Məhkəmə qərarları › İş №e-2(111)-262/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-262/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-262/2023 23.10.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixə yaranmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 851.4 manat əsas, 255.4 manat cərimə, cəmi 1106.8 manat borc, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 189.9 manat əsas, 56.9 manat cərimə, cəmi 246.8 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 248.9 manat əsas, 74.6 manat cərimə, cəmi 323.5 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 225.9 manat əsas, 67.7 manat cərimə, cəmi 293.6 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 127.9 manat əsas, 38.3 manat cərimə, cəmi 166.2 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsi üzrə 230.9 manat əsas, 69.2 manat cərimə, cəmi 300.1 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 144.4 manat əsas, 43.3 manat cərimə, cəmi 187.7 manat borc, ümumilikdə yeddi müqavilə üzrə 2019.3 manat əsas, 605.4 manat cərimə, 2624.7 cəmi borc və 46.25 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsi (müqavilələri) barədə məlumat: 1) Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 1277,50 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 71,00 AZN 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Sony" markalı oyun konsulu və oyun son ödəniş məbləği və tarixi: 71,00 AZN xx.xx.2023 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 851,40 AZN gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 2554,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%. Cavabdeh tərəfindən ödənilməli cərimə: 255,40 AZN Tutulmalı olan cəmi məbləğ: 1106,80 AZN. 2) Müqavilənin nömrəsi və tarixi: xx.xx.2021-ci il tarixli № ********* saylı müqavilə məbləği: 889,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 50,00 AZN 18 ay müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Samsung" markalı televizor və oyun, son ödəniş məbləği və tarixi: 50,00 AZN xx.xx.2023 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 189,90 AZN gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 569,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%, Cavabdeh tərəfindən ödənilməli cərimə: 56,90 AZN, tutulmalı olan cəmi məbləğ: 246,80 AZN. 3) Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə məbləği: 764,90 AZN, müqavilənin aylıq ödənişi, müddəti: 43,00 AZN 18 ay, müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Samsung" markalı televizor və oyun. son ödəniş məbləği və tarixi: 43,00 AZN xx.xx.2023. Cavabdeh müddətli (nisyə) alğı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 248,90 AZN gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 746,00 AZN. Nisyə alğı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% . Cavabdeh tərəfindən ödənilməli cərimə: 74,60 AZN. Tutulmalı olan cəmi məbləğ: 323,50 AZN. 4) Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə məbləği: 599,90 AZN Müqavilənin aylıq ödənişi, 34,00 AZN müddəti: 18 ay müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Samsung" markalı paltaryuyan maşın, son ödəniş məbləği və tarixi: 34,00 AZN, xx.xx.2023 Cavabdeh müddətli (nisyə) alğı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 225,90 AZN. Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 677,00 AZN. Nisyə alğı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 67,70 AZN Tutulmalı olan cəmi məbləğ: 293,60 AZN. 5) Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə məbləği: 239,90 AZN. Müqavilənin aylıq ödənişi, müddəti: 14,00 AZN, 18 ay. Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Orient" markalı saat, son ödəniş məbləği və tarixi: 14,00 AZN, xx.xx.2023. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 127,90 AZN gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 383,00 AZN. Nisyə alğı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%. Cavabdeh tərəfindən ödənilməli cərimə: 38,30 AZN. Tutulmalı olan cəmi məbləğ: 166,20 AZN. 6) Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı. Müqavilə məbləği: 619,90 AZN. Müqavilənin aylıq ödənişi, müddəti: 35,00 AZN 18 ay. Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "LG " markalı televizor. Son ödəniş məbləği və tarixi: 35,00 AZN xx.xx.2023. Cavabdeh müddətli (nisyə) alğı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 230,90 AZN. Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 692,00 AZN. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 69,20 AZN. Tutulmalı olan cəmi məbləğ: 300,10 AZN. 7) Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı. Müqavilə məbləği: 448,40 AZN. Müqavilənin aylıq ödənişi, müddəti: 38,00 AZN 12 ay. Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Samsung" markalı mobil telefon və "Baseus" markalı qulaqcıq. Son ödəniş məbləği və tarixi: 36,00 AZN xx.xx.2023. Cavabdeh müddətli (nisyə) alğı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 144,40 AZN. Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 433,00 AZN. Nisyə alqı-satqı müqaviləsinin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%. Cavabdeh tərəfindən ödənilməli cərimə: 43,30 AZN. Tutulmalı olan cəmi məbləğ: 187,70 AZN-dir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə ********* saylı, xx.xx.2022-ci il tarixdə ********* saylı, xx.xx.2022-ci il tarixdə ********* saylı, xx.xx.2022-ci il tarixdə ********* saylı, xx.xx.2022-ci il tarixdə ********* saylı, xx.xx.2022-ci il tarixdə ********* saylı, xx.xx.2022-ci il tarixdə ********* saylı, müddətli (nisyə) alğı-satqı müqavilələri imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan 1 №-li əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 18 ay müddətinə aylıq 71 manat ödəmək şərti ilə "Sony" markalı oyun konsulu və oyun, 18 ay müddətinə aylıq 50 manat ödəmək şərti ilə "Samsung" markalı televizor və oyun, 18 ay müddətinə aylıq 43 manat ödəmək şərti ilə "Samsung" markalı televizor və oyun, 18 ay müddətinə aylıq 34 manat ödəmək şərti ilə "Samsung" markalı paltaryuyan maşın, 18 ay müddətinə aylıq 14 manat ödəmək şərti ilə "Orient" markalı saat, 18 ay müddətinə aylıq 35 manat ödəmək şərti ilə "LG " markalı televizor və 18 ay müddətinə aylıq 38 manat ödəmək şərti ilə "Samsung" markalı mobil telefon və "Baseus" markalı qulaqcıq maşın almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ********* saylı müqavilənin ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 71 manat, son ödəniş tarixi olan xx.xx.2024-cü il tarixdə isə 70.58 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilənin ödəniş cədvəlinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 50 manat, son ödəniş tarixi olan xx.xx.2023-cü il tarixdə isə 40 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilənin ödəniş cədvəlinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 43 manat, son ödəniş tarixi olan xx.xx.2023-cü il tarixdə isə 33.98 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilənin ödəniş cədvəlinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 34 manat, son ödəniş tarixi olan xx.xx.2023-cü il tarixdə isə 21.99 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilənin ödəniş cədvəlinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 14 manat, son ödəniş tarixi olan xx.xx.2023-cü il tarixdə isə 1.99 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilənin ödəniş cədvəlinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 35 manat, son ödəniş tarixi olan xx.xx.2023-ci il tarixdə isə 24.99 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilənin ödəniş cədvəlinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 38 manat, son ödəniş tarixi olan xx.xx.2023-cü il tarixdə isə 30.48 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışlarına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli müqavilə üzrə 851.4 manat əsas, 2554 manat cərimə, cəmi 3405.4 manat borc, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 189.9 manat əsas, 569 manat cərimə, cəmi 758.9 manat borc, xx.xx.2022ci il tarixli, ********* saylı müqavilə üzrə 248.9 manat əsas, 746 manat cərimə, cəmi 994.9 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 225.9 manat əsas, 677 manat cərimə, cəmi 902.9 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 127.9 manat əsas, 383 manat cərimə, cəmi 510.9 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 230.9 manat əsas 692 manat cərimə, cəmi 922.9 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 144.4 manat əsas, 433 manat cərimə, cəmi 577.4 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 46.25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alğısatqı müqavilələri ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alğı-satqı müqavilələri ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli müqavilə üzrə 851.4 manat əsas, 2554 manat cərimə, cəmi 3405.4 manat borc, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 189.9 manat əsas, 569 manat cərimə, cəmi 758.9 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 248.9 manat əsas, 746 manat cərimə, cəmi 994.9 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 225.9 manat əsas, 677 manat cərimə, cəmi 902.9 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 127.9 manat əsas, 383 manat cərimə, cəmi 510.9 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 230.9 manat əsas 692 manat cərimə, cəmi 922.9 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 144.4 manat əsas, 433 manat cərimə, cəmi 577.4 manat borcu olduğu halda cərimə borclarına 90 faiz güzəşt edilmişdir. Güzəşt edildikdən sonra iddiaçı cavabdehdən xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 851.4 manat əsas, 255.4 manat cərimə, cəmi 1106.8 manat borc, xx.xx.2021-ci il tarixli, ********* müqavilə üzrə 189.9 manat əsas, 56.9 manat cərimə, cəmi 246.8 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 248.9 manat əsas, 74.6 manat cərimə, cəmi 323.5 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 225.9 manat əsas, 67.7 manat cərimə, cəmi 293.6 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 127.9 manat əsas, 38.3 manat cərimə, cəmi 166.2 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 230.9 manat əsas, 69.2 manat cərimə, cəmi 300.1 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə isə 144.4 manat əsas, 43.3 manat cərimə, cəmi 187.7 manat borc məbləğində icra edilməmiş pulu tələb edir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilələr bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən müqavilələr üzrə 2019.3 manat əsas, 605.4 manat cərimə olmaqla ümumilikdə 2624.7 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 46.25 manat dövlət rüsumu da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 851.4 manat əsas, 255.4 manat cərimə, cəmi 1106.8 manat borc, xx.xx.2021-ci il tarixli, ********* müqavilə üzrə 189.9 manat əsas, 56.9 manat cərimə, cəmi 246.8 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 248.9 manat əsas, 74.6 manat cərimə, cəmi 323.5 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 225.9 manat əsas, 67.7 manat cərimə, cəmi 293.6 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 127.9 manat əsas, 38.3 manat cərimə, cəmi 166.2 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 230.9 manat əsas, 69.2 manat cərimə, cəmi 300.1 manat borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə isə 144.4 manat əsas, 43.3 manat cərimə, cəmi 187.7 manat borc olmaqla ümumilikdə yeddi müqavilə üzrə 2019.3 manat əsas, 605.4 manat cərimə, cəmi 2624.7 borc və 46.25 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 2670.95 (iki min altı yüz yetmiş manat doxsan beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar