Məhkəmə qərarları › İş №e-2(125)-1060/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1060/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1060/2023 17.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********14824 olan Samsung Galaxy S20 markalı telefon üçün 1075.8 manat ödənilməmiş hissə, 107.2 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu: **********73698 olan Samsung Galaxy A22 markalı telefon üçün 665.2 manat ödənilməmiş hissə, güzəşt olunaraq 66.8 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********42259 olan Samsung Galaxy A32 markalı telefon üçün 350 manat ödənilməmiş hissə, 35 manat cərimə olmaqla, ümumilikdə 2300 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********14824 olan Samsung Galaxy S20 markalı telefon, İMEİ kodu: **********73698 olan Samsung Galaxy A22 markalı telefon və İMEİ kodu **********42259 olan Samsung Galaxy A32 markalı telefon almış və nəticədə 2300 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1874 manat (25 ay x 72.2 manat + 69 manat ilkin ödəniş) İMEİ kodu **********14824 olan Samsung Galaxy S20 markalı telefon üçün ümumilikdə 1183 manat olmaqla ondan, 1075.8 manat ödənilməmiş hissə, güzəşt olunaraq 107.2 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 706.34 manat (18 ay x 39.18 manat + 1.1 manat ilkin ödəniş) olan İMEİ kodu: **********73698 olan Samsung Galaxy A22 markalı telefon üçün ümumilikdə 732 manat olmaqla ondan, 665.2 manat ödənilməmiş hissə, güzəşt olunaraq 66.8 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 637 manat (12 ay x 50 manat + 37 manat ilkin ödəniş) İMEİ kodu **********42259 olan Samsung Galaxy A32 markalı telefon üçün ümumilikdə 385 manat olmaqla ondan, 350 manat ödənilməmiş hissə, güzəşt olunaraq 35 manat cərimə borcu var. Cavabdehin cəmi ödədiyi məbləğ 1126.34 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan satıcı "xxxx" ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, dəyəri 1874 manat olan İMEİ kodu **********14824 olan Samsung Galaxy S20 markalı telefon; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, dəyəri 706.34 manat olan İMEİ kodu: **********73698 olan Samsung Galaxy A22 markalı telefon və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, dəyəri 637 manat olan İMEİ kodu **********42259 olan Samsung Galaxy A32 markalı telefon satıcı tərəfindən alıcının mülkiyyətinə verilmiş, alıcı əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********14824 olan Samsung Galaxy S20 markalı telefon üçün 1075.8 manat ödənilməmiş hissə, 107.2 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu: **********73698 olan Samsung Galaxy A22 markalı telefon üçün 665.2 manat ödənilməmiş hissə, güzəşt olunaraq 66.8 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********42259 olan Samsung Galaxy A32 markalı telefon üçün 350 manat ödənilməmiş hissə, 35 manat cərimə olmaqla, ümumilikdə 2300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqı-satqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas və cərimə borc məbləğlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1075.8 manat ödənilməmiş hissə, 107.2 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 665.2 manat ödənilməmiş hissə, 66.8 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 350 manat ödənilməmiş hissə, 35 manat cərimə olmaqla, cəmi 2300 (iki min üç yüz) manat pul və 43 (qırx üç) manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar