Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-192/2025 11.07.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL XİDMƏTİ, FEN PHİLİPS üçün 290,08 (iki yüz doxsan manat, 08 qəpik) manat ödənilməmiş hissə, 29,01 (iyirmi doqquz manat, 01 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET M xidməti, İMEİ KODU R8YX409C9HV SAMSUNG GALAXY TAB A9 markalı planşet üçün 198,56 (yüz doxsan səkkiz manat, 56 qəpik) manat ödənilməmiş hissə, 19,86 (on doqquz manat, 86 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, TONAL KREM EVELİNE 3 ədəd, KONTURİNQ BELORDESİGN, GLİTTER YAPİŞDİRİCİ, TRANSPARANT KİRŞAN, FEN FİRÇASİ KİÇİK, FEN FİRÇASİ NASCİTA KİÇİK, BB KREM EVELİNE, MAKİYAJ ÜÇÜN BAZA EVELİNE BASE FULL, DARAQ NASCİTA İNCƏ QARA üçün 123,90 (yüz iyirmi üç manat, 90 qəpik) manat ödənilməmiş hissə, 12,39 (on iki manat, 39 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QAŞ ÜÇÜN FİKSATOR DİVAGE BROW, SAÇ SPREYİ MORFOSE EKSTRA GÜCLÜ, SUYA DAVAMLİ MAKİYAJ TƏMİZLƏYİCİ NƏM SALFET ULTRA, ÜZ ZƏRDABİ COSMOGENESİS İNTENSİV NƏMLƏNDİRİCİ, DARAQ - QAYÇİ DƏST NASCİTA, SAÇ SPREYİ MORFOSE ULTRA GÜCLÜ, GÖZ KÖLGƏSİ BELORDESİNG NUDE, SAÇ ÜÇÜN GEL MUM MORFOSE, MAKİYAJ TƏMİZLƏYİCİ NƏM SALFET ULTRA üçün 90,24 (doxsan manat, 24 qəpik) manat ödənilməmiş hissə, 9,02 (doqquz manat, 02) manat cərimə olmaqla ümumilikdə 773,06 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, tarixli müqavilələrə əsasən, ZƏMANƏT + 3 İL XİDMƏTİ, FEN PHİLİPS, SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET M xidməti, İMEİ KODU R8YX409C9HV SAMSUNG GALAXY TAB A9 markalı planşet, TONAL KREM EVELİNE 3 ədəd, KONTURİNQ BELORDESİGN, GLİTTER YAPİŞDİRİCİ , TRANSPARANT KİRŞAN, FEN FİRÇASİ KİÇİK, FEN FİRÇASİ NASCİTA KİÇİK, BB KREM EVELİNE, MAKİYAJ ÜÇÜN BAZA EVELİNE BASE FULL, DARAQ NASCİTA İNCƏ QARA, QAŞ ÜÇÜN FİKSATOR DİVAGE BROW, SAÇ SPREYİ MORFOSE EKSTRA GÜCLÜ, SUYA DAVAMLİ MAKİYAJ TƏMİZLƏYİCİ NƏM SALFET ULTRA, ÜZ ZƏRDABİ COSMOGENESİS İNTENSİV NƏMLƏNDİRİCİ, DARAQ - QAYÇİ DƏST NASCİTA, SAÇ SPREYİ MORFOSE ULTRA GÜCLÜ, GÖZ KÖLGƏSİ BELORDESİGN NUDE, SAÇ ÜÇÜN GEL MUM MORFOSE, MAKİYAJ TƏMİZLƏYİCİ NƏM SALFET ULTRA almış və nəticədə 773,06 (yeddi yüz yetmiş üç manat, 06 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğısatqı qiyməti 324,72 (üç yüz iyirmi dörd manat, 72 qəpik) manat (18 ay x 18,04 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL XİDMƏTİ, FEN PHİLİPS üçün ümumilikdə, 319,09 (üç yüz on doqquz manat, 09 qəpik) manat olmaqla ondan, 290,08 (iki yüz doxsan manat, 08 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29,01 (iyirmi doqquz manat, 01 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alğısatqı qiyməti 499,96 (dörd yüz doxsan doqquz manat, 96 qəpik) manat (12 ay x 38,33 manat + 40 manat ilkin ödəniş) olan SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET M xidməti, İMEİ KODU R8YX409C9HV SAMSUNG GALAXY TAB A9 markalı planşet üçün ümumilikdə 218,42 (iki yüz on səkkiz manat, 42 qəpik) manat olmaqla ondan 198,56 (yüz doxsan səkkiz manat, 56 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19,86 (on doqquz manat, 86 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 134,40 (yüz otuz dörd manat, 40 qəpik) manat (12 ay x 11,20 manat + 0 manat ilkin ödəniş) olan TONAL KREM EVELİNE 3 ədəd, KONTURİNQ BELORDESİGN, GLİTTER YAPİŞDİRİCİ, TRANSPARANT KİRŞAN, FEN FİRÇASİ KİÇİK, FEN FİRÇASİ NASCİTA KİÇİK, BB KREM EVELİNE, MAKİYAJ ÜÇÜN BAZA EVELİNE BASE FULL, DARAQ NASCİTA İNCƏ QARA üçün ümumilikdə 136,29 ( yüz otuz altı manat, 29 qəpik) manat olmaqla ondan 123,90 (yüz iyirmi üç manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12,39 (on iki manat, 39 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 90,24 (doxsan manat, 24 qəpik) manat (12 ay x 7,52 manat + 0 manat ilkin ödəniş) olan QAŞ ÜÇÜN FİKSATOR DİVAGE BROW, SAÇ SPREYİ MORFOSE EKSTRA GÜCLÜ, SUYA DAVAMLİ MAKİYAJ TƏMİZLƏYİCİ NƏM SALFET ULTRA , ÜZ ZƏRDABİ COSMOGENESİS İNTENSİV NƏMLƏNDİRİCİ, DARAQ - QAYÇİ DƏST NASCİTA, SAÇ SPREYİ MORFOSE ULTRA GÜCLÜ, GÖZ KÖLGƏSİ BELORDESİGN NUDE, SAÇ ÜÇÜN GEL MUM MORFOSE, MAKİYAJ TƏMİZLƏYİCİ NƏM SALFET ULTRA üçün ümumilikdə, 99,26 (doxsan doqquz manat, 26 qəpik) manat olmaqla ondan, 90,24 (doxsan manat, 24 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9,02 (doqquz manat, 02) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 346,54 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissələri olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsullları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş:xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli 02059345 nömrəli, xx.xx.2024-cü il tarixli 09647564 nömrəli və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilələrdən aydın olur ki, həqiqətən də iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilələr imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. xx.xx.2024-cü il tarixli ********* nömrəli müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alğı-satqı qiyməti 324,72 manat (18 ay x 18,04 manat + 0 manat ilkin ödəniş) olmaqla ZƏMANƏT + 3 İL XİDMƏTİ, FEN PHİLİPS markalı məhsulu almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2026-cı ildir. xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan məhsullar tam qüsursuz halda, imza edilərək təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli 02059345 nömrəli müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alğı-satqı qiyməti 499,96 manat (12 ay x 38,33 manat + 40 manat ilkin ödəniş) olmaqla SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET M xidməti, İMEİ KODU R8YX409C9HV SAMSUNG GALAXY TAB A9 markalı planşet almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2025-ci ildir. xx.xx.2024-cü il tarixli 02059345 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan məhsullar tam qüsursuz halda, imza edilərək təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli 09647564 nömrəli müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alğı-satqı qiyməti 134,40 manat (12 ay x 11,20 manat + 0 manat ilkin ödəniş) olmaqla TONAL KREM EVELİNE 3 ədəd, KONTURİNQ BELORDESİGN, GLİTTER YAPİŞDİRİCİ, TRANSPARANT KİRŞAN, FEN FİRÇASİ KİÇİK, FEN FİRÇASİ NASCİTA KİÇİK, BB KREM EVELİNE, MAKİYAJ ÜÇÜN BAZA EVELİNE BASE FULL, DARAQ NASCİTA İNCƏ QARA adlı məhsulları almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2025-ci ildir. xx.xx.2024-cü il tarixli 09647564 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan məhsullar tam qüsursuz halda, imza edilərək təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli ********* nömrəli müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alğı-satqı qiyməti 90,24 manat (12 ay x 7,52 manat + 0 manat ilkin ödəniş) olmaqla QAŞ ÜÇÜN FİKSATOR DİVAGE BROW, SAÇ SPREYİ MORFOSE EKSTRA GÜCLÜ, SUYA DAVAMLİ MAKİYAJ TƏMİZLƏYİCİ NƏM SALFET ULTRA , ÜZ ZƏRDABİ COSMOGENESİS İNTENSİV NƏMLƏNDİRİCİ, DARAQ - QAYÇİ DƏST NASCİTA, SAÇ SPREYİ MORFOSE ULTRA GÜCLÜ, GÖZ KÖLGƏSİ BELORDESİGN NUDE, SAÇ ÜÇÜN GEL MUM MORFOSE, MAKİYAJ TƏMİZLƏYİCİ NƏM SALFET ULTRA adlı məhsulları almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2025-ci ildir. xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan məhsullar tam qüsursuz halda, imza edilərək təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli 02059345 nömrəli, xx.xx.2024-cü il tarixli 09647564 nömrəli və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əlavə ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 05 may 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli 02059345 nömrəli, xx.xx.2024-cü il tarixli 09647564 nömrəli və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilələr üzrə cavabdehin həmin tarixə 702,78 manat ödənilməmiş hissə, 70,28 manat cərimə olmaqla ümumilikdə 773,06 manat borcu vardır və cavabdeh həmin tarixədək müqavilələr üzrə ilkin ödənişdə daxil olmaqla cəmi 386,54 manat ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMCyə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alğısatqı müqavilələri ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyaları Cavabdeh vermiş, lakin cavabdeh alğı-satqı müqavilələri ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli 02059345 nömrəli, xx.xx.2024-cü il tarixli 09647564 nömrəli və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilələr üzrə 05 may 2025-ci il tarixə 702,78 manat ödənilməmiş hissə və 70,28 manat cərimə olmaqla ümumilikdə 773,06 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli 02059345 nömrəli, xx.xx.2024-cü il tarixli 09647564 nömrəli və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, iddiaçı "xxxx" MMC-yə ödənilməli olan əsas borcu vaxtında ödəməmiş və bu səbəbdən də, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin şərtlərinə əsasən iddiaçının cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və cərimə borcunun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İddiaçının həmin tələblə bağlı müqavilələr üzrə 702,78 manat ödənilməmiş hissəsi işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığından təmin edilməlidir. Məhkəmə iddiaçının cərimənin ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin iddiaçı cavabdehdən 702,78 manat əsas borcuna münasibətdə 70,28 manat cərimə tələb etmişdir. Məhkəmə hesab edir ki, cərimənin miqdarının bu qədər çox olması borclunun mülkiyyət maraqlarının qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından məqsədəmüvafiq deyildir. Məhkəmə iddiaçının cərimə tələbinə münasibətdə belə nəticəyə gəlir ki, müqavilələrin şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçının 70,28 manat məbləğində cərimə tələbi iddia tələbinin məbləğinə mütənasib deyil və azaldılmalıdır. Bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 35 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən borcu əks etdirən maliyyə arayışını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli 02059345 nömrəli, xx.xx.2024-cü il tarixli 09647564 nömrəli və xx.xx.2024-cü il tarixli ********* nömrəli alğı-satqı müqavilələri üzrə 05 may 2025-ci il tarixə 702,78 manat ödənilməmiş hissə, 35 manat cərimə olmaqla ümumilikdə 737,78 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 28,63 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli 02059345 nömrəli, xx.xx.2024-cü il tarixli 09647564 nömrəli və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilələr üzrə 702,78 manat ödənilməmiş hissə, 35 manat cərimə, cəmi 737,78 manat borc və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 28,63 manatlıq hissəsi olmaqla ümumilikdə 766,41 (yeddi yüz altmış altı manat, qırx bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-192/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-192/2025
11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver