Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-87/2025 07.03.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 720 (yeddi yüz iyirmi) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ümumilikdə 750 (yeddi yüz əlli) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “MAN TGX 18.440 4X2 BLS” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə, “Toyota Prius” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Toyota Corolla” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 200,00 (iki yüz), “Toyota Prius” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 520,00 (beş yüz iyirmi) manat, ümumillikdə olaraq 720,00 (yeddi yüz iyirmi) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Binəqədi rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarda müəyyən edilmişdir ki, “MAN TGX 18.440 4X2 BLS” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, G-D-0107-2025 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş:- “Avtonəqliyyat vasitə sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları” barədə Binəqədi rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 15:00-da Binəqədi rayonu Binəqədi qəsəbəsində Cavabdeh etibarnamə ilə idarə etdiyi X13 məxsus “MAN TGX 18.440 4X2 BLS YÜK” markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Prius” markalı ** UY *** dövlət nömrə nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə X1 mülkiyyətində olan X8 tərəfindən etibarnamə əsasında idarə edilən “Toyota Prius” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. “Avtonəqliyyat vasitə sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları” barədə xx.xx.2024-cü il tarixli 391782 nömrəli arayışa əlavə № 1 olan “Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatdan görünür ki, hadisə vaxtı X9 mülkiyyətində olan “Toyota Corolla” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər dəymişdir. Binəqədi DYPŞ-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 15:00-da “MAN TGX 18.440 4X2 BLS YÜK” markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu Binəqədi qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə inzibatı xəta haqqında protokol tərtib edilmiş və həmin inzibati xəta haqqında protokol üzrə Cavabdeh 100 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. xx.xx.2023-cü il tarixli PQA********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” şəhadətnaməsindən görünür ki, “MAN TGX 18.440 4X2 BLS” markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil 259,88 manat sığorta haqqı ödənilməklə "xxxx" ASC tərəfindən sığortalanmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 6486/24 nömrəli qiymətləndirmə aktına əsasən “Toyota Prius” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilə 520 manat zərər dəydiyi müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 6615/24 nömrəli qiymətləndirmə aktına əsasən “Toyota Corolla” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilə 200 manat zərər dəydiyi müəyyən edilmişdir. X4 Şəhadətnaməsindən görünür ki, “MAN TGX 18.440 4X2 BLS YÜK” markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X14r. X4 Şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. X4 Şəhadətnaməsindən görünür ki, “Toyota Corolla” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X11r. xx.xx.2024-cü il tarixli CM1050/24 saylı sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 15:00-da Binəqədi rayonu Binəqədi qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar "xxxx" ASC tərəfindən “Toyota Prius” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə əsasında sahibi X6 dəymiş ziyanla bağlı 520 manat sığorta ödənişi hesablanmışdır. xx.xx.2024-cü il tarixli CM1093/24 saylı sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 15:00-da Binəqədi rayonu Binəqədi qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar "xxxx" ASC tərəfindən “Toyota Corolla” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X12 dəymiş ziyanla bağlı 200 manat sığorta ödənişi hesablanmışdır. xx.xx.2024-cü il tarixli 6824 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 520 manat məbləğində vəsait X5 hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli BD4 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 200 manat məbləğində vəsait X9 hesabına köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, G-D-0107-2025 nömrəli məktubdan görünür ki, "xxxx" ASCyə olan borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən "xxxx" ASC tərəfindən iş üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Babayev X10 rayon Şahtaxtı kəndi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqə vardır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi “MAN TGX 18.440 4X2 BLS YÜK” markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə X3 məxsus “Toyota Prius” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobil Binəqədi rayonu Binəqədi qəsəbəsində toqquşmuş, Cavabdeh hadisə yerindən yayınmış və hadisə ilə bağlı təqsirli bilinmiş, X1 mülkiyyətində olan “Toyota Prius” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilə 520 manat, X9 mülkiyyətində olan “Toyota Corolla” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilə isə 200 manat ziyan dəymiş, "xxxx" ASC tərəfindən X6 520 manat, X12 isə 200 manat sığorta haqqı ödənilmişdir. Bununla da, iddiaçı "xxxx" ASC-nin Cavabdeh subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmış, 720 manat dəymiş ziyan məbləğini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-yə 720 manat dəymiş zərər məbləği və iddia təmin olunduğundan ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinin təmin edilməsi haqqında qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 720 manat yol-nəqliyyat hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin əvəzi və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-87/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-87/2025
07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver