Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-911/2023 05.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-сi il tarixli müqaviləsinə əsasən, FEN-DARAQ ROWENTA, ÇAYNİK HOFFMANN üçün 179.96 (yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 17.04 (on yeddi manat dörd qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, MƏHSUL QAYTARİLMASİNDAN SONRA QALAN BORC üçün, 99.99 (doxsan doqquz manat doxsan doqquz qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 296.99 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində cavabdehin ”ABC Telecom” MMC ilə xx.xx.2022-сi il və xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən fen-daraq rowenta, çaynik hoffmann və məhsul qaytarılmasından sonra qalan borc almış nəticədə 296.99 (iki yüz doxsan altı manat 99 qəpik) manat borc yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə xx.xx.2022-сi il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 240.96 (iki yüz qırx manat doxsan altı qəpik) manat (yəni 12 ay x 20 manat + 0.96 manat ilkin ödəniş) olan fen-daraq rowenta, çaynik hoffmann üçün ümumilikdə, 197 (yüz doxsan yeddi) manat olmaqla ondan, 179.96 (yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 17.04 (on yeddi manat dörd qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 99.99 (doxsan doqquz manat doxsan doqquz qəpik) manat (yəni 3 ay x 33.33 manat + 0 manat ilkin ödəniş) olan məhsul qaytarılmasından sonra qalan borc üçün ümumilikdə, 99.99 (doxsan doqquz manat doxsan doqquz qəpik) manat olmaqla ondan, 99.99 (doxsan doqquz manat doxsan doqquz qəpik) manat ödənilməmiş hissədə borcu yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 61 manat təşkil etdiyini bqeyd etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh yaşadığı ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2022-сi il tarixli, saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, ABC Telecom özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya - fendaraq rowenta cf7830, çaynik hoffmann kt2200x-dir. Tərəflər arasında bağlanmış, xx.xx.2022-сi il tarixli, 02644354 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 296.99 manat olan fen-daraq rowenta, çaynik hoffmann üçün 0.96 manat ilkin ödəniş ödəyərək, qalan məbləği 12 ay müddətinə ayda 20 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı Razılaşmadan görünür ki, məhsul qaytarıldıqdan sonra Müüştərinin "xxxx" MMC –yə 99.99 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin cəmiyyətə olan borcu xx.xx.2022-сi il tarixli müqaviləsinə əsasən 179.96 manat ödənilməmiş hissə, 17.04 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 99.99 manat ödənilməmiş hissə, 0 manat cərimə, ümumilikdə 296.99 manat təşkil edir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2023-cüi il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB********************xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-сi il tarixli, 02644354 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxx" MMCdən alış qiyməti 240.96 manat olan fen-daraq rowenta, çaynik hoffmann üçün 0.96 manat ilkin ödəniş ödəyərək qalan məbləği 12 ay müddətinə ayda 20 manat ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. Eyni zamanda xx.xx.2022-ci il tarixli, ********* saylı Razılaşmadan görünür ki, məhsul qaytarıldıqdan sonra Müştərinin "xxxx" MMC - yə 99.99 manat borcu qalmışdır. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilə üzrə cəmi 61 manat ödəniş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC belə bir tələb irəli sürməkdə haqlı olmuş və Cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" MMC-yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" MMC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" MMC “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli xx.xx.2022-сi il tarixli 02644354 saylı Müqaviləyə əsasən, Cavabdeh fen-daraq rowenta, çaynik hoffmann üçün 179.96 (yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 17.04 (on yeddi manat dörd qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən məhsul qaytarılmasından sonra qalan borc üçün 99.99 (doxsan doqquz manat doxsan doqquz qəpik) manat məbləğində pul olmaqla, ümumilikdə 296.99 (iki yüz doxsan altı manat doxsan doqquz qəpik) manat məbləğində alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzidə də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-сi il tarixli 02644354 saylı Müqaviləyə əsasən əsasən Cavabdeh fen-daraq rowenta, çaynik hoffmann üçün 179.96 (yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 17.04 (on yeddi manat dörd qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən məhsul qaytarılmasından sonra qalan borc olan 99.99 (doxsan doqquz manat doxsan doqquz qəpik) manat ödənilməmiş hissə, cəmi 296.99 (iki yüz doxsan altı manat doxsan doqquz qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 326.99 (üç yüz iyirmi altı manat doxsan doqquz qəpik) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-911/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-911/2023
05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver