Məhkəmə qərarları › İş №e-2(125)-1142/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1142/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1142/2024 02.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2325 pulunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 26 sentyabr 2022-ci il tarixdə Gəncə şəhəri, Xətai prospekti 87 ünvanında yerləşən “WİESSMAN” kombi satışı mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN: **********) ilə aralarında şifahi qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 2490 manatlıq istilik sistemi avadanlığı (kombi cihazı, 8 ədəd radiator və s.) almış və həmin gün ona 2450 manat məbləğində ödəniş etmişdir. Həmin vaxt aldığı mallar tam tərkibdə mağazada olmadığı üçün Cavabdeh təklifinə əsasən malları evdə görüləcək santexnik işlərindəki ehtiyaca əsasən sonrakı günlərdə təhvil verilməsinə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə 228 manatlıq, xx.xx.2022-ci il tarixdə isə 70 manatlıq mal onun nümayəndəsi – evində işləri görən usta X2 tərəfindən mağazadan təhvil alınıb. İşlər yekunlaşdıqdan sonra geri qalan digər malları götürmək üçün mağazaya getdikdə mağazanın bağlı olduğunu görmüşdür. Bundan sonra Cavabdeh ilə dəfələrlə görüşüb malları və yaxud onların pulunu tələb etsə də, o, hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınır. Bu barədə 07 dekabr 2023-cü il tarixdə xəbərnaməli poçt vasitəsilə ona yazılı pretenziya göndərmişdir. Poçt sənədlərinə əsasən bu pretenziya ona xx.xx.2023cü il tarixdə şəxsən verilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Cavabdeh bu hərəkəti ilə ona həm maddi zərər vurmuş, həm də evinin təmir işlərinin ləngiməsinə səbəb olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankının 2022-ci ilin noyabr ayından 2023-cü ilin noyabr ayına qədər olan dövr üçün uçot dərəcəsi illik 8.5 % olmuşdur. Bu nəzərə alınmaqla cavabdehin mənə ödəməli olan məbləğ 2325 manat (ödədiyim puldan götürdüyüm malın pulu çıxıldıqdan sonra qalan məbləğ - 2152 üstəgəl həmin məbləğin bank uçot dərəcəsinə vurmaqla alınan məbləğ (2152*8.5%=183) təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək tələbin təmin olunması barədə qətnamə çıxaırlmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Cavabdeh Yusif oğluna ünvanlanmış xx.xx.2023cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, 26 sentyabr 2022-ci il tarixdə Gəncə şəhəri, Xətai prospekti 87 nvanında yerləşən sizin saibkarlıq fəaliyəti ilə məşğul olduğunuz “WİESSMAN” kombi satışı mağazasından aramızda şifahi qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 2490 manatlıq istilik sistemi avadanlığı (kombi cihazı, 8 ədəd radiator və s.) almış və həmin gün sizə 2450 manat məbləğində ödəniş etmişəm. Həmin vaxt aldığım mallar tam tərkibdə mağazada olmadığı üçün sizin təklifinizə əsasən malları evdə görüləcək santexnik işlərindəki ehtiyaca əsasən sonrakı günlərdə təhvil verilməsinə razılaşmışam. xx.xx.2022-ci il tarixdə 228 manatlıq, 9.10.2022-ci il tarixdə isə 70 manatlıq mal mənim nümayəndəm - evimdə işləri görən usta X2 tərəfindən mağazadan təhvil alınıb. Ödədiyim puldan geri qalan 2152 manat pul və yaxud aldığım malların geri qalan hissəi hələ də mənə qaytarılmamışdır. Bu barədə sizə dəfələrlə şifahi qaydada müraciət etsəm də tələbim sizin tərəfinizdən qarşılanmamışdır. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 449.1 maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə ötməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mərkəzi Bankının 2022-ci ilin noyabr ayından 2023-cü ilin noyabr ayına qədər olan dövr üçün uçot dərəcəsi illik 8.5 % olmuşdur. Bu nəzərə alınmaqla cavabdehin mənə ödəməli olan məbləğ 2325 manat (ödədiyim puldan götürdüyüm malın pulu çıxıldıqdan sonra qalan məbləğ - 2152 üstəgəl həmin məbləğin bank uçot dərəcəsinə vurmaqla alınan məbləğ (2152*8.5%= 183) təşkil edir. Sizdən tələb edirəm ki, 3 gün ərzində aldığım malların geri qalan hissəsini və yaxud 2325 manat məbləğində pul vəsaitini mənə qaytarasınız. Əks haida tərəfimdən sizə qarşı məhkəmədə iddia qaldırılacaqdır. İş materiallarında olan xəbərnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə məktubu qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 599.4. Satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Hazırkı mülki iş üzrə tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən, iddiaçı 2022-ci ilin sentyabr ayında satın aldığı malların dəyəri qismində 2450 manat pulu cavabdehə ödəmişdir və bu hal hər iki tərəfin izahatı ilə təsdiqlənir. İddiaçı əvəzini ödədiyi 70 manat və 228 manat dəyərində olan məhsulların ona təhvil verildiyini bildirir. Cavabdeh daha çox dəyərdə olan məhsulların iddiaçı tərəfdən təhvil alındığını bildirsə də, bu halı təsdiqləyən sübut etməmişdir. Qabaqcadan ödəniş məbləğini almış cavabdeh əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmədiyinə əsaslanaraq iddiaçı əşya üçün qabaqcadan ödədiyi məbləğin qalıq dəyəri olan 2152 manat pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia həmin hissədə əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddiaçı cavabdehin ödəməli olduğu 2152 manat pula 2022-ci ilin noyabr ayından 2023-cü ilin noyabr ayına qədər olan dövr üçün bank uçot dərəcəsi tətbiq etməklə 183 manat pulun tutulmasını xahiş etmişdir. Lakin iddiaçı həmin pul məbləğinin hesablanması üçün qeyd etdiyi dövrdə Azərbaycan Respublikasının Mərkəzi Bankının illik bank uçot dərəcəsinin 8.5 % olmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, 183 manat pulun tutulması hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 41.52 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2152 (iki min yüz əlli iki) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41 (qırx bir) manat 52 (əlli iki) qəpik pul İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar