Məhkəmə qərarları › İş №e-2(111)-254/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-254/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-254/2024 28.10.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********69319 “Samsung Galaxy A14” markalı telefon üçün 496.54 manat ödənilməmiş hissə, 49.46 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********39535 “X19 Pro” markalı telefon üçün 160.24 manat ödənilməmiş hissə, 16.76 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********67386 “Xiaomi Redmi 10C” markalı telefon üçün 126.03 manat ödənilməmiş hisssə, 12.97 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********88948 “Huawei Nova Y90” markalı telefon, İMEİ kod **********02785 “Nokia 1.3” markalı telefon üçün 68 manat ödənilməmiş hissə, 6 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “Xiaomi Mİ Camera” üçün 49.02 manat ödənilməmiş hissə, 4.98 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********43807 “Samsung Galaxy A32” markalı telefon üçün 39.08 manat ödənilməmiş hissə, 3.92 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “TV Stick Mİ” üçün 20.14 manat ödənilməmiş hissə, 2.86 manat cərimə pulu olmaqla ümumilikdə 1056 manat borcun və 30.56 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdəki müqavilələrə əsasən, İMEİ kod **********69319 “Samsung Galaxy A14” markalı telefon, İMEİ kod **********39535 “X1 9 Pro” markalı telefon , İMEİ kod **********67386 “Xiaomi Redmi 10C” markalı telefon, İMEİ kod **********88948 “Huawei Nova Y90” markalı telefon, İMEİ kod **********02785 “Nokia 1.3” markalı telefon, “Xiaomi Mİ Camera”, İMEİ kod **********43807 “Samsung Galaxy A32” markalı telefon, “TV Stick Mİ” almış və nəticədə 1056 (min əlli altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 550.07 (beş yüz əlli manat yeddi qəpik) manat (12 ay x 45.14 manat + 8.39 manat ilkin ödəniş) olan İMEİ kod **********69319 “Samsung Galaxy A14” markalı telefon üçün ümumilikdə 546 (beş yüz qırx altı) manat olmaqla ondan, 496.54 (dörd yüz doxsan altı manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 49.46 (qırx doqquz manat qırx altı qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 275.04 (iki yüz yetmiş beş manat dörd qəpik) manat (12 ay x 22.92 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********39535 “Xiaomi Redmi 10C” markalı telefon üçün ümumilikdə 177 (yüz yetmiş yeddi) manat olmaqla ondan 160.24 (yüz altmış manat iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, 16.76 (on altı manat yetmiş altı qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 252.96 (iki yüz əli iki manat doxsan altı qəpik) manat (12 ay x 21.08 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********67386 “Xiaomi Redmi 10C” markalı telefon,üçün 139 (yüz otuz doqquz) manat olmaqla ondan 126.03 (yüz iyirmi altı manat üç qəpik) manat ödənilməmiş hissə, 12.97 (on iki manat doxsan yeddi qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 450 (dörd yüz əlli) manat (12 ay x 37.5 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********88948 “Huawei Nova Y90” markalı telefon, İMEİ kod **********02785 “Nokia 1.3”markalı telefon üçün 74 (yetmiş dörd) manat olmaqla ondan 68 (altmış səkkiz) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 150 (yüz əlli) manat (12 ay x 12.5 manat + 0 manat ilkin ödəniş) olan “Xiaomi Mİ Camera” üçün 54 (əlli dörd) manat olmaqla ondan 49.02 (qırx doqquz manat iki qəpik) manat ödənilməmiş hissə, 4.98 (dörd manat doxsan səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 236.04 (iki yüz otuz altı manat dörd qəpik) manat (12 ay x 19.67 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********43807 “Samsung Galaxy A32” markalı telefon üçün 43 (qırx üç) manat olmaqla ondan 39.08 (otuz doqquz manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 3.92 (üç manat doxsan iki qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 120.96 (yüz iyirmi manat doxsan altı qəpik) manat (12 ay x 10.08 manat + 0 manat ilkin ödəniş) olan “TV Stick Mİ” üçün 23 (iyirmi üç) manat olmaqla ondan 20.14 (iyirmi manat on dörd qəpik) manat ödənilməmiş hissə, 2.86 (iki manat səksən altı qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixində İMEİ kod **********02785 “Nokia 1.3” markalı telefondan imtina etmiş və məhsul 42 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 340 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 42 manat, ümumilikdə, 382 manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 1076.02 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il ,xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2023cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş:xx.xx.2022-ci il tarixli 03333958 nömrəli müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alğı-satqı qiyməti 450 manat (12 ay x 37.5 manat + 0 manat ilkin ödəniş) olmaqla “Huawei Nova Y90” markalı və “Nokia 1.3” markalı telefonları almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2023-cü il ildir. xx.xx.2022-ci il tarixli 03333958 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşyalar imza edilərək təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli 03333958 nömrəli müqavilədən aydın olur ki, həqiqətən də iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixli 03333958 nömrəli müqavilə üzrə Cavabdeh xx.xx.2022-ci il tarixində İMEİ kod **********02785 “Nokia 1.3” markalı telefondan imtina etmiş və məhsul 42 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixli ******* nömrəli müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alğı-satqı qiyməti 120.96 manat (12 ay x 10.08 manat + 0 manat ilkin ödəniş) olmaqla “TV Stick Mİ” almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2023-cü il ildir. xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşya imza edilərək təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilədən aydın olur ki, həqiqətən də iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixli 02623285 nömrəli müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alğı-satqı qiyməti 236.04 manat (12 ay x 19.67 manat + 0 manat ilkin ödəniş) olmaqla “Samsung Galaxy A32” markalı telefon almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2023-cü il ildir. xx.xx.2022-ci il tarixli 02623285 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşya imza edilərək təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli 02623285 nömrəli müqavilədən aydın olur ki, həqiqətən də iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixli 08921266 nömrəli müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alğı-satqı qiyməti 150 manat (12 ay x 12.5 manat + 0 manat ilkin ödəniş) olmaqla “Xiaomi Mİ Camera” almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2024-cü il ildir. xx.xx.2023-cü il tarixli 08921266 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşya imza edilərək təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli 08921266 nömrəli müqavilədən aydın olur ki, həqiqətən də iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 252.96 manat (12 ay x 21.08 manat + 0 manat ilkin ödəniş) olmaqla “Xiaomi Redmi 10C” markalı telefon almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2024-cü il ildir. xx.xx.2023-cü il tarixli ******* nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşya imza edilərək təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli ******* nömrəli müqavilədən aydın olur ki, həqiqətən də iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixli 03084488 nömrəli müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 275.04 manat (12 ay x 22.92 manat + 0 manat ilkin ödəniş) olmaqla “X1 9 Pro” markalı telefon almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2024-cü il ildir. xx.xx.2023-cü il tarixli 03084488 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşya imza edilərək təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli 03084488 nömrəli müqavilədən aydın olur ki, həqiqətən də iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixli 03717318 nömrəli müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 550.02 manat (12 ay x 45.14 manat + 8.39 manat ilkin ödəniş) olmaqla “Samsung Galaxy A14” markalı telefon almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2024-cü il ildir. xx.xx.2023-cü il tarixli 03717318 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşya imza edilərək təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli 03717318 nömrəli müqavilədən aydın olur ki, həqiqətən də iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixli 03333958 nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli 02623285 nömrəli, xx.xx.2023-cü il tarixli 08921266 nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli 03084488 nömrəli və xx.xx.2023-cü il tarixli 03717318 nömrəli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əlavə ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 07 sentyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2022-ci il tarixli 03333958 nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli 02623285 nömrəli, xx.xx.2023-cü il tarixli 08921266 nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli 03084488 nömrəli və xx.xx.2023-cü il tarixli 03717318 nömrəli müqavilələr üzrə cavabdehin həmin tarixə 959.05 manat ödənilməmiş hissə, 96.95 manat cərimə olmaqla ümumilikdə 1056 manat borcu vardır və cavabdeh həmin tarixədək xx.xx.2022-ci il tarixli 03333958 üzrə 340+42 (məhsul qaytarıldıqdan sonra qoyulan qiymət) =382 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 100.82 manat, xx.xx.2022-ci il tarixli 02623285 nömrəli müqavilə üzrə 196.96 manat, xx.xx.2023-cü il tarixli 08921266 nömrəli müqavilə üzrə 100.98 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli müqavilə üzrə 126.93 manat, xx.xx.2023-cü il tarixli 03084488 nömrəli müqavilə üzrə 114.8 manat və xx.xx.2023-cü il tarixli 03717318 nömrəli müqavilə üzrə 53.53 manat ödəməklə ümumilikdə 1076.02 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMCyə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30.56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqısatqı müqavilələri ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyaları Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqavilələri ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında xx.xx.2022-ci il tarixli 03333958 nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022ci il tarixli 02623285 nömrəli, xx.xx.2023-cü il tarixli 08921266 nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli 03084488 nömrəli və xx.xx.2023-cü il tarixli 03717318 nömrəli müqavilələr üzrə 07 sentyabr 2024-cü il tarixə 959.05 manat ödənilməmiş hissə, 96.95 manat cərimə olmaqla ümumilikdə 1056 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixli 03333958 nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022ci il tarixli 02623285 nömrəli, xx.xx.2023-cü il tarixli 08921266 nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli 03084488 nömrəli və xx.xx.2023-cü il tarixli 03717318 nömrəli müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, müqavilələrin ayrılmaz tərkib hissəsi olan əlavə ödəniş cədvəlinə əsasən 07 sentyabr 2024-cü il tarixədək 2035.07 manat ödəməli olduğu halda müqavilə üzrə xx.xx.2024-cü il tarixə cəmi 1076.02 manat ödəniş etmiş və bu səbəbdən də, bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən iddiaçının cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və cərimə borcunun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İddiaçının həmin tələblə bağlı müqavilə üzrə 959.05 manat ödənilməmiş hissəsi işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığından təmin edilməlidir. Məhkəmə iddiaçının cərimənin ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin iddiaçı cavabdehdən 959.05 manat əsas borcuna münasibətdə 96.95 manat cərimə tələb etmişdir. Məhkəmə iddiaçının cərimə tələbinə münasibətdə belə nəticəyə gəlir ki, müqavilə şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçının 96.95 manat məbləğində cərimə tələbi iddia tələbinin məbləğinə mütənasib deyil və azaldılmalıdır. Bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 50 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən borcu əks etdirən maliyyə arayışını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 03333958 nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli 02623285 nömrəli, xx.xx.2023cü il tarixli 08921266 nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli 03084488 nömrəli və xx.xx.2023-cü il tarixli 03717318 nömrəli müqavilələr üzrə 07 sentyabr 2024-cü il tarixə 959.05 manat ödənilməmiş hissə, 50 manat cərimə olmaqla ümumilikdə 1009.05 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30.56 manat dövlət rüsumunun 29.20 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 03333958 nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli 02623285 nömrəli, xx.xx.2023-cü il tarixli 08921266 nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli 03084488 nömrəli və xx.xx.2023-cü il tarixli 03717318 nömrəli müqavilələr üzrə 959.05 manat ödənilməmiş hissə, 50 manat cərimə olmaqla, ümumilikdə 1009.05 manat borc və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 29.20 manatlıq hissəsi, cəmi 1038.25 (min otuz səkkiz manat iyirmi beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar