Məhkəmə qərarları › İş №e-2(111)-100/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-100/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-100/2024 09.04.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********77759 “Huawei Nova Y90” markalı telefon, “Blackview Airbuds 7” qulaqlıq üçün 420.04 manat ödənilməmiş hissə, 42.96 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********93333 “Honor X8” markalı telefon üçün 394 manat ödənilməmiş hissə, 39 manat cərimə,xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********1964 “X1 11” markalı telefon, “Sony” qulaqlıq, “X2 10000 mah” üçün 204.96 manat ödənilməmiş hissə, 20.04 manat cərimə olmaqla, ümumilikdə 1121 manat borcun və 31.21 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********77759 “Huawei Nova Y90” markalı telefon, “Blackview Airbuds 7” qulaqlıq, İMEİ kodu **********93333 “Honor X8” markalı telefon, İMEİ kodu **********1964 “X1 11” markalı telefon, “Sony” qulaqlıq, “X2 10000 mah” almış və nəticədə 1121 (min yüz iyirmi bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 653.04 (altı yüz əlli üç manat dörd qəpik) manat (12 ay x 54.42 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********77759 “Huawei Nova Y90” markalı telefon, “Blackview Airbuds 7” qulaqlıq üçün ümumilikdə, 463 (dörd yüz altmış üç) manat olmaqla ondan, 420.04 (dörd yüz iyirmi manat dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 42.96 (qırx iki manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 852 (səkkiz yüz əlli iki) manat (12 ay x 71 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********93333 “Honor X8” markalı telefon üçün ümumilikdə 433 (dörd yüz otuz üç) manat olmaqla ondan 394 (üç yüz doxsan dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 39 (otuz doqquz) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 984.96 (doqquz yüz səksən dörd manat doxsan altı qəpik) manat (18 ay x 54.72 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********1964 “X1 11” markalı telefon, “Sony” qulaqlıq, “X2 10000 mah” üçün ümumilikdə 225 (iki yüz iyirmi beş) manat olmaqla ondan 204.96 (iki yüz dörd manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 20.04 (iyirmi manat dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1471 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2024-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş:xx.xx.2022-ci il tarixli 03301550 nömrəli, xx.xx.2022-ci il tarixli 10713066 nömrəli və xx.xx.2023-cü il tarixli 03273741 nömrəli müqavilələrdən aydın olur ki, həqiqətən də iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilələr imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixli 03301550 nömrəli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMCdən alğı-satqı qiyməti 984.95 manat (18 ay x 54.72 manat + 0 manat ilkin ödəniş) olmaqla İMEİ kodu **********1964 olan “X1 11” markalı telefon, “Sony” qulaqlıq, “X2 10000 mah” almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2023-cü ildir. xx.xx.2022-ci il tarixli 03301550 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşyalar imza edilərək təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli 10713066 nömrəli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMCdən alğı-satqı qiyməti 851.99 manat (12 ay x 71 manat + 0 manat ilkin ödəniş) olmaqla İMEİ kodu **********93333 olan “Honor X8” markalı telefon almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2023-cü ildir. xx.xx.2022-ci il tarixli 10713066 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşya imza edilərək təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli 03273741 nömrəli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alğı-satqı qiyməti 653.04 manat (12 ay x 54.42 manat + 0 manat ilkin ödəniş) olmaqla İMEİ kodu olan **********77759 “Huawei Nova Y90” markalı telefon, “Blackview Airbuds 7” qulaqlıq almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2024-cü ildir. xx.xx.2023-cü il tarixli 03273741 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşyalar imza edilərək təhvil alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03301550 nömrəli, xx.xx.2022-ci il tarixli 10713066 nömrəli və xx.xx.2023-cü il tarixli 03273741 nömrəli müqavilələrin müqavilələrin ayrılmaz tərkib hissəsi olan əlavə ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03301550 nömrəli, xx.xx.2022-ci il tarixli 10713066 nömrəli və xx.xx.2023-cü il tarixli 03273741 nömrəli müqavilələrin 4.1-ci bəndinə əsasən tərəflər arasında yaranan bütün mübahisəli məsələlər danışıqlar yolu ilə həll edilir. Əks halda yaranan mübahisələr Azərbaycan Respublikasının məhkəmə sistemində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir. 19 fevral 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2022-ci il tarixli 03301550 nömrəli, xx.xx.2022-ci il tarixli 10713066 nömrəli və xx.xx.2023-cü il tarixli 03273741 nömrəli müqavilələr üzrə cavabdehin həmin tarixə 1019 manat ödənilməmiş hissə, 102 manat cərimə olmaqla, ümumilikdə 1121 manat borcu vardır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdehn "xxxx" MMC-yə olan borcun ödənilməsi barədə xəbərdar edilərək öhdəliklərin icrasına 3 iş günü ərzində riayət olunmadığı halda müqavilələrin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 31.21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alğısatqı müqavilələri ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyaları Cavabdeh vermiş, cavabdeh isə alğı-satqı müqavilələri ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında xx.xx.2022-ci il tarixli 03301550 nömrəli, xx.xx.2022-ci il tarixli 10713066 nömrəli və xx.xx.2023-cü il tarixli 03273741 nömrəli müqavilələr üzrə 19 fevral 2024-cü il tarixə 1019 manat ödənilməmiş hissə və 102 manat cərimə olmaqla ümumilikdə 1121 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqavilə üzrə 1019 manat ödənilməmiş hissə, 102 manat cərimə borcu olmaqla ümumilikdə 1121 manat məbləğində borcun tutulması barədə tələbi əsaslıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən borcu əks etdirən maliyyə arayışını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 03301550 nömrəli, xx.xx.2022-ci il tarixli 10713066 nömrəli və xx.xx.2023-cü il tarixli 03273741 nömrəli alğısatqı müqavilələri üzrə 19 fevral 2024-cü il tarixinə yaranmış 1019 manat ödənilməmiş hissə və 102 manat cərimə olmaqla, ümumilikdə 1121 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 31.21 manat məbləğində dövlət rüsumu da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 03301550 nömrəli müqavilə üzrə İMEİ kodu **********1964 olan “X1 11” markalı telefon, “Sony” qulaqlıq, “X2 10000 mah” üçün 204.96 manat ödənilməmiş hissə və 20.04 manat cərimə, xx.xx.2022-ci il tarixli 10713066 nömrəli müqavilə üzrə İMEİ kodu **********93333 olan “Honor X8” markalı telefon üçün 394 manat ödənilməmiş hissə və 39 manat cərimə, xx.xx.2023-cü il tarixli 03273741 nömrəli müqavilə üzrə İMEİ kodu **********77759 olan “Huawei Nova Y90” markalı telefon, “Blackview Airbuds 7” qulaqlıq üçün 420.04 manat ödənilməmiş hissə və 42.96 manat cərimə, ümumilikdə 1121 manat borc və 31.21 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1152.21 (min yüz əlli iki manat, iyirmi bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar