Məhkəmə qərarları › İş №e-2(110)-961/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-961/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-961/2023 12.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********20484 XİAOMİ REDMİ 10 markalı telefon üçün 747.22 (yeddi yüz qırx yeddi manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 74.78 (yetmiş dörd manat yetmiş səkkiz qəpik) manat cərimə pulu, xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən SOYUDUCU HOFFMAN üçün 518 (beş yüz on səkkiz) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********25107 SAMSUNG GALAXY A32 markalı telefon üçün 363.6 (üç yüz altmış üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 36.4 (otuz altı manat qırx qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********82913 olan SAMSUNG GALAXY A12 markalı telefon üçün 277.2 (iki yüz yetmiş yeddi manat iyirmi) manat ödənilməmiş hissə, 27.8 (iyirmi yeddi manat səksən qəpik) manat cərimə, ümumilikdə 2096 (iki min doxsan altı) manat borc və 40.96 manat dövlət rüsumu Cavabdeh alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində cavabdehin ”ABC Telecom” MMC ilə xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli əsasən və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********20484 XİAOMİ REDMİ 10 markalı telefon, SOYUDUCU HOFFMAN, İMEİ Kodu **********25107 SAMSUNG GALAXY A32 markalı telefon və İMEİ Kodu **********82913 olan SAMSUNG GALAXY A12 markalı telefon aldığını və nəticədə ümumilikdə 2096 (iki min doxsan altı) manat borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 897.12 (səkkiz yüz doxsan yeddi manat on iki qəpik) manat (18 ay x 49.84 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********20484 XİAOMİ REDMİ 10 markalı telefon üçün ümumilikdə 822 (səkkiz yüz iyirmi iki) manat olmaqla, ondan 747.22 (yeddi yüz qırx yeddi manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 74.78 (yetmiş dörd manat yetmiş səkkiz qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 888 (səkkiz yüz səksən səkkiz) manat (24 ay x 37 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU HOFFMAN üçün ümumilikdə 569 (beş yüz altmış doqquz) manat olmaqla, ondan 518 (beş yüz on səkkiz) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 871.8 (səkkiz yüz yetmiş bir manat səksən qəpik) manat (18 ay x 45.6 manat + 51 manat ilkin ödəniş) olan İMEİ Kodu **********25107 SAMSUNG GALAXY A32 markalı telefon üçün ümumilikdə 400 (dörd yüz) manat olmaqla, ondan 363.6 (üç yüz altmış üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 36.4 (otuz altı manat qırx qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 556.6 (beş yüz əlli altı manat altmış qəpik) manat (22 ay x 25.3 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********82913 olan SAMSUNG GALAXY A12 markalı telefon üçün ümumilikdə 305 (üç yüz beş) manat olmaqla, ondan 277.2 (iki yüz yetmiş yeddi manat iyirmi) manat ödənilməmiş hissə, 27.8 (iyirmi yeddi manat səksən qəpik) manat cərimə borcu yarandığını, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil aldığının göründüyünü qeyd etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin yaşadığı ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23194577 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, “ABC Telecom“ özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – 2 il ultra qızıl zəmanətli, M paketli, İmei Kodu **********82913, **********8291 Olan SAMSUNG GALAXY A12 model telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, 23194577 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 556.6 (beş yüz əlli altı manat altmış qəpik) manat, 2 il ultra qızıl zəmanətli, M paketli, İmei Kodu **********82913, **********8291 olan SAMSUNG GALAXY A12 model telefon üçün ilkin ödəniş etmədən həmin məbləği 22 ay müddətinə ayda 25.3 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh SAMSUNG GALAXY A12 model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24000629 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, “ABC Telecom“ özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – 2 il ultra qızıl zəmanətli HOFFMANN DFT-167S markalı soyuducudur. Tərəflər arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, 24000629 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 888 (səkkiz yüz səksən səkkiz) manat olan 2 il ultra qızıl zəmanətli HOFFMANN DFT-167S markalı soyuducu üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 24 ay müddətinə ayda 37 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh 2 il ultra qızıl zəmanətli HOFFMANN DFT-167S markalı soyuducunu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24038144 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, “ABC Telecom“ özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – 2 il ultra qızıl zəmanətli, L paketli, İMEİ KOD **********25107, **********25109 olan SAMSUNG GALAXY A32 model telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, 24038144 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 871.8 (səkkiz yüz yetmiş bir manat səksən qəpik) manat olan 2 il ultra qızıl zəmanətli, L paketli, İMEİ KOD **********25107, **********25109 olan SAMSUNG GALAXY A32 model telefon üçün 51 manat ilkin ödəniş ödəyərək, qalan məbləği 18 (on səkkiz) ay müddətinə ayda 45.6 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh 2 il ultra qızıl zəmanətli, L paketli, İMEİ KOD **********25107, **********25109 olan SAMSUNG GALAXY A32 model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03931087 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, “ABC Telecom“ özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal") "Müştəri"yə müqavilədə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən həmin əşya ona məxsus fərdi əlamətləri olan əşya – 3 il Ultra qızıl zəmanətli, L paketli, İMEİ KODU **********20484-**********20492, XİAOMİ REDMİ 10 GB/128GB model telefondur. Tərəflər arasında bağlanmış, xx.xx.2022-ci il tarixli, 03931087 saylı Müqaviləyə Əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 897.05 (səkkiz yüz doxsan yeddi manat beş qəpik) manat olan 3 il Ultra qızıl zəmanətli, L paketli, İMEİ KODU **********20484-**********20492, XİAOMİ REDMİ 10 GB/128GB model telefon üçün ilkin ödəniş etmədən həmin məbləği 18 ay müddətinə ayda 49.84 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən Cavabdeh İMEİ KODU **********20484-**********20492, XİAOMİ REDMİ 10 model telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, halhazırda cavabdehin hər dörd müqavilə üzrə cəmiyyətə olan borcu 1906.02 (bir min doqquz yüz altı manat iki qəpik) manat ödənilməmiş hissə, 189.98 (bir yüz səksən doqquz manat doxsan səkkiz qəpik) manat cərimə, ümumilikdə 2096 (iki min doxsan altı) manat təşkil edir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 40.96 (qırx manat doxsan altı qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Müştəri Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23194577 saylı Müqaviləyə əsasən Alıcı qiyməti 556.6 (beş yüz əlli altı manat altmış qəpik) manat, 2 il ultra qızıl zəmanətli, M paketli, İmei Kodu **********82913, **********8291 olan SAMSUNG GALAXY A12 model telefon üçün ilkin ödəniş etmədən həmin məbləği 22 ay müddətinə ayda 25.3 manat, xx.xx.2021-ci il tarixli, 24000629 saylı Müqaviləyə əsasən Alıcı qiyməti 888 (səkkiz yüz səksən səkkiz) manat olan 2 il ultra qızıl zəmanətli HOFFMANN DFT-167S markalı soyuducu üçün ilkin ödəniş ödəməyərək, həmin məbləği 24 ay müddətinə ayda 37 manat, xx.xx.2021-ci il tarixli, 24038144 saylı Müqaviləyə əsasən Alıcı qiyməti 871.8 (səkkiz yüz yetmiş bir manat səksən qəpik) manat olan 2 il ultra qızıl zəmanətli, L paketli, İMEİ KOD **********25107, **********25109 olan SAMSUNG GALAXY A32 model telefon üçün 51 manat ilkin ödəniş ödəyərək, qalan məbləği 18 (on səkkiz) ay müddətinə ayda 45.6 manat, xx.xx.2022-ci il tarixli, 03931087 saylı Müqaviləyə əsasən Alıcı qiyməti 897.05 (səkkiz yüz doxsan yeddi manat beş qəpik) manat olan 3 il Ultra qızıl zəmanətli, L paketli, İMEİ KODU **********20484- **********20492 olan XİAOMİ REDMİ 10 GB/128GB model telefon üçün ilkin ödəniş etmədən həmin məbləği 18 ay müddətinə ayda 49.84 manat ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqavilələrə əlavələrin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC belə bir tələb irəli sürməkdə haqlı olmuş və Müştəri Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" MMC-yə olan borcunu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; “ - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" MMC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" MMC “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli Müqavilələr üzrə ümumilikdə 1906.02 manat ödənilməmiş hissə, 189.98 manat cərimə olmaqla, cəmi 2096 manat məbləğində borc alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 40.96 manat dövlət rüsumunun əvəzidə də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, və xx.xx.2022-ci il tarixli Müqavilələr üzrə 1906.02 manat ödənilməmiş hissə, 189.98 manat cərimə, cəmi 2096 (iki min doxsan altı) manat məbləğində borc və 40.96 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2136.96 (iki min yüz otuz altı manat, doxsan altı qəpik) manat məbləğində pul alınaraq ”ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətininə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar