Məhkəmə qərarları › İş №e-2(111)-126/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №e-2(111)-126/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № e-2(111)-126/2022 14.06.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi Vəkil məhkəməyə iddia ərizə ilə müraciət edərək Cavabdeh 350 manat əsas borcun, gecikdirilmiş penya pulu olan 35 manatın, hüquqi yardım üçün ödənilmiş 200 manat vəkil xərcinin, 13 manat notarius xərcinin, nəticə etibarı ilə ümumilikdə 598 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul olunaraq işin məhkəmə baxışına hazırlanması 14 iyun 2022-ci il tarixə təyin edilmişdir. Lakin iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər. İddiaçı MMC-nin nümayəndəsi Vəkil məhkəməyə ərizə (vəsatət) göndərərək, cavabdeh tərəfindən 598 manat borc pul iddiaçıya bütünlüklə ödənildiyindən ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının ərizəsi qaytarılmalıdır. Çünki o, ərizənin qaytarılması barədə vəsatət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddiaçının 11 may 2022-ci il tarixdə ********* nömrəli qəbz əsasında ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı MMC-nin Cavabdeh pul tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən 11 may 2022-ci il tarixdə ********* nömrəli qəbz əsasında ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar