Məhkəmə qərarları › İş №e-2(111)-312/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-312/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-312/2025 05.11.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi X1, İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borc müqaviləsinə (müqavilələrinə) əsasən 3175 (üç min bir yüz yetmiş beş) manat əsas borc, 52 (əlli iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi olan 3227 (üç min iki min yüz iyirmi yeddi) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC-dən təfərrüatları aşağıdakı cədvəldə göstərilmiş borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 3276 (üç min iki yüz yetmiş altı) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 3175 (üç min bir yüz yetmiş beş) manat əsas borcu qalıb. Müqavilə Müqavilə Müqavilə Müqavilə S/s Müqavilə dəyəri üzrə qalıq tarixi nömrəsi müddəti borc 1 xx.xx.2023 CLK4678035 12 ay 908 AZN 900 AZN 2 xx.xx.2023 CLK4678036 12 ay 582 AZN 576 AZN 3 xx.xx.2023 CLK4678037 12 ay 790 AZN 715 AZN 4 xx.xx.2023 CLK4678050 24 ay 996 AZN 984 AZN Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh müqavilə (müqavilələr) üzrə 3175 (üç min bir yüz yetmiş beş) manat əsas borc, 52 (əlli iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 3227 (üç min iki min yüz iyirmi yeddi) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş:- 30 mart 2023-cü il tarixli CLK4678035 nömrəli borc müqaviləsindən aydın olur ki, həqiqətən də İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə imzalanmış və kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. 30 mart 2023-cü il tarixli CLK4678035 nömrəli borc müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 908 manat məbləğində məişət avadanlığı əldə etmiş, həmin məbləğin 8 manatını ilkin olaraq ödəmiş və qalan 900 manat məbləği 12 ay müddətinə aylıq 75 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 30 mart 2023-cü il tarixli CLK4678035 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan 30 mart 2023-cü il tarixli CLK4678035 nömrəli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən “SAMSUNG SM-A336 128 GB BLUE” markalı məişət avadanlığı imza edilərək təhvil alınmışdır. 30 mart 2023-cü il tarixli CLK4678036 nömrəli borc müqaviləsindən aydın olur ki, həqiqətən də İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə imzalanmış və kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. 30 mart 2023-cü il tarixli CLK4678036 nömrəli borc müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 582 manat məbləğində məişət avadanlığı əldə etmiş, həmin məbləğin 6 manatını ilkin olaraq ödəmiş və qalan 576 manat məbləği 12 ay müddətinə aylıq 48 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 30 mart 2023-cü il tarixli CLK4678036 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan 30 mart 2023-cü il tarixli CLK4678036 nömrəli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən “SAMSUNG SM-A235 64GB BLACK” markalı məişət avadanlığı imza edilərək təhvil alınmışdır. 30 mart 2023 -cü il tarixli CLK4678037 nömrəli borc müqaviləsindən aydın olur ki, həqiqətən də İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə imzalanmış və kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. 30 mart 2023 -cü il tarixli CLK4678037 nömrəli borc müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 790 manat məbləğində məişət avadanlığı əldə etmiş, həmin məbləğin 10 manatını ilkin olaraq ödəmiş və qalan 780 manat məbləği 12 ay müddətinə aylıq 65 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 30 mart 2023 -cü il tarixli CLK4678037 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan 30 mart 2023 -cü il tarixli CLK4678037 nömrəli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən “VELOSİPED VİSTA 26-ZY550 40” markalı məişət avadanlığı imza edilərək təhvil alınmışdır. 02 aprel 2023-cü il tarixli CLK4678050 nömrəli borc müqaviləsindən aydın olur ki, həqiqətən də İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə imzalanmış və kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. 02 aprel 2023-cü il tarixli CLK4678050 nömrəli borc müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 996 manat məbləğində məişət avadanlığı əldə etmiş, həmin məbləğin 12 manatını ilkin olaraq ödəmiş və qalan 984 manat məbləği 24 ay müddətinə aylıq 41 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 02 aprel 2023-cü il tarixli CLK4678050 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan 02 aprel 2023-cü il tarixli CLK4678050 nömrəli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən “WM BEKO 7512 ZSS” markalı məişət avadanlığı imza edilərək təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh ilə 30 mart 2023-cü il tarixdə bağlanmış CLK4678035 nömrəli müqavilə üzrə 900 manat, 30 mart 2023-cü il tarixdə bağlanmış CLK4678036 nömrəli müqavilə üzrə 576 manat, 02 aprel 2023-cü il tarixdə bağlanmış CLK4678050 nömrəli müqavilə üzrə 984 manat olmaqla cavabdehin İddiaçı MMC-yə ümumilikdə 3175 manat əsas (qalıq) borcu vardır. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçı MMCyə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, 3 iş günü müddətində tələb olunan pul məbləği ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı borc müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh borc müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında 30 mart 2023-cü il tarixli CLK4678036 nömrəli, 30 mart 2023-cü il tarixli CLK4678037 nömrəli , 30 mart 2023 -cü il tarixli CLK4678037 nömrəli və 02 aprel 2023-cü il tarixli CLK4678050 nömrəli borc müqavilələri üzrə xx.xx.2024-cü il tarixə 3175 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Tərəflər arasında kredit münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqavilə üzrə 3175 manat məbləğində borcun tutulması barədə tələbi əsaslıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas borcun məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən borcu əks etdirən maliyyə arayışını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 30 mart 2023-cü il tarixli CLK4678036 nömrəli, 30 mart 2023-cü il tarixli CLK4678037 nömrəli , 30 mart 2023 -cü il tarixli CLK4678037 nömrəli və 02 aprel 2023-cü il tarixli CLK4678050 nömrəli borc müqavilələri üzrə ümumilikdə 3175 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 52 manat dövlət rüsumu da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 30 mart 2023-cü il tarixli CLK4678036 nömrəli, 30 mart 2023-cü il tarixli CLK4678037 nömrəli , 30 mart 2023 -cü il tarixli CLK4678037 nömrəli və 02 aprel 2023-cü il tarixli CLK4678050 nömrəli borc müqavilələri üzrə 3175 manat borc və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 52 manat dövlət rüsumu olmaqla cəmi 3227 (üç min iki min yüz iyirmi yeddi) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar