Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1133/2023 14.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «nisyə alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2710 manat ödənilməmiş hissə, 271 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 483 manat ödənilməmiş hissə, 48 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 543 manat ödənilməmiş hissə, 54 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 200 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 4329 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 63,29 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, sonuncu “Samsung” markalı soyuducu, “Samsung” markalı kondisioner, “Delonghi” markalı isidici, “Samsung” markalı LED TV, “LG” markalı paltaryuyan və “Sony Playstation-4” markalı oyun konsolu almış və nəticədə 4329 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 3510 manat (18 ay x 195 manat + 0 manat ilkin ödəniş) olan “Samsung” markalı soyuducu, “Samsung” markalı kondisioner, “Delonghi” markalı isidici üçün 2981 manat olmaqla ondan, 2710 manat ödənilməmiş hissə, 271 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1308 manat (24 ay x 52 manat+60 manat) olan “Samsung” markalı LED TV üçün 531 manat olmaqla ondan, 483 manat ödənilməmiş hissə, 48 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1080 manat (18 ay x 60 manat) olan “LG” markalı paltaryuyan üçün 597 manat olmaqla ondan 543 manat ödənilməmiş hissə, 54 manat cərimə; xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 650 manat (02 ay x 200+250 manat ilkin ödəniş) olan “Sony Playstation-4” markalı oyun konsolu üçün 220 manat olmaqla ondan 200 manat ödənilməmiş hissə, 20 manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Delonghi” markalı isidicidən xx.xx.2019-cu il tarixdə imtina etmiş və məhsul 378 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə son ödəniş tarixi xx.xx.2022-ci il, xx.xx.2019-cu il tarixli müqavilələlərə son ödəniş tarixi xx.xx.2022-ci il, xx.xx.2019-cu il tarixli müqaviləyə son ödəniş tarixi xx.xx.2019-cu ildir. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 422 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 378 manat, ümumilikdə 800 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1812 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavələrinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 1308 manat olan “Samsung markalı” LED televizoru nisyə qaydada almış, malın qiymətini 60 manat ilkin ödəniş etməklə qalan məbləği ayda 52 manat olmaqla, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 1080 manat olan “LG” markalı paltaryuyanı nisyə qaydada almış, malın qiymətini ayda 60 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 650 manat olan “Sony Playstation-4” markalı oyun konsolunu nisyə qaydada almış, malın qiymətini 250 manat ilkin ödəniş edərək qalan məbləği ayda 200 manat olmaqla, 2 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 3510 manat olan, “Samsung” markalı soyuducu, “Samsung” markalı kondisioner və “Delonghi” markalı isidicini nisyə qaydada almış, malların qiymətini ayda 195 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019cu il tarixli müqavilə üzrə əsas məbləğdən 800 manat ödəmiş, 2710 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 271 manat cərimə hesablanmışdır. xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 825 manat ödəmiş, 483 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 48 manat cərimə hesablanmışdır. xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 537 manat ödəmiş, 543 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 54 manat cərimə hesablanmışdır. xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 450 manat ödəmiş, 200 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 20 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Təqdim edilmiş sənədlərdən göründüyü kimi cavabdeh iddiaçıdan dörd müqavilə üzrə nisyə qaydada müxtəlif məişət əşyalarını hissə-hissə ödəmə şərti ilə almış, lakin müqavilələr üzrə öhdəlikləri tam və vaxtında icra etməyərək öhdəliyi pozmuşdur. Buna görə də iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən nisyə satılmış əşyaların qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçı cavabdehdən öhdəliyin icrasının gecikdirilməsinə görə müqavilədə nəzərdə tutulan dəbbə pulunun ödənilməsini də tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Cavabdeh müqavilələr üzrə ödənişləri gecikdirdiyindən iddiaçının tələb etdiyi dəbbə pulu məbləğləri gecikmə müddətlərinə və müqavilənin şərtlərinə uyğundur. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC-nin xeyrinə cavabdehdən xx.xx.2019cu il tarixli müqavilə üzrə 2710 manat ödənilməmiş hissə, 271 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 483 manat ödənilməmiş hissə, 48 manat dəbbə pulu xx.xx.2019-ci il tarixli müqavilə üzrə 543 manat ödənilməmiş hissə, 54 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 200 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, cəmi 4329 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 63,29 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 00659090 nömrəli müqavilə üzrə 483 manat ödənilməmiş hissə, 48 manat dəbbə pulu; xx.xx.2019-ci il tarixli, 00746441 nömrəli müqavilə üzrə 543 manat ödənilməmiş hissə, 54 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli, 00940307 nömrəli müqavilə üzrə 200 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla; xx.xx.2019-cu il tarixli, 01111030 nömrəli müqavilə üzrə 2710 manat ödənilməmiş hissə, 271 manat dəbbə pulu cəmi 4329 (dörd min üç yüz iyirmi doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 63,29 manat (altmış üç manat, iyirmi doqquz qəpik) pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(125)-1133/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1133/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver