Məhkəmə qərarları › İş №e-2(125)-1221/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1221/2025

15.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1221/2025 15.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki: X4 və Cavabdeh xx.xx.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur; ünvan 3ində yerləşən 0.6596 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Reyestr nömrəsi: **********48) “Torpağa mülkiyyət hüququna dair' Dövlət aktının JN-518M nömrəli konturuna əsasən X5 və Cavabdeh adınadır; ünvan 3ində yerləşən 0.0643 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.1998-ci ildə (Reyestr nömrəsi: **********49) “Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının JN- 518 nömrəli konturuna əsasən X5 və Cavabdeh adınadır; ünvan 3ində yerləşən 0.0519 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Reyestr nömrəsi: **********50) “Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının JN-518C nömrəli konturuna əsasən X5 və Cavabdeh adınadır; ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil 02 aprel 2002-ci il tarixli, 10873 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmışdır; xx.xx.2023-cü il tarixdə X4 vəfat etmişdir, həmin tarixə vərəsələri oğlu İddiaçı və arvadı Cavabdeh ibarət olmuşdur; Ağstafa rayonu Notariat ofisi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, mərhum atası X3 məxsus miras əmlak qaldığını, lakin digər vərəsə ilə mübahisə olduğunu bildirmişdir, beləliklə, vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mərhum atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil 02 aprel 2002-ci il tarixli, 10873 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh adına olan, ünvan 3ində yerləşən 0.6596 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Reyestr nömrəsi: **********48) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının JN-518M nömrəli konturuna əsasən X5 və Cavabdeh adlarına olan, ünvan 3ində yerləşən 0.0643 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Reyestr nömrəsi: **********49) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının JN-518 nömrəli konturuna əsasən X5 və Cavabdeh adlarına olan, ünvan 3ində yerləşən 0.0519 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Reyestr nömrəsi: **********50) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının JN-518C nömrəli konturuna əsasən X5 və Cavabdeh adlarına olan əmlaklara mərhum X2 2/1 payına vərəsə tanınmaqla və həmin miras mülklərə payların müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum X2 oğludur və ondan miras qalan bütün əmlaklara digər vərəsə kimi tam hüququ vardır. Cavabdeh iddiaya etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mərhum X2 heç bir əmlakı olmamış, hal-hazırda onun heç mirası qalmamışdır. Belə ki, o, xx.xx.1992-ci il tarixdə mərhum X4 ilə evlənib ailə qurmuşdur, lakin Oruc Mahmudov xəstə olduğundan onların iki uşağı rəhmətə getmiş və bununla bağlı aralarında mübahisə yaranmış və xx.xx.1995-ci il tarixdə o, əşyalarını yığıb onların evindən çıxıb anası Rozanın evinə getmiş və hazırda anasıyla bir yerdə yaşayırlar. Həmin vaxtdan onun mərhum X4 ilə heç bir münasibəti olmamışdır. Bundan sonra 1996-cı ildə X6 adlı qadınla qeyri-rəsmi yaşamış, sonra isə Aygün adlı qadınla 2014-cü ilədək qeyri-rəsmi yaşamışdır. Bundan sonra, mərhum Oruc Mahmudov ölən gününə kimi təktənha yaşamışdır. ünvan 2 ünvanında yerləşən mənzili o, şəxsi vəsaiti hesabına almış və həmin mənzili alarkən o, artıq mərhum Oruc Mahmudovla 7 il olaraq ayrı yaşamış və o, həmin vaxt Aygün ilə yaşamış və onun bu mənzilin cavabdeh tərəfindən alınması bardə heç bir məlumatı olmamışdır. Ona görə hesab edir ki, bu mənzil birgə nikah dövründə alınmış əmlak sayıla bilməz. Bundan başqa, ünvan 3ində yerləşən 0.6596 ha, 0.643 ha və 0.0519 ha kənd təsərrüfatı torpaq sahələri ona Molla Vidadi adma Üzümçülük sovxoz tərəfindən sovxosda işlədiyinə görə verilən əmlak payıdır, lakin onlar formal olaraq nikahda olduğundan torpağa mülkiyyət hüququna dair Dövlət aktına Oruc Mahmudovun da adı səhf olaraq qeyd edilmişdir. Ona görə də hesab edir ki, bu torpaq sahələri də birgə nikah dövründə əldə edilmiş əmlaklar sayıla bilməz. O, İddiaçı öz mülkündən, əmlaklarından heç bir pay vermək məcburiyyətində deyil. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi iddia ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etirazda yazılanların izahat olaraq qəbul olunmasını və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd edilən normaların təhlili onu deməyə əsas verir ki, nikah dövründə əldə edilmiş əmlakın əksi sübuta yetirilincəyə qədər ər-arvadın birgə mülkiyyətində olması prezumpsiyası mövcuddur. Bu halda nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyət olmamasını sübuta yetirmək vəzifəsi bunu mübahisələndirən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq, birgə mülkiyyətin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Hazırkı iş üzrə iddiaçı, X2 və Cavabdeh adına birgə nikah dövründə qeydə alınmış mübahisəli mənzil və torpaq sahələri üzərində yaranmış ½ paya vərəsə qismində tanınmasını xahiş etmişdir. Cavabdeh birgə nikah dövründə əldə edilməsinə baxmayaraq, birgə təsərrüfat hesabına əldə edilmədiyini bildirsə də, mübahisəli əmlakın birgə əmlak olmasını təkzib edən hər hansı mötəbər dəlil təqdim etməmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, mübahisəli daşınmaz əmlak X2 və Cavabdeh birgə nikah dövründə əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaka dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların arasında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, birgə nikah müddətində əldə etdikləri mübahisəli daşınmaz əmlaklarda X2 və Cavabdeh payları müəyyən olunmalı və onların birgə nikah müddətində əldə etdikləri əmlak bərabər paylarla bölünməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İddiaçı daha sonra, X1 qalmış, əmlakın ½ hissəsinə miras payının müəyyən olunmasını xahiş etmiş və tələbinin miras qoyanın vərəsəsi olmasıyla əsaslandırmışdır. Miras qoyan Oruc Mahmudovun öldüyü məqamın vərəsələri İddiaçı və Cavabdeh məlum olmasını təkzib edən hər hansı dəlil təqdim edilmədiyi üçün onların vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu vaxtdan 3 ay ərzində mirasdan notariat qaydada imtina etməsi müəyyən olunmur. Mirası qəbul etmiş həmin vərəsələr arasında mirasın bərabər bölüşdürülməsi həyata keçirilməlidir. Belə olan halda, mübahisəli daşınmaz əmlaklar üzərində Cavabdeh və X2 ½ payının müəyyən olunması nəzərə alınaraq, miras qoyana məxsus ½ pay üzərində İddiaçı və Cavabdeh bərabər payları hesablanaraq, mübahisəli daşınmaz əmlaklar üzərində Cavabdeh 3/4 payı, İddiaçı 1/4 payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2023-cü ildə ölmüş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil; ünvan 3ində yerləşən 0.6596 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; ünvan 3ində yerləşən 0.0643 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; ünvan 3ində yerləşən 0.0519 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı 1/4 hissədə, Cavabdeh ¾ hissədə payı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar