Məhkəmə qərarları › İş №e-2(111)-159/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №e-2(111)-159/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № e-2(111)-159/2025 02.05.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqarov Əziz oğlu, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh subroqasiya qaydasında pul tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 400 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat ümumilikdə 430 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən məlum oldu ki, iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyildir. Belə ki, iddiaçı verilmiş tələbi təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmiş, yəni, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə protokol tərtib edilsə də, onun barəsində inzibati tənbeh vermə haqqında qərar (təqsirli olmasını təsdiq edən sənəd) və icbari sığorta müqaviləsinə dair məlumatlarda “HYUNDAYİ ACCENT” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi üzrə sığortalının X1 göstərilməsinə baxmayaraq cavabdehin hadisə vaxtı həmin nəqliyyat vasitəsini idarə etmə hüququnun olması ilə bağlı etibarnamə iş materiallarına əlavə edilməmişdir. Belə olan halda iddia ərizəsinın qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsi qaytarıldığına görə "xxxx" ASC tərəfindən AsanPay ödəniş portalı vasitəsilə xx.xx.2025-ci il tarixdə **********30 nömrəli qəbzlə Kəngərli Rayon Məhkəməsinə ödənilmiş 30 manat dövlət rüsumu özünə qaytarılmalıdır. "xxxx" ASC-yə izah olunmalıdır ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 284-4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdim: İddiaçı "xxxx" ASC-nin Cavabdeh subroqasiya qaydasında pul tələbi barədə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilsin. "xxxx" ASC tərəfindən AsanPay ödəniş portalı vasitəsilə xx.xx.2025-ci il tarixdə **********30 nömrəli qəbzlə Kəngərli Rayon Məhkəməsinə ödənilmiş 30 manat dövlət rüsumu özünə geri qaytarılsın. "xxxx" ASC-yə izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar