Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-50/2025 06.02.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, VİNİL MAT, PLYONKA İSTEHSALİ, İMEİ KODU **********66700 XİAOMİ REDMİ NOTE 13 PRO+ markalı telefon üçün 1281.88 (min iki yüz səksən bir manat, 88 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 384.56 (üç yüz səksən dörd manat, 56 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********25590 HONOR X9A markalı telefon üçün 348 (üç yüz qırx səkkiz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 104.40 (yüz dörd manat, 40 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən TEC POWERSLİM LCD PD 20000 MAH 20W POWERBANK WİTH USB-C üçün 58 (əlli səkkiz) manat ödənilməmiş hissə, 17.40 (on yeddi manat, 40 qəpik) manat cərimə olmaqla ümumilikdə 2241.44 manat borc, 42.42 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, VİNİL MAT, PLYONKA İSTEHSALİ, İMEİ KODU **********66700 XİAOMİ REDMİ NOTE 13 PRO+ markalı telefon, İMEİ KODU **********25590 HONOR X9A markalı telefon, TEC POWERSLİM LCD PD 20000 MAH 20W POWERBANK WİTH USB-C almış və nəticədə 2241.44 (iki min iki yüz qırx bir manat, 44 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğısatqı qiyməti 1834.98 (min səkkiz yüz otuz dörd manat, 98 qəpik) manat (18 ay x 98.61 manat + 60 manat ilkin ödəniş) olan VİNİL MAT, PLYONKAİSTEHSALİ, İMEİ KODU **********66700 XİAOMİ REDMİ NOTE 13 PRO+ markalı telefon üçün ümumilikdə 1690.04 (min altı yüz doxsan manat, 04 qəpik) manat olmaqla ondan 1281.88 (min iki yüz səksən bir manat, 88 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 384.56 (üç yüz səksən dörd manat, 56 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1073.98 (min yetmiş üç manat, 98 qəpik) manat (12 ay x 87.61 manat + 22.60 manat ilkin ödəniş) olan İMEİ KODU **********25590 HONOR X9A markalı telefon üçün ümumilikdə 476 (dörd yüz yetmiş altı) manat olmaqla ondan 348 (üç yüz qırx səkkiz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 104.40 (yüz dörd manat, 40 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 79.92 (yetmiş doqquz manat, 92 qəpik) manat (6 ay x 13.32 manat + 0 manat ilkin ödəniş) olan TEC POWERSLİM LCD PD 20000 MAH 20W POWERBANK WİTH USB-C üçün ümumilikdə 75.40 (yetmiş beş manat,40 qəpik) manat olmaqla ondan 58 (əlli səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17.40 (on yeddi manat, 40 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1301 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissələri olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsullları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş:xx.xx.2023-cü il tarixli 03475253 nömrəli müqavilədən aydın olur ki, həqiqətən də iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixli 03475253 nömrəli müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alğı-satqı qiyməti 1073,98 manat (12 ay x 87,61 manat + 22,66 manat ilkin ödəniş) olmaqla “HONOR X9A” markalı telefon almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2024-cü ildir. xx.xx.2023-cü il tarixli 03475253 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan məhsullar tam qüsursuz halda, imza edilərək təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli 03927394 nömrəli müqavilədən aydın olur ki, həqiqətən də iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. xx.xx.2024-cü il tarixli 03927394 nömrəli müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alğı-satqı qiyməti 1834,98 manat (18 ay x 98,61 manat + 60 manat ilkin ödəniş) olmaqla “VİNİL MAT”, “PLYONKA İSTEHSALİ” və “XİAOMİ REDMİ NOTE 13 PRO+” markalı telefon almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2025-ci ildir. xx.xx.2024-cü il tarixli 03927394 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan məhsullar tam qüsursuz halda, imza edilərək təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli 03698466 nömrəli müqavilədən aydın olur ki, həqiqətən də iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. xx.xx.2024-cü il tarixli 03698466 nömrəli müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alğı-satqı qiyməti 79,92 manat (6 ay x 13,32 manat + 0 manat ilkin ödəniş) olmaqla “TEC POWERSLİM LCD PD 20000 MAH 20W POWERBANK WİTH USB-C” adlı əşyanı almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2024-cü ildir. xx.xx.2024-cü il tarixli 03698466 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan məhsullar tam qüsursuz halda, imza edilərək təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli 03927394 nömrəli, xx.xx.2023-cü il tarixli 03475253 nömrəli və xx.xx.2024-cü il tarixli 03698466 nömrəli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əlavə ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 23 dekabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2024-cü il tarixli 03927394 nömrəli, xx.xx.2023-cü il tarixli 03475253 nömrəli və xx.xx.2024-cü il tarixli 03698466 nömrəli müqavilələr üzrə cavabdehin həmin tarixə 1687,88 manat ödənilməmiş hissə, 47,20 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 506,36 manat cərimə olmaqla ümumilikdə 2241,44 manat borcu vardır və cavabdeh həmin tarixədək xx.xx.2024-cü il tarixli 03927394 nömrəli müqavilə üzrə 553,10 manat, xx.xx.2023-cü il tarixli 03475253 nömrəli müqavilə üzrə 725,98 manat və xx.xx.2024-cü il tarixli 03698466 nömrəli müqavilə üzrə isə 21,92 manat ödəməklə ümumilikdə 1301 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMCyə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 42,42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alğısatqı müqavilələri ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyaları Cavabdeh vermiş, lakin cavabdeh alğı-satqı müqavilələri ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında xx.xx.2024-cü il tarixli 03927394 nömrəli, xx.xx.2023-cü il tarixli 03475253 nömrəli və xx.xx.2024-cü il tarixli 03698466 nömrəli müqavilələr üzrə 23 dekabr 2024-cü il tarixə 1687,88 manat ödənilməmiş hissə, 506,36 manat cərimə olmaqla ümumilikdə 2194,24 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixli 03475253 nömrəli, xx.xx.2024-cü il tarixli 03927394 nömrəli, və xx.xx.2024-cü il tarixli 03698466 nömrəli müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, iddiaçı "xxxx" MMC-yə ödənilməli olan əsas borcu vaxtında ödəməmiş və bu səbəbdən də, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin şərtlərinə əsasən iddiaçının cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və cərimə borcunun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İddiaçının həmin tələblə bağlı müqavilələr üzrə 1687,88 manat ödənilməmiş hissəsi işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığından təmin edilməlidir. Məhkəmə iddiaçının cərimənin ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin iddiaçı cavabdehdən 1687,88 manat əsas borcuna münasibətdə 506,36 manat cərimə tələb etmişdir. Məhkəmə hesab edir ki, cərimənin miqdarının bu qədər çox olması borclunun mülkiyyət maraqlarının qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından məqsədəmüvafiq deyildir. Məhkəmə iddiaçının cərimə tələbinə münasibətdə belə nəticəyə gəlir ki, müqavilələrin şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçının 506,36 manat məbləğində cərimə tələbi iddia tələbinin məbləğinə mütənasib deyil və azaldılmalıdır. Bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 85 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi innovativ layihələr mərkəzi rüsumu tələbinə dair hissə də təmin edilməməlidir. Belə ki, göstərilən rüsumun cavabdeh tərəfindən ödənilməsi öhdəliyi müqavilədə nəzərdə tutulmamış, həmçinin belə bir rüsumun iddiaçı tərəfindən ödənildiyini təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmiş və yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Hazırda iddiaçı əşyanın dəyərinin ödənilməmiş hissəsini tələb edir, onun tələbi əşyanın qaytarılması, bu məqsədlə onun istifadəsinə məhdudiyyətin qoyulması və buna görə hər hansı rüsumun ödənilməsi zərurəti ilə bağlı deyildir. Ona görə də iddia tələbi innovativ layihələr mərkəzi rüsumu tələbinə dair hissədə əsassız hesab olunaraq təmin edilməməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən borcu əks etdirən maliyyə arayışını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 03475253 nömrəli, xx.xx.2024-cü il tarixli 03927394 nömrəli və xx.xx.2024-cü il tarixli 03698466 nömrəli alğısatqı müqavilələri üzrə 23 dekabr 2024-cü il tarixə 1687,88 manat ödənilməmiş hissə, 85 manat cərimə olmaqla ümumilikdə 1772,88 manat məbləğində pul tutularaq "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 42,42 manat dövlət rüsumunun 33.55 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 03475253 nömrəli, xx.xx.2024-cü il tarixli 03927394 nömrəli və xx.xx.2024-cü il tarixli 03698466 nömrəli müqavilələr üzrə 1687,88 manat ödənilməmiş hissə, 85 manat cərimə olmaqla, ümumilikdə 1772,88 manat borc və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 33,55 manatlıq hissəsi, cəmi 1806,43 (bir min səkkiz yüz altı manat, qırx üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-50/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-50/2025
06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver