Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1132/2023 17.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borcu 283 əsas, 42.4 manat cərimə, cəmi 325.4 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, 618 əsas, 92.7 manat cərimə, cəmi 710.7 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, 668.6 əsas, 100.2 manat cərimə, cəmi 768.8 manat, ümumilikdə 1569.6 manat əsas, 235.3 manat cərimə, cəmi 1804.9 manat borcun və 38.05 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021 -ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Bosch” markalı tozsorana görə 18 ay ödəniş cədvəli üzrə hər 18 manat olmaqla cəmi 319 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung” markalı paltaryuyan maşına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 36 manat olmaqla cəmi 647 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Xiaomi” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər 45 manat olmaqla cəmi 804.6 manat, ümumilikdə hər üç müqavilə üzrə 1770.6 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2021ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 16 manat,və xx.xx.2021-ci il tarixli ********* müqavilə üzrə xx.xx.2021-ci il tarixində 29 manat və xx.xx.2020-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixində 10 manat ödəniş etmiş və hər üç müqavilə üzrə qalıq qalmış 1569.6 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər üç müqavilə üzrə 2353 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 2353 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 235.3 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-yə olan borcu xx.xx.2021-ci il tarixli ********* sayk müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, 283 əsas, 42.4 manat cərimə, cəmi 325.4 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, 618 əsas, 92.7 manat cərimə, cəmi 710.7 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən 668.6 əsas, 100.2 manat cərimə, cəmi 768.8 manat, ümumilikdə 1569.6 manat əsas, 235.3 manat cərimə və cəmi 1804.9 manat təşkil etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən "Bosh” markalı tozsoranı 319 manata (18 ay x 18 manat olan) satın almış və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı saylı müddətli (nisyə) alqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Samsung” markalı paltaryuyanı 647 manata (18 ay x 36 manat olan) satın almış və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Xiaomi” markalı mobil telefonu 804.6 manata (18 ay x 45 manat olan) satın almış və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı MMCyə xx.xx.2021-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, 283 manat əsas, 424 manat cərimə olmaqla, cəmi 707 manat borcu yaranmışdır. - xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı MMCyə xx.xx.2021-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, 618 manat əsas, 927 manat cərimə, cəmi 1545 manat borcu yaranmışdır. - xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı MMCyə xx.xx.2020-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, 668.6 manat əsas, 1002 manat cərimə, cəmi 1670.60 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqı-satqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borc və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 283 manat əsas, 42.4 manat cərimə borcu olmaqla, cəmi 325 manat (üç yüz iyirmi beş) manat 40 (qırx) qəpik borc tutularaq İddiaçınə ödənilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 618 manat əsas, 92.7 manat cərimə, cəmi 710 manat (yeddi yüz on) manat 70 (yetmiş) qəpik borc tutularaq İddiaçınə ödənilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 668.6 manat əsas, 100.2 manat cərimə, cəmi 768 manat (yeddi yüz altmış səkkiz) manat 80 (səksən) qəpik borc tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 38 (otuz səkkiz) manat 05 (beş) qəpik dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-1132/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1132/2023
17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver