Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1202/2024 15.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə 1 saylı Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə 1 saylı Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilmə faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, ev 220-nin miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka dair vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin cavabdeh 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən iddia ərizəsinin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, mərhum X7 xx.xx.1995-ci ildə vəfat etmişdir. O, xx.xx.1993-сü ildə vəsiyyətnamə verərək Gəncə şəhəri, Kommunist (indiki Təbriz) küçəsi, ev 220-ni X2 vəsiyyət etmiş və digər vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. X5 iddiaçının həyat yoldaşıdır. Onunla xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və onun yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi, ev 220-yə gəlin köçmüşdür. xx.xx.2022-ci il tarixdə X5 vəfat etmişdir. Onunla birgə nikahlarından uşaları olmamışdır. Nasimin vəfatının ildönümünədək mübahisəsiz qaydada Gəncə şəhəri, Təbriz küçəsi, ev 220-də mübahisəsiz qaydada yaşamışdır. Ancaq, digər vərəsələrin davranışının hər ötən gün pisləşməsi hərəkətlərində olmasada, üzlərindəki mimikadan açıq-aşkar görünürdü. Bu isə onu narahat etməyə bilməzdi. Gəncə şəhəri, Təbriz küçəsi, ev 220 Nasimə vəsiyyət edildiyinə görə iddiaçı Nasimin vərəsəsi olaraq qeyd olunan vəsiyyətnaməni götürərək 1 saylı Gəncə Regional“ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə müraciət etdim. 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi tərəfindən X3 vərəsələri arasında mübahisə olması əsası ilə vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Hal-hazırda miras qoyan X3 qanun üzrə birinci növbə vərəsələri Cavabdeh1 və Cavabdeh2dır. Onlar isə uzun illərdir ki, qeyd olunan ünvanda yaşamırlar. Qeyd olunan miras əmlakla bağlı faktiki mübahisəni yaradan şəxslər Nasimin anası X4, qardaşı X6 və X1r. İddiaçının işə getməyindən istifadə edərək evin açarlarını dəyişmiş və onu evə buraxmamağa başlamışlar. Bunula bağlı olaraq dəfələrlə polisə müraciətlər etmişdir. Polis tərəfindən hər hansı tədbir görülməmişdir. Onlar qıfılı dəyişir, o isə qıfılı qırır. Beləcə günləri keçib gedir. Əgər məhkəmə tərəfindən mübahisə həll olunmasa onun fəsadları daha pis olacaqdır. Ona görə də, məhkəmədə miras əmlakın faktiki qəbuluna və sairə tələbə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Odur ki, iddianın təmin edilməsinə daır qətnamə çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən, Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı ilə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin qərarda qeyd edilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.2-ci maddəsinə əsasən, əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Göründüyü kimi, qanunvericiliyin uyğun olaraq, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməlidir və notaruis göstərilən şərtlər əsasında vərəsəlik şəhadətnaməsi verilməlidir. Notariusun qərarı ilə razılaşmayan vərəsənin həmin qərardan aidsiyyəti üzrə məhkəməyə şikayət vermək hüququ vardır. Bu baxımdan İddiaçı vərəsəlik şəadətnaməsinin verilməsi ilə bağlı notariat orqanına müraciət etməli, notariat orqanın qərarı ilə razılaşmadıqda onun hərəkətindən məhkəməyə şikayət etməli idi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçılərə rəsmi qaydada verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə 1 saylı Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilmə faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya vərəsəlik şəadətnaməsinin verilməsi ilə bağlı notariat orqanına müraciət etmək, notariat orqanın qərarı ilə razılaşmadıqda onun hərəkətindən məhkəməyə şikayət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə 1 saylı Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilmə faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıyə izah olunsun ki, vərəsəlik şəadətnaməsinin verilməsi ilə bağlı notariat orqanına müraciət edə, notariat orqanın qərarı ilə razılaşmadıqda onun hərəkətindən məhkəməyə şikayət edə bilər. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-1202/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1202/2024
15.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver