səkkiz qəp) manat (18 ay x 48.26 manat + 60 manat ilkin ödəniş) İmei kod **********72891 SAMSUNG GALAXY A24 markalı telefon, SAMSUNG CHARGER üçün ümumilikdə, 955 (doqquz yüz əlli beş) manat olmaqla ondan, 868.68 (səkkiz yüz altmış səkkiz manat altmış səkkiz qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 86.32 (səksən altı manat otuz iki qəp) manat cərimə miqdarında borc yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 60 manat təşkil ediyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2023cü il tarixli, 03784546 saylı Müqavilələrin 1.1-ci bəndinə əsasən, “ABC Telecom“ özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilələrin 2.1-ci bəndinə əsasən həmin əşya 3 il ultra qızıl zəmanətli, XXL paketli İmei kod **********72891 SAMSUNG GALAXY A24 model telefon və SAMSUNG CHARGER zaryatka aparatıdır . Tərəflər arasında bağlanmış, xx.xx.2023-cü il tarixli, 03784546 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 928.68 (doqquz yüz iyirmi səkkiz manat altmış səkkiz qəp) manat olan, 3 il ultra qızıl zəmanətli, XXL paketli, İmei kod **********72891 SAMSUNG GALAXY A24 model telefon və SAMSUNG CHARGER zaryatka aparat üçün 60 mant ilkin ödəniş ödəyərək, qalan məbləği 18 ay müddətinə ayda 48.26 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh, İmei kod **********72891 SAMSUNG GALAXY A24 model telefonu və SAMSUNG CHARGER zaryatka aparatını tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin cəmiyyətə olan borcu xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 868.68 (səkkiz yüz altmış səkkiz manat altmış səkkiz qəp) manat ödənilməmiş hissə, 86.32 (səksən altı manat otuz iki qəp) manat cərimə, ümumilikdə 955 (doqquz yüz əlli beş) manat təşkil edir. İş materiallarında olan 63851055 nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar PAYSİS MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi “ABC Telecom“ MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03784546 saylı Müqavilədən görünür ki, Müştəri qiyməti 928.68 (doqquz yüz iyirmi səkkiz manat altmış səkkiz qəp) manat olan, 3 il ultra qızıl zəmanətli, XXL paketli İmei kod **********72891 SAMSUNG GALAXY A24 model telefon və SAMSUNG CHARGER zaryatka aparat üçün 60 manat ilkin ödəniş ödəyərək, qalan məbləği 18 ay müddətinə ayda 48.26 manat ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək müqavilə üzrə cəmi 60 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; “ - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə qeyd edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, müqavilə üzrə öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas borcun ödənilməmiş hissəsini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə hesablanmış 86.32 manat cərimənin alınması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Müqavilə üzrə əsas borcun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesablanmış 86.32 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 60.80 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 0.80 manatı iddiaçıya aid edilməli, qalan 29.20 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" MMC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" MMC “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 03784546 saylı Müqaviləyə əsasən 868.68 (səkkiz yüz altmış səkkiz manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 60.80 (altmış manat səksən qəpik) manat cərimə, cəmi 929.48 (doqquz yüz iyirmi doqquz manat qırx səkkiz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun 29.20 manatı olmaqla, ümumilikdə 958.68 (doqquz yüz əlli səkiz manat altmış səkkiz qəpik) manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 03784546 saylı Müqaviləyə əsasən 868.68 (səkkiz yüz altmış səkkiz manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 60.80 (altmış manat səksən qəpik) manat cərimə, cəmi 929.48 (doqquz yüz iyirmi doqquz manat qırx səkkiz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun 29.20 manatı olmaqla, ümumilikdə 958.68 (doqquz yüz əlli səkiz manat altmış səkkiz qəpik) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar