Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-945/2025 17.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlu İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsindən irəli gələn borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod: **********99307 SAMSUNG GALAXY A16, SAMSUNG CHARGER üçün 516.96 (beş yüz on altı manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 51.70 (əlli bir manat, yetmiş qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, olan ASUS VİVOBOOK kompüter, ZƏMANƏT + 3 İL xidməti üçün, 1299.06 (bir min iki yüz doxsan doqquz manat, altı qəpik) manat ödənilməmiş hissə, 129.91 (yüz iyirmi doqquz manat, doxsan bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1997.62 manat borc, 39.98 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh ilə “ABC TELECOM" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei kod: **********99307 SAMSUNG GALAXY A16, SAMSUNG CHARGER, ASUS VİVOBOOK kompüter, ZƏMANƏT + 3 İL xidməti almış və nəticədə 1997.62 (bir min doqquz yüz doxsan yeddi manat, altmış iki qəpik) manat borc yaranmışdışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 516.96 (beş yü zon altı manat, doxsan altı qəpik) manat (12 ay x 43.08 manat + 0 manat ilkin ödəniş) olan İmei kod: **********99307 SAMSUNG GALAXY A16, SAMSUNG CHARGER üçün ümumilikdə, 568.66 (beş yüz altmış səkkiz manat, 66 qəpik) manat olmaqla ondan, 516.96 (beş yü zon altı manat, 96 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 51.70 (əlli bir manat, 70 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1299.06 (bi rmin iki yüz doxsan doqquz manat, 6 qəpik) manat (18 ay x 72.17 manat + 0 manat ilkin ödəniş) olan ASUS VİVOBOOK kompüter, ZƏMANƏT + 3 İL xidməti üçün ümumilikdə, 1428.97 (bir min dörd yüz iyirmi səkkiz manat, doxsan yeddi qəpik) manat olmaqla ondan, 1299.06 (bir min iki yüz doxsan doqquz manat, altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 129.91 (yüz iyirmi doqquz manat, doxsan bir qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da, cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Fiziki şəxs Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli ********** saylı mal satınalması müqaviləsindən, həmçinin həmin müqavilələrin ayrılmaz hissəsi olan təhviltəslim aktlarından məlum olur ki, satıcı müqavilələrdə göstərilmiş əşyaları qüsursuz şəkildə alıcıya təhvil vermiş, alıcı bu barədə həmin aktı imzalamışdır. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hal-hazırda cavabdehin cəmiyyətə olan borcu 1816.02 manat ödənilməmiş hissə, 181.60 manat cərimə borcu olmaqla cəmi 1997.62 manat təşkil edir. ********** nömrəli, xx.xx.2025-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar PAYSİS MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 39.98 (otuz doqquz manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməmiş və bununla bağlı «ABC TELECOM” MMC tərəfindən cavabdehə xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh müqavilələri üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Ona görə də hesablanmış 181.60 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 20 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilə üzrə 1816.02 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu olmaqla cəmi 1836.02 manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 39.98 (otuz doqquz manat doxsan səkkiz qəpik) manat dövlət rüsumunun 36.80 manatı iddiaçıya aid edilməli, qalan 3.18 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 217.5-cü maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı müqavilə üzrə 1816.02 (bir min səkkiz yüz on altı manat iki qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu olmaqla cəmi 1836.02 (bir min səkkiz yüz otuz altı manat iki qəpik) manat borc və 36.80 (otuz altı manat səksən qəpik) manat ödənilmiş dövlət rüsümu tutularaq İddiaçınə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Şərur Rаyоn Məhkəməsi vаsitəsilə Naxçıvan MR Ali Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №e-2(110)-945/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-945/2025
17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver