Məhkəmə qərarları › İş №e-2(111)-152/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №e-2(111)-152/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № e-2(111)-152/2024 20.05.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********93468 olan “X1 9” markalı telefon üçün 30.6 manat ödənilməmiş hissə, 3.4 manat cərimə olmaqla ümumilikdə 34 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə 16 may 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək Cavabdeh borcunu ödədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiadan imtina etdiklərini bildirmiş və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iddiaçının iddiadan imtina etməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 52.5-ci maddəsində nəzərdə tutulmuş əsasları müəyyən etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmçinin Azərbaycan Respublikasının MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadda büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumu məbləğinin qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə hökümət ödəniş portalı vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə iddiaçı "xxxx" MMC-nin iddiadan imtinası qəbul edilərək həmin iş üzrə icraata xitam verilsin. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə hökümət ödəniş portalı vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar