Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-30/2023 11.01.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (“ERA Electronics”) Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 127.80 manat əsas, 20 manat cərimə borcu və 314.49 manat əsas, 30 manat cərimə borcu olmaqla ümumilikdə 492.29 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 522.29 manat məbləğində pulun alınaraq İddiaçı (“ERA Electronics”) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 33268 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 471.49 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 39 manat məbləğ ödəmək şərti ilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi və xx.xx.2021-ci il tarixli, 30503 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 514.80 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 43 manat məbləğ ödəmək şərti ilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics” arasında bağlamış olduğu xx.xx.2022-ci il tarixli, 33268 saylı və xx.xx.2021-ci il tarixli, 30503 saylı müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o, “ERA Electronics”-ə olan borcunu 3 aydan çox müddətdir ki, ödəməmişdir. Borclu sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 82 manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qədər heç bir ödəniş etməmişdir. Borclunun yuxarıdakı müqavilələr üzrə müvafiq olaraq “ERA Electronics”-ə olan borcu 127.80 manatı əsas, 20 manatı cərimə borcu və 314.49 manatı əsas, 30 manatı cərimə borcu olmaqla ümumilikdə 492.29 manatı təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş:- İddiaçı ilə (“ERA Electronics”) Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 33268 nömrəli və xx.xx.2021-ci il tarixli, 30503 nömrəli müqavilələrdən görünür ki, cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. xx.xx.2021-ci il tarixli, 30503 nömrəli müqaviləyə əsasən cavabdeh Xudoev X1 Fazil Əli oğlunun təsisçisi olduğu “ERA Electronics”-dən alğı-satqı qiyməti 514.80 manat (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 43 manat, son ödəmə tarixi olan xx.xx.2022-ci ildə 41.80 manat ödəmək şərti ilə) olan “SAMSUNG SM-A125 128 GB BLUE” markalı telefon almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2022-ci ildir. xx.xx.2022-ci il tarixli, 33268 nömrəli müqaviləyə əsasən cavabdeh Xudoev X1 Fazil Əli oğlunun təsisçisi olduğu “ERA Electronics”-dən alğı-satqı qiyməti 471.49 manat (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 39 manat, son ödəmə tarixi olan xx.xx.2023-cü ildə 42.49 manat ödəmək şərti ilə) olan “SAMSUNG SM-A127 64 GB BLUE” markalı telefon almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2023-cü ildir. xx.xx.2022-ci il tarixli, 33268 nömrəli müqavilənin 9.1-ci bəndinə əsasən alıcı bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, yəni bu müqavilə ilə hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləği 1 aydan çox gecikdirdikdə, satıcının hüququ olacaqdır ki, dərhal bu müqaviləyə vaxtından əvvəl xitam verərək hissəhissə ödənilməsi müəyyən edilmiş məbləği tam şəkildə alıcıdan geri tələb etsin. xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, müqavilələrdə nəzərdə tutulan əşyalar Cavabdeh tərəfindən imza edilərək təhvil alınmışdır. xx.xx.2021-ci il tarixli, 30503 nömrəli və xx.xx.2022-ci il tarixli, 33268 nömrəli müqavilələrin 3.4-cü bəndinə əsasən alıcı tərəfindən aylıq ödənişlər gecikdirildiyi halda satıcı tərəfindən alıcıdan hər gün üçün 1% dəyərində əlavə cərimə tələb oluna bilər. 23 noyabr 2022-ci il tarixli maliyyə arayışlarına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, 33268 nömrəli müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə 471.49 manat dəyərində “SAMSUNG SM-A127 64 GB BLUE” və xx.xx.2021-ci il tarixli, 30503 nömrəli müqaviləyə əsasən isə hissə-hissə ödəmək şərtilə 514.80 AZN dəyərində “SAMSUNG SM-A125 128 GB BLUE” markalı telefon almışdır. Borclu həmin müqavilələr üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 82 AZN olmaqla, ümumilikdə 544 manat ödəniş etmişdir. Halhazırda Cavabdeh müqavilələr üzrə 442.29 manat əsas və 50 manat cərimə borcu olmaqla ümumilikdə 492.29 AZN borcu vardır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh Xudoev X1 Fazil Əli oğluna olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “vergi ödəyicisinin uçota alınması haqqında” şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə ********** VÖEN nömrəsi ilə AZ1054, Bakı Şəhəri Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Hacıbababəyov, ev.3 mən. 25-də vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilələr bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəlikləri yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iş materiallarından aydın olur ki, borclu şəxs hazırkı iş üzrə Cavabdeh xx.xx.2021-ci il tarixli, 30503 nömrəli və xx.xx.2022-ci il tarixli, 33268 nömrəli alğı-satqı müqavilələri ilə öz üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ödənilməli olan əsas borcu vaxtında ödəməmiş, tərəflər arasında bağlanmış alğısatqı müqaviləsinin şərtlərinə əsasən İddiaçı cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və əsas borca hesablanmış cərimənin tam məbləğini tələb etmək hüququ yaranmışdır. Çünki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 30503 nömrəli və xx.xx.2022-ci il tarixli, 33268 nömrəli alğı-satqı müqavilələri üzrə xx.xx.2022-ci il tarixinə 442.29 manat əsas, 50 manat cərimə borcu olmaqla cəmi 492.29 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən borcu əks etdirən maliyyə arayışlarını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 30503 nömrəli və xx.xx.2022-ci il tarixli, 33268 nömrəli alğı-satqı müqavilələri üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 442.29 manat əsas, 50 manat cərimə borcu olmaqla cəmi 492.29 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 30503 nömrəli müqavilə üzrə və 127.80 manat əsas, 20 manat cərimə, xx.xx.2022-ci il tarixli, 33268 nömrəli müqavilə üzrə 314.49 manat əsas, 30 manat cərimə borcu olmaqla cəmi 492.29 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 522.29 (beş yüz iyirmi iki manat, iyirmi doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı (“ERA Electronics”) ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-30/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-30/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver