Məhkəmə qərarları › İş №e-2(111)-63/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-63/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-63/2023 02.03.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********78578 “SAMSUNG GALAXY A12” markalı telefon üçün 398.2 manat ödənilməmiş hissə, 39 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “Mİ QULAQLİQ”, “TOZSORAN GORENJE”, İMEİ KOD **********33767 “SAMSUNG GALAXY A12” markalı telefon üçün 331 manat ödənilməmiş hissə, 33 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “MAŞA ROWENTA”, İMEİ KOD **********06347 “XİAOMİ REDMİ 9C” markalı telefon üçün 262.4 manat ödənilməmiş hissə, 26.4 manat cərimə, ümumilikdə 1090 manat borc, 30.90 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********78578 “SAMSUNG GALAXY A12” markalı telefon, “Mİ QULAQLİQ”, “TOZSORAN GORENJE”, İMEİ KOD **********33767 “SAMSUNG GALAXY A12” markalı telefon və “MAŞA ROWENTA”, İMEİ KOD **********06347 “XİAOMİ REDMİ 9C” markalı telefon almış və nəticədə 1090 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 542.2 manat (18 ay x 29.9 manat + 4 manat ilkin ödəniş) İMEİ KOD **********78578 “SAMSUNG GALAXY A12” markalı telefon üçün ümumilikdə, 437.2 manat olmaqla ondan, 398.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 747 manat (18 ay x 41.5 manat + 0 manat ilkin ödəniş) “Mİ QULAQLİQ”, “TOZSORAN GORENJE”, İMEİ KOD **********33767 “SAMSUNG GALAXY A12” markalı telefon üçün ümumilikdə 364 manat olmaqla ondan, 331 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 533.2 manat (18 ay x 29.4 manat + 4 manat ilkin ödəniş) “MAŞAROWENTA”, İMEİ KOD **********06347 “XİAOMİ REDMİ 9C” markalı telefon üçün ümumilikdə 288.8 manat olmaqla ondan, 262.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.4 manat cərimə, cavabdehin cəmi ödədiyi məbləğ 830.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsək də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş:xx.xx.2021-ci il tarixli 22335666 nömrəli, xx.xx.2021-ci il tarixli 23091001 nömrəli və xx.xx.2021-ci il tarixli 24068258 nömrəli müqavilələrdən aydın olur ki, həqiqətən də iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilələr imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. xx.xx.2021-ci il tarixli 22335666 nömrəli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMCdən alğı-satqı qiyməti 747 manat (18 ay x 41.5 manat + 0 manat ilkin ödəniş) olmaqla “Mİ QULAQLİQ”, “TOZSORAN GORENJE”, “SAMSUNG GALAXY A12” markalı telefon almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2022-ci ildir. xx.xx.2021-ci il tarixli 22335666 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşyalar imza edilərək təhvil alınmışdır. xx.xx.2021-ci il tarixli 23091001 nömrəli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMCdən alğı-satqı qiyməti 533.2 manat (18 ay x 29.4 manat + 4 manat ilkin ödəniş) olmaqla “MAŞA ROWENTA”, “XİAOMİ REDMİ 9C” markalı telefon almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2022-ci ildir. xx.xx.2021-ci il tarixli 23091001 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşyalar imza edilərək təhvil alınmışdır. xx.xx.2021-ci il tarixli 24068258 nömrəli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMCdən alğı-satqı qiyməti 542.2 manat (18 ay x 29.9 manat + 4 manat ilkin ödəniş) olmaqla “SAMSUNG GALAXY A12” markalı telefon almışdır. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2023-cü ildir. xx.xx.2021-ci il tarixli 24068258 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşyalar imza edilərək təhvil alınmışdır. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əlavə ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 24 yanvar 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2021-ci il tarixli 22335666 nömrəli, xx.xx.2021-ci il tarixli 23091001 nömrəli və xx.xx.2021-ci il tarixli 24068258 nömrəli müqavilələr üzrə cavabdehin həmin tarixə 991.6 manat ödənilməmiş hissə, 98.4 manat cərimə olmaqla ümumilikdə 1090 manat borcu vardır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMCyə olan borcun ödənilməsi barədə xəbərdarlıq edilərək, öhdəliklərin icrasına 3 iş günü ərzində riayət olunmadığı halda müqavilələrin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22335666 nömrəli, xx.xx.2021-ci il tarixli 23091001 nömrəli və xx.xx.2021-ci il tarixli 24068258 nömrəli müqavilələrin 4.1-ci bəndinə əsasən tərəflər arasında yaranan bütün mübahisəli məsələlər danışıqlar yolu ilə həll edilir. Əks halda yaranan mübahisələr Azərbaycan Respublikasının məhkəmə sistemində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30.9 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alğısatqı müqavilələri ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, cavabdeh isə alğı-satqı müqavilələri ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında xx.xx.2021-ci il tarixli 22335666 nömrəli, xx.xx.2021-ci il tarixli 23091001 nömrəli və xx.xx.2021-ci il tarixli 24068258 nömrəli müqavilələr üzrə 24 yanvar 2023-cü il tarixə 991.6 manat ödənilməmiş hissə, 98.4 manat cərimə olmaqla ümumilikdə 1090 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilələr bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iş materiallarından aydın olur ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh xx.xx.2021-ci il tarixli 22335666 nömrəli, xx.xx.2021-ci il tarixli 23091001 nömrəli və xx.xx.2021-ci il tarixli 24068258 nömrəli alğı-satqı müqavilələri ilə öz üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, "xxxx" MMC -yə ödənilməli olan əsas borcu vaxtında ödəməmişdir. Bununla da iddiaçının cavabdehdən əsas borc və əsas borca görə hesablanmış cərimənin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən borcu əks etdirən maliyyə arayışını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 22335666 nömrəli, xx.xx.2021-ci il tarixli 23091001 nömrəli və xx.xx.2021-ci il tarixli 24068258 nömrəli alğısatqı müqavilələri üzrə 24 yanvar 2023-cü il tarixinə yaranmış 991.6 manat ödənilməmiş hissə, 98.4 manat cərimə olmaqla ümumilikdə 1090 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30.9 manat dövlət rüsumu da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 22335666 nömrəli müqavilə üzrə 331 manat ödənilməmiş hissə, 33 manat cərimə, xx.xx.2021-ci il tarixli 23091001 nömrəli müqavilə üzrə 262.4 manat ödənilməmiş hissə, 26.4 manat cərimə, xx.xx.2021-ci il tarixli 24068258 nömrəli müqavilə üzrə 398.2 manat ödənilməmiş hissə, 39 manat cərimə ümumilikdə 1090 manat borc və 30.9 manat ödənilmiş dövlət rüsumu, cəmi 1120.9 (min yüz iyimi manat, doxsan qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar