Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1067/2023 03.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə, Samsung markalı paltaryuyan, Hoffmann markalı soyuducu üçün 1148 manat ödənilməmiş məbləğ 114 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A12 markalı telefon üçün 339 manat ödənilməmiş məbləğ 33 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Samsung Galaxy A10S markalı 2 ədəd telefon üçün 332 manat ödənilməmiş məbləğ 33 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Samsung markalı televizor üçün 141 manat ödənilməmiş məbləğ, 14 manat cərimə olmaqla, ümumilikdə 2154 (iki min bir yüz əlli dörd) manat pulun və 41,54 manat dövlət rüsumunun xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan, Hoffmann markalı soyuducu üçün 1148 manat ödənilməmiş məbləğ 114 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A12 markalı telefon üçün 339 manat ödənilməmiş məbləğ 33 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A10S markalı 2 ədəd telefon üçün 332 manat ödənilməmiş məbləğ 33 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Samsung markalı televizor üçün 141 manat ödənilməmiş məbləğ 14 manat cərimə olmaqla, ümumilikdə 2154 (iki min bir yüz əlli dörd) manat borcu qalmışdır. Cavabdeh avadanlıqları qəbul etmiş, onların qiymətini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə də Cavabdeh müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş xx.xx.2021-ci il tarixli 23168247 nömrəli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən Samsung markalı paltaryuyan, Hoffmann markalı soyuducunu 24 ay müddətinə hər ay 50 manat ödəmək şərti ilə almışdır. xx.xx.2021-ci il tarixli 22374303 nömrəli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən Samsung Galaxy A12 markalı telefon üçün 18 ay müddətinə hər ay 24,3 manat ödəmək şərti ilə almışdır. xx.xx.2021-ci il tarixli 23076195 nömrəli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən Samsung Galaxy A10S markalı 2 ədəd telefonu 3 ay müddətinə hər ay 160 manat ödəmək şərti ilə almışdır. xx.xx.2021-ci il tarixli 22198140 nömrəli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən Samsung markalı televizor üçün 12 ay müddətinə hər ay 26,1 manat ödəmək şərti ilə almışdır. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1148 manat ödənilməmiş məbləğ 114 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 339 anat ödənilməmiş məbləğ 33 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 332 manat ödənilməmiş məbləğ 33 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 141 manat ödənilməmiş məbləğ 14 manat cərimə olmaqla ümumilikdə 2154 (iki min bir yüz əlli dörd) manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraznı və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli xx.xx.2021-ci il tarixli 23168247 nömrəli müqavilə üzrə 1148 manat ödənilməmiş məbləğ 114 manat cərimə, xx.xx.2021-ci il tarixli 22374303 nömrəli müqavilə üzrə 339 manat ödənilməmiş məbləğ 33 manat cərimə, xx.xx.2021-ci il tarixli 23076195 nömrəli müqavilə üzrə 332 manat ödənilməmiş məbləğ 33 manat cərimə, xx.xx.2021-ci il tarixli 22198140 nömrəli müqavilə üzrə 141 manat ödənilməmiş məbləğ 14 manat cərimə olmaqla, ümumilikdə 2154 (iki min bir yüz əlli dörd) manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 41,54 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 23168247 nömrəli müqavilə üzrə 1148 manat ödənilməmiş məbləğ 114 manat cərimə, xx.xx.2021-ci il tarixli 22374303 nömrəli müqavilə üzrə 339 manat ödənilməmiş məbləğ 33 manat cərimə, xx.xx.2021-ci il tarixli 23076195 nömrəli müqavilə üzrə 332 manat ödənilməmiş məbləğ 33 manat cərimə, xx.xx.2021-ci il tarixli 22198140 nömrəli müqavilə üzrə 141 manat ödənilməmiş məbləğ 14 manat cərimə olmaqla, ümumilikdə 2154 (iki min bir yüz əlli dörd) manat pul və ödənilmiş 41,54 (qırx bir manat 54 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2(125)-1067/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1067/2023
03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver