Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1139/2023 27.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********07477 SAMSUNG GALAXY TAB A7 markalı planşet üçün 324.8(üç yüz iyirmi dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 32(otuz iki) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SOYUDUCU SAMSUNG üçün 248.1(iki yüz qırx səkkiz manat on qəpik) manat ödənilməmiş hissə, 24(iyirmi dörd) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün 139.2(bir yüz otuz doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 13(on üç) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********99220 SAMSUNG GALAXY A10 markalı telefon üçün 68(altmış səkkiz) manat ödənilməmiş hissə, 6.9(altı manat doxsan qəpik) manat cərimə olmaqla, ümumilikdə, 856 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İMEİ KOD **********07477 SAMSUNG GALAXY TAB A7 markalı planşet, SOYUDUCU SAMSUNG, SAMSUNG LED TV, İMEİ KOD **********30137 SAMSUNG GALAXY A10S markalı telefon almış və nəticədə 856(səkkiz yüz əlli altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 596.8(beş yüz doxsan altı manat səksən qəpik) manat (18 ay x 29.6 manat + 64 manat ilkin ödəniş) İMEİ KOD **********07477 SAMSUNG GALAXY TAB A7 markalı planşetüçün ümumilikdə, 356.8 (üç yüz əlli altı manat səksən qəpik) manat olmaqla ondan, 324.8(üç yüz iyirmi dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32(otuz iki) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1544.4(bir min beş yüz qırx dörd manat qırx qəpik) manat (18 ay x 85.8 manat + 0 manat ilkin ödəniş) SOYUDUCU SAMSUNG üçün ümumilikdə, 272.1(iki yüz yetmiş iki manat on qəpik) manat olmaqla ondan, 248.1(iki yüz qırx səkkiz manat on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24(iyirmi dörd) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1351.2(bir min üç yüz əlli bir manat iyirmi qəpik) manat (18 ay x 70.9 manat + 75 manat ilkin ödəniş) SAMSUNG LED TV üçün ümumilikdə 152.2(bir yüz əlli iki manat iyirmi qəpik) manat olmaqla ondan, 139.2(bir yüz otuz doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13(on üç) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 346(üç yüz qırx altı) manat (12 ay x 23 manat + 70 manat ilkin ödəniş) İMEİ KOD **********99220 SAMSUNG GALAXY A10 markalı telefon üçün ümumilikdə, 74.9(yetmiş dörd manat doxsan qəpik) manat olmaqla ondan, 68(altmış səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.9(altı manat doxsan qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3058.3 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İMEİ KOD **********07477 SAMSUNG GALAXY TAB A7 markalı planşet, SOYUDUCU SAMSUNG, SAMSUNG LED TV, İMEİ KOD **********30137 SAMSUNG GALAXY A10S markalı telefon almış və nəticədə 856(səkkiz yüz əlli altı) manat borc yaranmış, həmçinin "xxxx" MMC məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1 və 448.1-ci maddəsinə əsasən hesab edilir ki, Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələri üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1 və 465.2-ci maddələrinə uyğun olaraq, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********07477 SAMSUNG GALAXY TAB A7 markalı planşet üçün 324.8(üç yüz iyirmi dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 32(otuz iki) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SOYUDUCU SAMSUNG üçün 248.1(iki yüz qırx səkkiz manat on qəpik) manat ödənilməmiş hissə, 24(iyirmi dörd) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün 139.2(bir yüz otuz doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 13(on üç) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********99220 SAMSUNG GALAXY A10 markalı telefon üçün 68(altmış səkkiz) manat ödənilməmiş hissə, 6.9(altı manat doxsan qəpik) manat cərimə olmaqla, ümumilikdə, 856 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5-284-6-cı maddələrinə əsasən, q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********07477 SAMSUNG GALAXY TAB A7 markalı planşet üçün 324.8(üç yüz iyirmi dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 32(otuz iki) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SOYUDUCU SAMSUNG üçün 248.1(iki yüz qırx səkkiz manat on qəpik) manat ödənilməmiş hissə, 24(iyirmi dörd) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün 139.2(bir yüz otuz doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 13(on üç) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********99220 SAMSUNG GALAXY A10 markalı telefon üçün 68(altmış səkkiz) manat ödənilməmiş hissə, 6.9(altı manat doxsan qəpik) manat cərimə olmaqla, ümumilikdə, 856 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-1139/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1139/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver