Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-956/2025 23.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlu İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı aralarında imzalanmış 20 yanvar 2025-ci il tarixli № AZF/2025/100058/011 saylı müqaviləyə əsasən cavabdehə təqdim edilmiş “TECNO SPARK Go 2024 BG6 4GB/128 GB” markalı cihazın qalıq 318.71 (üç yüz on səkkiz manat yetmiş bir qəpik) manat borc məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında imzalanmış 20 yanvar 2025-ci il tarixli № AZF/2025/100058/011 saylı müqaviləyə görə sonuncuya dəyəri 358.56 (üç yüz əlli səkkiz manat əlli altı qəpik) manat təşkil edən “TECNO SPARK Go 2024 BG6 4GB/128 GBm” markalı telefon cihazı verilmişdir. Cavabdeh isə cihazın dəyərini aylıq 19.92 (on doqquz manat doxsan iki qəpik) manat olmaqla, 18 ay müddətinə, ********* nömrəsinin balansından silinmə yolu ilə ödəməli olduğu halda cəmi 39.85 (otuz doqquz manat səksən beş qəpik) manat ödəniş etmiş, müqavilə üzrə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozmuşdur. Cavabdehin hal-hazırda borcu 318.71 (üç yüz on səkkiz manat yetmiş bir qəpik) manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli AZF/2025/100058/011 saylı Müqaviləyə əsasən satıcı alıcıya 358.56 manat dəyərində məişət avadanlığı satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada məişət avadanlğının dəyərini bu müqavilənin ödəniş şərtlərində göstərilmiş qaydada ödəməyi öhdəsinə götürür. Cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin hazırda 318.71 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Fiziki şəxs X1 ilə bağlanmış xx.xx.2025-ci il tarixli AZF/2025/100058/011 saylı Müqavilədən məlum olur ki, alıcı bu müqaviləyə əsasən ümumi dəyəri 358.56 (üç yüz əlli səkkiz manat əlli altı qəpik) manat olan “TECNO SPARK Go 2024 BG6 4GB/128 GB” üçün ilkin ödəniş ödəmədən, qalan məbləği müqavilədə yer alan ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli AZF/2025/100058/011 saylı Müqavilə üzrə 318.71 (üç yüz on səkkiz manat yetmiş bir qəpik) manat ödənilməmiş borcu vardır. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli AZF/2025/100058/011 saylı Müqavilə üzrə borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliyini lazımi qaydada və vaxtında icra etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2025-ci il tarixli AZF/2025/100058/011 saylı Müqavilə üzrə 318.71 (üç yüz on səkkiz manat yetmiş bir qəpik) manat ödənilməmiş borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Çünki həmin müqavilədə qeyd olunmuşdur ki, “bu müqavilə tərəflər arasında onu imzalandığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli AZF/2025/100058/011 saylı Müqavilə üzrə 318.71 (üç yüz on səkkiz manat yetmiş bir qəpik) manat ödənilməmiş borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsümu olmaqla cəmi 348.71 (üç yüz qırx səkkiz manat yetmiş bir qəpik) manat tutularaq İddiaçınə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Şərur Rаyоn Məhkəməsi vаsitəsilə Naxçıvan MR Ali Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №e-2(110)-956/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-956/2025
23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver