Məhkəmə qərarları › İş №e-2(125)-1109/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1109/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1109/2023 02.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********37861 olan «XİAOMİ REDMİ 9T» markalı telefon, «HUAWEİ» BAND 6 üçün 591,4 (beş yüz doxsan bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 59,6 (əlli doqquz manat altmış qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, ASPİRATOR «HOFFMANN» üçün 158,9 (bir yüz əlli səkkiz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 15,1 (on beş manat on qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 825 (səkkiz yüz iyirmi beş) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********37861 olan «XİAOMİ REDMİ 9T» markalı telefon, «HUAWEİ» BAND 6 və ASPİRATOR «HOFFMANN» almış və nəticədə 825 (səkkiz yüz iyirmi beş) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə, əsasən, alqı-satqı qiyməti 761,58 (yeddi yüz altmış bir manat əlli səkkiz qəpijk) manat (18 ay x 42,31 manat + 0 manat ilkin ödəniş) olan , İmei kodu **********37861 olan «XİAOMİ REDMİ 9T» markalı telefon, «HUAWEİ» BAND 6 üçün ümumilikdə 651 (altı yüz əlli bir) manat olmaqla ondan, 591,4 (beş yüz doxsan bir manat qırx qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 59,6 (əlli doqquz manat altmış qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 205,74 (iki yüz beş manat yetmiş dörd) manat (18 ay x 11,43 manat + 0 manat ilkin ödəniş) ASPİRATOR «HOFFMANN» üçün ümumilikdə, 174 (bir yüz yetmiş dörd) manat olmaqla, ondan 158,9 (bir yüz əlli səkkiz manat doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15,1 (on beş manat on qəpik) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 217,02 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 761,58 manat olan İmei kodu **********37861 olan «XİAOMİ REDMİ 9T» markalı telefon, «HUAWEİ» BAND 6, dəyəri 205,74 manat olan ASPİRATOR «HOFFMANN» dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə sonrakı aylar İmei kodu **********37861 olan «XİAOMİ REDMİ 9T» markalı telefon, «HUAWEİ» BAND 6 üçün hər ay 42,31 manat və ASPİRATOR «HOFFMANN» üçün hər ay 11,43 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kodu **********37861 olan «XİAOMİ REDMİ 9T» markalı telefon, «HUAWEİ»BAND 6 üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 761,58 manat olan mal almış, əsas borc məbləğindən 591,4 manat borcunu ödəmədiyindən, həmin məbləğə 59,6 manat cərimə hesablanmış; həmçinin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən ASPİRATOR «HOFFMANN» üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 205,74 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 158,9 manat borcunu ödəmədiyindən, həmin məbləğə 15,1 manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür mübahisənin Məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəliklərini lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********37861 olan «XİAOMİ REDMİ 9T» markalı telefon, «HUAWEİ»BAND 6-nı 761,58 manata almış, həmin məbləğdən 170,18 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-yə 591,4 manat əsas borcu qalmış, qalıq borca 59,6 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən ASPİRATOR «HOFFMANN» 205,74 manata almış, həmin məbləğdən 46,84 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-yə 158,9 manat əsas borcu qalmış, qalıq borca 15,1 manat dəbbə pulu hesablanmışdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh “İmei kodu **********37861 olan «XİAOMİ REDMİ 9T» markalı telefon, «HUAWEİ» BAND 6 üçün 591,4 (beş yüz doxsan bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 59,6 (əlli doqquz manat altmış qəpik) manat cərimə, ASPİRATOR «HOFFMANN» üçün 158,9 (bir yüz əlli səkkiz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 15,1 (on beş manat on qəpik) manat cərimə olmaqla ümumilikdə 825 (səkkiz yüz iyirmi beş) manat borc pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 591,4 (beş yüz doxsan bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 59,6 (əlli doqquz manat altmış qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 158,9 (bir yüz əlli səkkiz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 15,1 (on beş manat on qəpik) manat cərimə olmaqla ümumilikdə 825 (səkkiz yüz iyirmi beş) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar