Məhkəmə qərarları › İş №e-2(110)-998/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-998/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-998/2025 29.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlu İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli MPK6560035 saylı və xx.xx.2022-ci il tarixli MPK6560995 saylı borc müqavilələrinə əsasən 1414 (bir min dörd yüz on dörd) manat əsas borc, 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1449 (bir min dörd yüz qırx doqquz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixli MPK6560035 saylı və xx.xx.2022-ci il tarixli MPK6560995 saylı borc müqavilələri əsasında ümumi dəyəri 3153 (üç min bir yüz əlli üç) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilələr üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1414 (bir min dörd yüz on dörd) manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh hər iki müqavilələr üzrə 1414 (bir min dörd yüz on dörd) manat əsas borc, 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1449 (bir min dörd yüz qırx doqquz) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli MPK6560035 saylı borc müqaviləsinə görə satıcı alıcıya 1479 (bir min dörd yüz yetmiş doqquz) manat məbləğində və xx.xx.2022-ci il tarixli MPK6560995 saylı borc müqaviləsinə görə 1674 (bir min altı yüz yetmiş dörd) manat dəyərində məişət avadanlıqları satmağı, alıcı isə müqavilələr ilə razılaşdırılmış qaydada məişət avadanlıqlarının dəyərini bu müqavilələrin ödəniş şərtlərində göstərilmiş qaydada ödəməyi öhdəsinə götürür. Cavabdeh müqavilələrin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin hazırda hər iki müqavilələr üzrə 1414 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Fiziki şəxs Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli MPK6560035 saylı və xx.xx.2022-ci il tarixli MPK6560995 saylı borc müqavilələrindən və təhvil-təslim aktlarından məlum olur ki, alıcı bu müqaviləyə əsasən ümumi dəyəri 3153 (üç min bir yüz əlli üç) manat olan TV SAMSUNG ** AU ***0 və TV BEKO 55B 880 B markalı məişət avadanlıqlar üçün ümumi 108 manat ilkin ödəniş ödəyib, qalan məbləği müqavilədə yer alan ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüş və malları qüsursuz şəkildə təhvil almışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli hər iki borc müqavilələri üzrə 1414 (bir min dörd yüz on dörd) manat ödənilməmiş borcu vardır. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli borc müqavilələri üzrə borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh borc müqaviləsi üzrə öhdəliyini lazımi qaydada və vaxtında icra etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli MPK6560035 saylı və xx.xx.2022-ci il tarixli MPK6560995 saylı hər iki borc müqavilələri üzrə 1414 (bir min dörd yüz on dörd) manat ödənilməmiş borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Çünki həmin müqavilələrdə qeyd olunmuşdur ki, “bu müqavilə tərəflər arasında onu imzalandığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli MPK6560035 saylı və xx.xx.2022-ci il tarixli MPK6560995 saylı hər iki borc müqavilələri üzrə 1414 (bir min dörd yüz on dörd) manat ödənilməmiş borc, 35 (otuz beş) manat ödənilmiş dövlət rüsümu olmaqla cəmi 1449 (bir min dörd yüz qırx doqquz) manat tutularaq İddiaçınə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Şərur Rаyоn Məhkəməsi vаsitəsilə Naxçıvan MR Ali Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar