Məhkəmə qərarları › İş №e-2(111)-141/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-141/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-141/2022 07.07.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin sədr əvəzi X1, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********98843 olan “Xiaomi Redmi 9” markalı telefon,”Power Bank”, qulaqlıq və aksesuar üçün 34 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2020-cı il tarixli müqaviləyə əsasən İMEİ kodu **********22195 olan “Realme 5” markalı telefon üçün 123 manat ödənilməmiş hissə, 12 manat cərimə,xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75825 olan “Samsung Galaxy A71” markalı telefon üçün 804 manat ödənilməmiş hissə, 80 manat cərimə, ümumilikdə 1056 manat borcun və 30.56 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********98843 olan “Xiaomi Redmi 9” markalı telefon,”Power Bank”, qulaqlıq və aksesuar, İMEİ kodu **********22195 olan “Realme 5” markalı telefon, İMEİ kodu **********75825 olan “Samsung Galaxy A71” markalı telefon almış və nəticədə 1056 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 547 manat (6 ay x 85 manat + 37 manat ilkin ödəniş) olan İMEİ kodu **********98843 olan “Xiaomi Redmi 9” markalı telefon,”Power Bank”, qulaqlıq və aksesuar üçün ümumilikdə 37 manat olmaqla ondan 34 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 478 manat (12 ay x 39 manat + 10 manat ilkin ödəniş) olan İMEİ kodu **********22195 olan “Realme 5” markalı telefon üçün ümumilikdə 135 manat olmaqla ondan 123 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1107.2 manat (12 ay x 80.6 manat + 140 manat ilkin ödəniş) olan İMEİ kodu **********75825 olan “Samsung Galaxy A71” markalı telefon üçün ümumilikdə 884 manat olmaqla ondan 804 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 80 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1171.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsək də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhtəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Məhkəmə Kəngərli Rayon Məhkəməsi tərəfindən cavabdehə faktiki olduğu ünvan üzrə bildirişin göndərildiyini, cavabdehin isə həmin bildirişi xx.xx.2022-ci il tarixdə rəsmi qaydada aldığını nəzərə alaraq işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 21266547 nömrəli, xx.xx.2020-ci il tarixli 21086176 nömrəli və xx.xx.2021-ci il tarixli 22210431 nömrəli müqavilələr imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. Buradan da aydın olur ki, tərəflər arasında müqavilələrdən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə 21266547 nömrəli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alğı-satqı qiyməti 547 manat (6 ay x 85 manat + 37 manat ilkin ödəniş) olmaqla İMEİ kodu **********98843 olan “Xiaomi Redmi 9” markalı telefon,”Power Bank”, qulaqlıq və aksesuar almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2021-ci ildir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə 21086176 nömrəli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alğı-satqı qiyməti 478 manat (12 ay x 39 manat + 10 manat ilkin ödəniş) olmaqla İMEİ kodu **********22195 olan “Realme 5” markalı telefon almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2022-ci ildir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 22210431 nömrəli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alğı-satqı qiyməti 1107.2 manat (12 ay x 80.6 manat + 140 manat ilkin ödəniş) olmaqla İMEİ kodu **********75825 olan “Samsung Galaxy A71” markalı telefon almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2022-ci ildir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 gün ərzində riayət olunmadığı təqdirdə müqavilənin 4.1-ci maddəsinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan müqavilələrin 4.1-ci bəndinə əsasən müqavilədən əmələ gələn mübahisələr danışıqlar yolu ilə həll edilir. Əks halda yaranan mübahisələr Azərbaycan Respublikası məhkəmə sistemində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həll edilir. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əlavə ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********98843 olan “Xiaomi Redmi 9” markalı telefon,”Power Bank”, qulaqlıq və aksesuar, İMEİ kodu **********22195 olan “Realme 5” markalı telefon, 12 manat cərimə, İMEİ kodu **********75825 olan “Samsung Galaxy A71” markalı telefon üçün cavabdehin həmin tarixə müqavilələr üzrə 961 manat ödənilməmiş hissə, 95 manat cərimə borcu olmaqla ümumilikdə 1056 manat borcu vardır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30.56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alğısatqı müqavilələri ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alğı-satqı müqavilələri ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında xx.xx.2020-ci il tarixdə 21266547 nömrəli, xx.xx.2020-ci il tarixdə 21086176 nömrəli və xx.xx.2021-ci il tarixli 22210431 nömrəli müqavilələr üzrə xx.xx.2022-ci il tarixə 961 manat ödənilməmiş hissə, 95 manat cərimə borcu olmaqla, ümumilikdə 1056 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqavilələr üzrə 961 manat ödənilməmiş hissə, 95 manat cərimə borcu olmaqla, ümumilikdə 1056 manat məbləğində borcun tutulması barədə tələbi əsaslıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən borcu əks etdirən maliyyə arayışını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli 21266547 nömrəli, xx.xx.2020-ci il tarixli 21086176 nömrəli və xx.xx.2021-ci il tarixli 22210431 nömrəli alğısatqı müqavilələri üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 961 manat ödənilməmiş hissə, 95 manat cərimə, ümumilikdə 1056 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30.56 manat dövlət rüsumu da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 21266547 nömrəli, xx.xx.2020-ci il tarixli 21086176 nömrəli və xx.xx.2021-ci il tarixli 22210431 nömrəli müqavilələr üzrə İMEİ kodu **********98843 olan “Xiaomi Redmi 9” markalı telefon,”Power Bank”, qulaqlıq və aksesuar, İMEİ kodu **********22195 olan “Realme 5” markalı telefon, 12 manat cərimə, İMEİ kodu **********75825 olan “Samsung Galaxy A71” markalı telefon üçün 961 manat ödənilməmiş hissə, 95 manat cərimə, ümumilikdə 1056 manat borc və 30.56 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1086.56 (bir min səksən altı, 56 qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi (elektron qaydada) vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar