Məhkəmə qərarları › İş №e-2(125)-1078/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1078/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1078/2023 23.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Plitə HOFFMANNüçün 96 (doxsan altı) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Soyuducu Samsung üçün 967.6 (doqquz yüz altmış yeddi, altmış qəpik) manat ödənilməmiş hissə 96.4 (doxsan altı manat, qırx qəpik) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********88826 X3 8 markalı telefon, İmei kodu **********69383 Samsung galaxyA10 markalı telefonüçün 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş hissə, 73 (yetmiş üç) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********66432 İmei kodu **********50928 və İmei kodu **********00539 olan 3 ədəd Samsung galaxyA10 markalı telefon üçün 654.5 (altı yüz əlli dörd manat, əlli qəpik) manat ödənilməmiş hissə, 65.5 (altmış beş manat, əlli qəpik) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********89450 X3 7 markalı telefon, Power Bank Mİ, X4, Earphones Panasonic üçün 518.3 (beş yüz on səkkiz manat, otuz qəpik) manat ödənilməmiş hissə, 51.7 (əlli bir manat, yetmiş qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 3264 manat borc və 52.64 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, Plitə HOFFMANN, Soyuducu Samsung, İmei kodu **********88826 X3 8 markalı telefon, İmei kodu **********69383 Samsung galaxy A10 markalı telefon, İmei kodu **********66432 İmei kodu **********50928 və İmei kodu **********00539 olan 3 ədəd Samsung galaxyA10 markalı telefon, İmei kodu **********89450 X3 7 markalı telefon, Power Bank Mİ, X4, Earphones Panasonic almışdır. Cavabdehin xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu tarixli müqavilələri xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir və restrukturizasiyadan sonra nəticədə 3264 (üç min iki yüz altmış dörd) manat borc yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 313.2 (üç yüz on üç manat, iyirmi qəpik) manat (17 ay x 17.4 manat + 17.4 manat ilkin ödəniş) olan Plitə HOFFMANN üçün ümumilikdə 105 (yüz beş) manat olmaqla ondan, 96 (doxsan altı) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1024.56 (bir min iyirmi dörd manat, əlli altı qəpik) manat (17 ay x 56.92 manat + 56.92 manat ilkin ödəniş) olan Soyuducu Samsung üçün ümumilikdə 1064 (bir min altmış dörd) manat olmaqla ondan, 967.6 (doqquz yüz altmış yeddi, altmış qəpik) manat ödənilməmiş hissə 96.4 (doxsan altı manat, qırx qəpik) manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 775.08 (yeddi yüz yetmiş beş manat, səkkiz qəpik) manat (17 ay x 43.06 manat + 43.06 manat ilkin ödəniş) olan İmei kodu **********88826 X3 8 markalı telefon, İmei kodu **********69383 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 805 (səkkiz yüz beş) manat olmaqla ondan 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş hissə, 73 (yetmiş üç) manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 704.9 (yeddi yüz dörd manat, doxsan qəpik) manat (13 ay x 50.35 manat + 50.35 manat ilkin ödəniş) olan İmei kodu **********66432 İmei kodu **********50928 və İmei kodu **********00539 olan 3 ədəd Samsung galaxyA10 markalı telefonüçün ümumilikdə 720 (yeddi yüz iyirmi) manat olmaqla ondan 654.5 (altı yüz əlli dörd manat, əlli qəpik) manat ödənilməmiş hissə, 65.5 (altmış beş manat, əlli qəpik) manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 548.82 (beş yüz qırx səkkiz manat, səksən iki qəpik) manat (17 ay x 30.49 manat + 30.49 manat ilkin ödəniş) olan İmei kodu **********89450 X3 7 markalı telefon, Power Bank Mİ, X4, Earphones Panasonicüçün ümumilikdə 570 (beş yüz yetmiş) manat olmaqla ondan 518.3 (beş yüz on səkkiz manat, otuz qəpik) manat ödənilməmiş hissə, 51.7 (əlli bir manat, yetmiş qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 398.16 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi, cavabdeh, "xxxx" MMC ilə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, Plitə HOFFMANN, Soyuducu Samsung, İmei kodu **********88826 X3 8 markalı telefon, İmei kodu **********69383 Samsung galaxy A10 markalı telefon, İmei kodu **********66432 İmei kodu **********50928 və İmei kodu **********00539 olan 3 ədəd Samsung galaxyA10 markalı telefon, İmei kodu **********89450 X3 7 markalı telefon, Power Bank Mİ, X4, Earphones Panasonic almış, 3264 manat borc yaranmış, həmçinin "xxxx" MMC məhkəməyə müraciət edərkən 52.64 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1 və 448.1-ci maddəsinə əsasən hesab edilir ki, Cavabdeh xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1 və 465.2-ci maddələrinə uyğun olaraq, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli və xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Plitə HOFFMANNüçün 96 (doxsan altı) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Soyuducu Samsung üçün 967.6 (doqquz yüz altmış yeddi, altmış qəpik) manat ödənilməmiş hissə 96.4 (doxsan altı manat, qırx qəpik) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********88826 X3 8 markalı telefon, İmei kodu **********69383 Samsung galaxyA10 markalı telefonüçün 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş hissə, 73 (yetmiş üç) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********66432 İmei kodu **********50928 və İmei kodu **********00539 olan 3 ədəd Samsung galaxyA10 markalı telefon üçün 654.5 (altı yüz əlli dörd manat, əlli qəpik) manat ödənilməmiş hissə, 65.5 (altmış beş manat, əlli qəpik) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********89450 X3 7 markalı telefon, Power Bank Mİ, X4, Earphones Panasonic üçün 518.3 (beş yüz on səkkiz manat, otuz qəpik) manat ödənilməmiş hissə, 51.7 (əlli bir manat, yetmiş qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 3264 manat borc və 52.64 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5-284-6-cı maddələrinə əsasən, qətetdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Plitə HOFFMANNüçün 96 (doxsan altı) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Soyuducu Samsung üçün 967.6 (doqquz yüz altmış yeddi, altmış qəpik) manat ödənilməmiş hissə 96.4 (doxsan altı manat, qırx qəpik) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********88826 X3 8 markalı telefon, İmei kodu **********69383 Samsung galaxyA10 markalı telefonüçün 732 (yeddi yüz otuz iki) manat ödənilməmiş hissə, 73 (yetmiş üç) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********66432 İmei kodu **********50928 və İmei kodu **********00539 olan 3 ədəd Samsung galaxyA10 markalı telefon üçün 654.5 (altı yüz əlli dörd manat, əlli qəpik) manat ödənilməmiş hissə, 65.5 (altmış beş manat, əlli qəpik) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********89450 X3 7 markalı telefon, Power Bank Mİ, X4, Earphones Panasonic üçün 518.3 (beş yüz on səkkiz manat, otuz qəpik) manat ödənilməmiş hissə, 51.7 (əlli bir manat, yetmiş qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 3264 manat borc və 52.64 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar