Məhkəmə qərarları › İş №e-2(111)-221/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-221/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-221/2025 13.08.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı alğı-satqı müqavilə üzrə borcun alınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********38145 İPHONE 16 PRO MAX, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, PAKET XXXL xidməti üçün 4654,08 (dörd min altı yüz əlli dörd manat, 8 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 465,41 (dörd yüz altmış beş manat, 41 qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə 5143,09 manat borc və 71,44 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********38145 İPHONE 16 PRO MAX, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, PAKET XXXL xidməti almış və nəticədə 5143,09 (beş min yüz qırx üç manat, 9 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 5294,08 (beş min iki yüz doxsan dörd manat, 8 qəpik) manat (yəni 24 ay x 193,92 manat + 640 manat ilkin ödəniş) olan İmei kod **********38145 İPHONE 16 PRO MAX, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, PAKET XXXL xidməti üçün ümumilikdə, nəticədə 5143,09 (beş min yüz qırx üç manat, 9 qəpik) manat olmaqla ondan 4654,08 (dörd min altı yüz əlli dörd manat, 8 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 465,41 (dörd yüz altmış beş manat, 41 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 640 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İş üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına iştirakı olmadan baxılmasını, iddianı müdafiə etdiyini və qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək iddiaçının nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş:xx.xx.2024-cü il tarixli ********** nömrəli müqavilədən aydın olur ki, həqiqətən də iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli müqavilənin 2.2-ci bəndinə əsasən “Müştəri” qəbul və bəyan edir ki, ********** mobil nömrəsi onun istifadəsindədir. “Müştəri”, həmçinin bu mobil nömrə(lər)dən göndərilən (göndəriləcək) SMS məzmunlarının və məlumatların hər bir halda onun özü tərəfindən göndərilmiş olduğunu qəbul edir və bu halı mübahisələndirmir. Həmin SMS məzmunlar və məlumatlar bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Bu bənddə göstərilən mobil nömrə(lər)dən verilmiş sifarişlər üzrə bütün məsuliyyəti müştəri daşıyır. xx.xx.2024-cü il tarixli ********** nömrəli müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində “Müştəri”nin bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə ABC-dən mal və (və ya) xidmət əldə etmək hüququ var. xx.xx.2024-cü il tarixli ********** nömrəli müqaviləyə əlavə olan xx.xx.2025-ci il tarixli ATL SMS şirkətinin sistemindən SMS göndəriş hesabatının çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh "xxxx" MMC-dən alğı-satqı qiyməti 5294,08 manat (24 ay x 193,92 manat + 640 manat ilkin ödəniş) olmaqla İmei kod **********38145 İPHONE 16 PRO MAX, REKLAM BLOKLAYİCİ AWAX, OPENTUBE, KASPERSKY STANDART, ANTİVİRUSUN QURASHDİRİLMASİ, İT DESTEK, AKKAUNT YARADİLMASİ, KONTAKTLARİN KOCHURULMESİ, MOBİL TETBİQİN YUKLENMESİ, PAKET XXXL, SMARTFONDA MELUMATİN KOCHURULMESİ, TRADE-İN ELAVE DEYERLENDİRME və QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2026-cı ildir. xx.xx.2024-cü il tarixli ********** nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan mal(lar)/xidmət(lər) tam qüsursuz halda, imza edilərək təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli ********** nömrəli müqavilənin 3.5-ci bəndinə əsasən “Müştəri” “Müqavilə” üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində mübahisəsiz olaraq penya ödəyir. 25 iyun 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2024-cü il tarixli ********** nömrəli müqavilə üzrə cavabdehin həmin tarixə 4654,08 manat ödənilməmiş hissə, 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 465,41 manat dəbbə olmaqla ümumilikdə 5143,09 manat borcu vardır və cavabdeh həmin tarixədək xx.xx.2024-cü il tarixli ********** nömrəli müqavilə üzrə ilkin ödəniş də daxil olmaqla 640 manat ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMCyə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 71,44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alğısatqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyaları Cavabdeh vermiş, lakin cavabdeh alğı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında xx.xx.2024-cü il tarixli ********** nömrəli müqavilə üzrə 25 iyun 2025-ci il tarixə 4654,08 manat ödənilməmiş hissə, 465,41 manat cərimə olmaqla ümumilikdə 5119,49 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh xx.xx.2024-cü il tarixli ********** nömrəli müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, iddiaçı "xxxx" MMC-yə ödənilməli olan əsas borcu vaxtında ödəməmiş və bu səbəbdən də, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin şərtlərinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və cərimə borcunun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İddiaçının həmin tələblə bağlı müqavilə üzrə 4654,08 manat ödənilməmiş hissəsi işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığından təmin edilməlidir. Məhkəmə iddiaçının cərimənin ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin iddiaçı cavabdehdən 4654,08 manat əsas borcuna münasibətdə 465,41 manat cərimə tələb etmişdir. Məhkəmə hesab edir ki, cərimənin miqdarının bu qədər çox olması borclunun mülkiyyət maraqlarının qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından məqsədəmüvafiq deyildir. Məhkəmə iddiaçının cərimə tələbinə münasibətdə belə nəticəyə gəlir ki, müqavilələrin şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçının 465,41 manat məbləğində cərimə tələbi iddia tələbinin məbləğinə mütənasib deyil və azaldılmalıdır. Bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 233 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi innovativ layihələr mərkəzinə ödənilmiş rüsumun tələbinə dair hissə də təmin edilməməlidir. Belə ki, göstərilən rüsumun cavabdeh tərəfindən ödənilməsi öhdəliyi müqavilədə nəzərdə tutulmamış, həmçinin belə bir rüsumun iddiaçı tərəfindən ödənildiyini təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmiş və yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Hazırda iddiaçı əşyanın dəyərinin ödənilməmiş hissəsini tələb edir, onun tələbi əşyanın qaytarılması, bu məqsədlə onun istifadəsinə məhdudiyyətin qoyulması və buna görə hər hansı rüsumun ödənilməsi zərurəti ilə bağlı deyildir. İşə əlavə olunmuş İnnovativ Layihələr Mərkəzi tərəfindən verilmiş təhvil-təslim aktında Cavabdeh verilən malın istifadəsinin mümkünsüz edilməsi və ya cihazın İmei kodunun deaktiv olunması ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edilməsi, məhdudiyyətin aradan qaldırılması hallarını müəyyən etmək mümkün olmur. Təhvil-təslim aktında sadəcə İnnovativ Layihələr Mərkəzi tərəfindən açıq-bağlı əməliyyatların sayı göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən cavabdehin borcunu əks etdirən maliyyə və ödəniş cədvəlini əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli ********** nömrəli müqavilə üzrə 25 iyun 2025-ci il tarixə 4654,08 manat ödənilməmiş hissə, 233 manat cərimə olmaqla ümumilikdə 4887,08 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 71,44 manat dövlət rüsumunun 67,88 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********** nömrəli müqavilə üzrə 4654,08 manat ödənilməmiş hissə, 233 manat cərimə, cəmi 4887,08 manat borc və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 67,88 manatlıq hissəsi olmaqla ümumilikdə 4954,96 (dörd min doqquz yüz əlli dörd manat, doxsan altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar