Məhkəmə qərarları › İş №e-2(125)-1064/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1064/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1064/2023 23.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********46595 olan SAMSUNG GALAXY A10S markalı telefon, ELEKTROMOBİL MERCEDES BENZ üçün 502 (beş yüz iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********64823 HUAWEİ Y8P olan markalı telefon və aksesuarlar, PANASONİC RP üçün 438.2 (dörd yüz otuz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 43.8 (qırx üç manat səksən qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********61776 olan HUAWEİ Y9 markalı telefon üçün 31 (otuz bir) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə,xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN markalı mini soba üçün 20 (iyirmi) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə olmaqla, ümumilikdə 1090 manat borc, 30.9 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh, ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********46595 olan SAMSUNG GALAXY A10S markalı telefon, ELEKTROMOBİL MERCEDES BENZ, İMEİ kodu **********64823 HUAWEİ Y8P olan markalı telefon və aksesuarlar və PANASONİC RP, İMEİ kodu **********61776 olan HUAWEİ Y9 markalı telefon, HOFFMANN markalı mini soba üçün 1090 (min doxsan) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ciil tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 860.4 (səkkix yüz altmış manat qırx qəpik) manat (12 ay x 71.7 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********46595 olan SAMSUNG GALAXY A10S markalı telefon, ELEKTROMOBİL MERCEDES BEüNçZün ümumilikdə 552 (beş yüz əlli iki) manat olmaqla ondan, 502 (beş yüz iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50 (əlli) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 795.2 (yeddi yüz doxsan beş manat iyirmi qəpik) manat (12 ay x 62.6 manat + 44 manat ilkin ödəniş) olan İMEİ kodu **********64823 HUAWEİ Y8P olan markalı telefon və aksesuarlar, PANASONİC RPüçün ümumilikdə, 482 (dörd yüz səksən iki) manat olmaqla ondan 438.2 (dörd yüz otuz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43.8 (qırx üç manat səksən qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 540 (beş yüz qırx) manat (12 ay x 32.5 manat + 150 manat ilkin ödəniş) olan İMEİ kodu **********61776 olan HUAWEİ Y9 markalı telefon üçün ümumilikdə, 34 (otuz dörd) manat olmaqla ondan, 31 (otuz bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 (üç) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 291 (iki yyüz doxsan bir) manat (12 ay x 20 manat + 51 manat ilkin ödəniş) olan HOFFMANN markalı mini sobaüçün ümumilikdə, 22 (iyirmi iki) olmaqla ondan, 20 (iyirmi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 (iki) manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 1495.4 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********46595 olan SAMSUNG GALAXY A10S markalı telefon, ELEKTROMOBİL MERCEDES BENZ üçün 502 (beş yüz iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********64823 HUAWEİ Y8P olan markalı telefon və aksesuarlar, PANASONİC RP üçün 438.2 (dörd yüz otuz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 43.8 (qırx üç manat səksən qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********61776 olan HUAWEİ Y9 markalı telefon üçün 31 (otuz bir) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə,xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN markalı mini soba üçün 20 (iyirmi) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə olmaqla, ümumilikdə 1090 manat borc, 30.9 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi, cavabdeh, "xxxx" MMC-dən xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********46595 olan SAMSUNG GALAXY A10S markalı telefon, ELEKTROMOBİL MERCEDES BENZ, İMEİ kodu **********64823 HUAWEİ Y8P olan markalı telefon və aksesuarlar, PANASONİC RP, İMEİ kodu **********61776 olan HUAWEİ Y9 markalı telefon, HOFFMANN markalı mini soba almış, nəticədə 1090 (min doxsan) manat borc yaranmış, həmçinin "xxxx" MMC məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1 və 448.1-ci maddəsinə əsasən hesab edilir ki, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələri üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1 və 465.2-ci maddələrinə uyğun olaraq, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********46595 olan SAMSUNG GALAXY A10S markalı telefon, ELEKTROMOBİL MERCEDES BENZ üçün 502 (beş yüz iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********64823 HUAWEİ Y8P olan markalı telefon və aksesuarlar, PANASONİC RP üçün 438.2 (dörd yüz otuz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 43.8 (qırx üç manat səksən qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********61776 olan HUAWEİ Y9 markalı telefon üçün 31 (otuz bir) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə,xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN markalı mini soba üçün 20 (iyirmi) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə olmaqla, ümumilikdə 1090 manat borc, 30.9 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5-284-6-cı maddələrinə əsasən, qətetdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********46595 olan SAMSUNG GALAXY A10S markalı telefon, ELEKTROMOBİL MERCEDES BENZ üçün 502 (beş yüz iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********64823 HUAWEİ Y8P olan markalı telefon və aksesuarlar, PANASONİC RP üçün 438.2 (dörd yüz otuz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 43.8 (qırx üç manat səksən qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********61776 olan HUAWEİ Y9 markalı telefon üçün 31 (otuz bir) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə,xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN markalı mini soba üçün 20 (iyirmi) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə olmaqla, ümumilikdə 1090 manat borc, 30.9 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar