Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1101/2025 13.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC, vurulmuş zərərə görə ödənilmiş 1500 manat pulun və ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində Göygöl rayonu ərazisində Cavabdeh idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz 200” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsi idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə X1 uzun müddətdə pozulmasına səbəb olan “ağır” dərəcəli bədən xəsarətləri almışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş idarə etməsi təsdiqini tapmışdır. Sığortalı “Mercedes Benz 200” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X4 ağır dərəcəli xəsarət alması ilə bağlı 1500 manat olmaqla "xxxx" ASC tərəfindən iş üzrə PXA147638 saylı sığorta aktı tərtib edilməklə ümumilikdə 1500 manat sığorta ödənişi zərərçəkənin təqdim etdiyi bank hesablarına ödənilmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, sığortalı X5 məxsus “Mercedes Benz 200” minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə PXA********** nömrəli icbari sığorta müqaviləsinə əsasən sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixədək icbari sığortalanmışdır. Göygöl Rayon Məhkəməsinin 1(066)-6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06(altı) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə bu hökmlə ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmiş, Cavabdeh üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilmiş, Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, zərər çəkmiş şəxs X4 təqsirləndirilən şəxs Cavabdeh tələb etdiyi 7000 (yeddi min) manat maddi ziyan Cavabdeh alınıb zərərçəkmiş şəxs X6 verilmiş, iş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34 CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN**********, AZ41 NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba ödənilmiş, iş üzrə maddi subut kimi tanınmış “Mercedes Benz 200” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X3 qaytarılmış, hökmün icrası Gəncə səhər Probasiya Şöbəsinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər DYPŞ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən sözügedən yol nəqliyyat hadisəsi - aşma xx.xx.2023-cü il tarixində, saat 23:00 dəqiqədə Göygöl rayonunda baş vermişdir. Həmin arayışa görə “Mercedes Benz 200” minik markalı **-VN- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7, hadisə baş verdiyi anda sürücüsü onu etibarnaməsiz idarə edən Cavabdeh olmuşdur, hadisə nəticəsində X2 ağır xəsarət dəymişdir. İş materiallarına əlavə edilmiş, sərxoşluq vəziyyətini təyin edən xx.xx.2023-cü il tarixli 1092/2023 nömrəli aktdan görünür ki, sürücü Cavabdeh ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş, məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 209 nömrəli rəyindən görünür ki, X4 bədənində məüyyən edilmiş xəsarətlər - İ bel fəqərəsinin cisminin onurğa beyininin zədələnməsi, sınığı və çıxığı, aşağı ətrafların paraplegiyası, çanaq sümüklərinin çoxsaylı qəlpəli sınıqları, İ,İİ,İİİ,İV bel fəqərələrinin hər iki çıxıntılarının, sağ Vİ, Vİİ qabırğaların və büzdüm sümüyünün xətti formalı sınıqları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023cü il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16-3/2-3626/2023 saylı məktubundan görünür ki, Cavabdeh sürücülük vəsiqəsi verilməmişdir. Onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 20/01- 386 nömrəli, xx.xx.2023-cü il tarixli geriyə tələb-subroqasiya məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində saat 23:00 radələrində Göygöl rayonu, Bakı-Qazax- Gürcüstan yolunun 366 km-də cavabdeh idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz 200” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində X8 xəsarət almışdır. Zərərçəkmiş sığorta ödənişi tələbi ilə şirkətə müraciət etmişdir. Qiymətləndirmə nəticəsində zərərçəkənə ödəniləcək məbləğin daha sonra cavabdehdən subroqasiya qaydasında geri tələb ediləcəyi barədə xəbərdarlıq edilərək ona 3 (üç) iş günü ərzində iddiaçı ASCnin ünvan 1 ünvanında yerləşən ofisinə yaxınlaşaraq qiymətləndirmənin nəticələri ilə tanış olması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qeyd edilən qanun normalarının mənasından görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. İcbari sığorta münasibətləri ilə bağlı bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi və sığotaçının subroqasiya hüququnun yaranmasına əsas verən “İcbari sığortlara haqqında” Qanunda nəzərdə tutulmuş əsasların olması əsas şərtdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığortaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, həmin Qanunun 13.4-cü maddəsinə “qanuni əsaslar” ifadəsi yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Göründüyü kimi, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs”lərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. İddiaçı, yol-nəqliyyat hadisəsini törətmiş və avtomobili idarə etmək hüququ olmayan Cavabdeh qarşı subroqasiya qaydasında tələb irəli sürərək ödənilmiş sığorta ödənişi həcmində pulun cavabdehdən tutulmasını tələb edir. Lakin işin müəyyən edilmiş hallarından da göründüyü kimi, cavabdeh nə sığorta olunan, nə də sığortalı deyildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, sığorta müqaviləsində sığortalı qismində sözügedən avtomobilin qanuni sahibi X9 göstərilmişdir. Əmlak sığortası müqavilələrində (mülki məsuliyyətin icbari sığortası da əmlak sığortası hesab olunur) əmlakın mülkiyyətçisi də sığorta olunan hesab edilir. İddiaçının təqdim etdiyi sənədlərdən həmin əmlakın mülkiyyətçisinin X7 olması müəyyən olunur. Məhkəmə bir daha qeyd edir ki, İcbari sığortalar haqqında Qanunun 25.1.3-cü maddəsinə əsasən subroqasiya hüququnun sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə yönəlməsi üçün aşağıdakı halların məcmusu olmalıdır: - icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməli; - müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilməlidir. Qeyd edilən halların məcmusu mövcud olmadıqda ümumi qayda olaraq subroqasiya hüququ sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana yönəlməlidir. Hazırkı iddia tələbi üzrə birinci halın, yəni cavabdehin icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı idarə etməyə hüququnun olmaması müəyyən edilsə də, ikinci hal, yəni əmlakın sığortalının və ya sığorta olunanın xəbəri olmadan istismar edilməsi halını təsdiq edən heç bir sübut iş materiallarında yoxdur. Başqa sözlə, hazırki işdə “Mercedes Benz 200” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən avtomobilin mülkiyyətçisinin iradəsinə zidd olaraq idarə edilməsi barədə hər hansı sübutlar yoxdur. İddiaçı cavabdehin avtomobili sığortalı və ya sığorta olunanın xəbəri olmadan idarə etdiyini sübut etməli olduğu halda bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı subroqasiya tələbinin əsası kimi İcbari sığortalar haqqında Qanunun 25.1.2-ci maddəsinə əsaslanmışdır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə qeyd edir ki, cavabdehin təqsiri nəticəsində sığorta hadisəsi baş versə də o, sığorta hadisəsi baş verərkən avtomobili alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş, sərxoşluq vəziyyətini təyin edən xx.xx.2023-cü il tarixli 1092/2023 nömrəli aktdan görünür ki, sürücü Cavabdeh ayıq vəziyyətdə olmuşdur. Belə olan halda, iddiaçı qeyd edilən Qanunun 25.1.2-ci maddəsinə istinadən subroqasiya tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı verilmiş sığorta ödənişi həcmində pulun subroqasiya qaydasında Cavabdeh tutulmalı olması barədə mötəbər sübutlar təqdim etmədiyindən iddia rədd edilməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni də müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-1101/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1101/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver