Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1260/2025 11.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23 və X24) qarşı «mirasda iddiaçının payının müəyyən edilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23 və X24) qarşı X3 miras qalmış ünvan 1 ünvanında yerləşən 600 kv/m torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən sahiblik edilməsi, mirasın tamamilə faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş iddianın dəqiqləşdirilməsi barədə ərizəsində iddiaçının nümayəndəsi (vəkili) Vəkil X6 miras qalmış ünvan 1 ünvanında yerləşən 600 kv/m torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək, izahatında bildirdi ki, Gəncə şəhəri, 9 Yanvar küçəsi 115 ünvanda yerləşən 600 kv/m torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi iddiaçının mərhum atası X39 oğlunun adına qeydə alınmışdır. X39 oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Belə ki, İddiaçı atasından miras qalmış Rusiya Federasiyasında və Rusiya Federasiyasından kənarda yerləşən miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Sözügedən əmlaka dair də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Bununla bağlı 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat ofisi müraciət edilmişdir. Notariat Ofisindən mirasın qəbul müddətini ötürmə səbəbinə əsasən mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Hesab edir ki notariat ofisi tərəfindən edilən imtina əsassızdır. Belə ki, iddiaçı ilə birlikdə vərəsə hesab edilən şəxslər onun qardaşı xx.xx.1973-cü il təvəllüdlü X27 və bacısı X22 miras əmlakı qəbul etməkdən imtina ediblər. İddiaçının anası X25 isə atasının xx.xx.1982-ci il tarixdə nikahları pozulmuşdur. Qanuni vərəsə hesab edilən iddiaçı X26 atasında miras qalan əmlaka dair vərəsəlik hüquqlarını həyata keçirə bilmir.Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olan ərizəsində 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi notariat ofisinin nümayəndəsi məhkəmə iclaslarını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23 və X24 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 989708 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1970-ci il tarixdə anadan olmuş İddiaçı atası X26, anası isə X17r. İşdə olan AZ-İV seriyalı 989707 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971-ci il tarixdə anadan olmuş Abdullayeva (Vəlizayeva) Afət Temur qızının atası X26, anası isə X17r. İş materiallarında olan AZ-İV seriyalı 989709 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1973-cü il tarixdə anadan olmuş X10 atası X26, anası isə X17r. İşdə olan xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-A-3956/2024 nömrəli arayışın surətindən görünür ki, X26 və X11 nikah haqqında xx.xx.1969-cu il tarixdə 02 nömrəli Daşkəsən rayon Zağalı kənd icra nümayəndəliyində qeydə alınmışdır. Nikah Gəncə Şəhər Məhkəməsinin xx.xx.1982-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.1982-ci il tarixli 40 nömrəli akt qeydi ilə Gəncə şəhər qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan İİİ-РК seriyalı 731704 nömrəli ölüm haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1938-ci il tarixdə Daşkəsən rayonu, Zağalı kəndində anadan olmuş X26 xx.xx.2021ci il tarixdə Rusiya Federasiyası, Volqoqrad vilayətində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə ********************3 nömrə ilə qeyd edilmişdir. İşdə olan X7 Volqoqrad vilayətinin Svetlyarski rayonunun notariusu tərəfindən təsdiq edilmiş 34/98-n/34-2023-1-2083 reyestr nömrə ilə təsdiq edilmiş ərizəsinin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X6 ölüm gününə qədər Volqoqrad vilayəti, Svetloyarski rayonu, Bolşiye Çapurniki kəndi, Sportivnaya küçəsi, ev 14/1 ünvanında qeydiyyatda olanın – yerindən və nədən ibarət olmayaraq qalmış, ona çatası bütün əsaslarla vərəsəlik payını qəbul etməmiş və rəsmiləşdirmək niyyətində deyil. X12 ölümündən sonra vərəsəliyi digər vərəsələr tərəfindən rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. İş materiallarında olan X10 Volqoqrad vilayətinin Svetlyarski rayonunun notariusu tərəfindən təsdiq edilmiş 34/98-n/34-2023-1-2084 reyestr nömrə ilə təsdiq edilmiş ərizəsinin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X6 ölüm gününə qədər Volqoqrad vilayəti, Svetloyarski rayonu, Bolşiye Çapurniki kəndi, Sportivnaya küçəsi, ev 14/1 ünvanında qeydiyyatda olanın –yerindən və nədən ibarət olmayaraq qalmış, ona çatası bütün əsaslarla vərəsəlik payını qəbul etməmiş və rəsmiləşdirmək niyyətində deyil. X12 ölümündən sonra vərəsəliyi digər vərəsələr tərəfindən rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. İşdə olan Volqoqrad vilayətinin Svetlyarski rayonunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 34/98-n/34-2025-1-214 reyestr nömrəli qanunla vərəsəlik hüququ haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Rusiya Federasiyasının Mülki Məcəlləsinin 1142-ci maddəsinə uyğun olaraq, Rusiya Federasiyasının ərazisindən və yerləşdiyi yerdən asılı olmayaraq xx.xx.2021-ci ildə vəfat edən X16 yerindən və nədən ibarət olayaraq qalan vərəsəlik əmlakı üzrə xx.xx.1970-ci il tarixdə anandan olmuş oğlu İddiaçı varisidir. Bu şəhadətnamənin verildiyi vərəsəlik əmlakı vəsiyyət edənə mülkiyyət hüququ ilə məxsus Volqoqrad vilayəti, Svetloyarski rayonu, Bolşiyev Çapumiki kəndi, İlyina küçəsi, ev 82 ünvanında yerləşən yaşayış evindən ibarətdir. İş materiallarında olan Volqoqrad vilayətinin Svetlyarski rayonunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 34/98-n/34-2023-1-1544 reyestr nömrəli qanunla vərəsəlik hüququ haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Rusiya Federasiyasının Mülki Məcəlləsinin 1142-ci maddəsinə uyğun olaraq, Rusiya Federasiyasının ərazisindən və yerləşdiyi yerdən asılı olmayaraq xx.xx.2021-ci ildə vəfat edən X16 yerindən və nədən ibarət olayaraq qalan vərəsəlik əmlakı üzrə xx.xx.1970-ci il tarixdə anandan olmuş oğlu İddiaçı varisidir. İşdə olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1230 nömrəli imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktiki başladı və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edər. Mirasın açıldığı gündən üç ay ərzində mirası qəbuluna yol verilmir. Yuxarıda şərh olunanları nəzərə alaraq, təqdim etdiyiniz sənədlərdən müəyyən olundu ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbul müddəti keçirilmişdir. Buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21- 3-33/2-2499/2025 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Kirovabad şəhəri DNK-nın xx.xx.1959-cu il tarixli, 11/1785 reyestr nömrəli bağışlama müqaviləsinə uyğun olaraq X28 mülkiyyətinə verilmişdir. Kirovabad şəhəri 2 saylı DNK-nın xx.xx.1977-ci il tarixli, 2-120 reyestr nömrəli alqısatqı müqaviləsinə Gəncə şəhəri, 9 Yanvar küçəsi, ev 115 ünvanında yerləşən fərdi yaşayış evi X1 və onun adına qeyd olunan ünvana dair Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyinin «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» Pasport işlənmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2- 5535/2025 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, 9 Yanvar küçəsi, ev 115 ünvanında yerləşən fərdi yaşayış evi 31 yanvar 1933-cü il tarixli torpaq qeydinə əsasən X9 adına qeyd edilmiş və ümumi torpaq sahəsi 622.88 kv.m olmuşdur. 22 dekabr 1947-ci il tarixli torpaq qeydinə əsasən isə ümumi torpaq sahəsi 630 kv.m olmuş və X9 adına qeyd edilmişdir. Gəncə şəhəri, 9 Yanvar küçəsi, ev 115 ünvanında yerləşən fərdi yaşayış evi Kirovabad şəhər notariusunun 14 iyun 1959-cu il tarixli, 11/1785 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X5 X29 bağışlanılmış və 15 iyul 1959-cu il tarixli torpaq qeydi X28 adına qeyd edilmişdir. 21 avqust 1963-cü il tarixli aparılan texniki inventarizasiya işlərinə əsasən ümumi torpaq sahəsi 875.00 kv.m olmuşdur. 2 saylı Kirovabad şəhər notariusunun 5 aprel 1977-ci il tarixli 2/120 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, 9 Yanvar küçəsi, ev 115 ünvanında yerləşən fərdi yaşayış evi X30 tərəfindən X2, sonuncunun adına 12 oktyabr 1989-cu il tarixli, 3128 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1980-ci il tarixli aparılmış inventarizasiya işlərinə əsasən Gəncə şəhəri, 9 Yanvar küçəsi, ev 115 ünvanında yerləşən fərdi yaşayış evi X12 adına qeyd edilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 1987-ci il tarixli texniki pasportu X12 adına qeyd edilmişdir. Fərdi yaşayış evi 2 yaşayış otağı, 40.5 kv.m yaşayış sahəsi, 36.5 kv.m köməkçi sahəsi, 77 kv.m yaşayış binasının ümumi sahəsi, 875.00 kv.m faktiki torpaq sahəsindən ibarət olmuşdur. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-57/2-6645/2025 nömrəli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşına məxsus şəxsiyyət vəsiqəsi əldə etmədiyindən, onun vətəndaşlıqdan çıxıb-çıxmaması barədə hər hansı məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-738/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1938-ci il tarixdə anadan olmuş Daşkəsən rayonu, Zağalı kəndində anadan olmuş və xx.xx.2021-ci ildə Rusiya Federasiyası Volqoqrad vilayəti, Svetloyarski şəhərində vəfat etmiş Rusiya Federasiyası vətəndaşı X12 uşaqları xx.xx.1970-ci il təvəllüdlü İddiaçı, xx.xx.1971-ci il təvəllüdlü X23 və xx.xx.1973-cü il təvəllüdlü X19r. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 1980-ci il tarixli aparılmış inventarizasiya işlərinə əsasən Gəncə şəhəri, 9 Yanvar küçəsi, ev 115 ünvanında yerləşən fərdi yaşayış evi X12 adına qeyd edilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 1987-ci il tarixli texniki pasportu X12 adına qeyd edilmişdir. X26 xx.xx.2021-ci il tarixdə ölmüş, həmin şəxsin ölümündən sonra onun birinci növbəli vərəsələri uşaqları xx.xx.1970-ci il təvəllüdlü İddiaçı, xx.xx.1971-ci il təvəllüdlü X23 və xx.xx.1973-cü il təvəllüdlü X19r. Belə ki, birinci növbə vərəsələr X23 və X4 Federasiyasında notariat orqanına müraciət edərək mərhum ataları X6 miras qalmış bütün daşınmaz və daşınar əmlakdan imtina etmişlər və sonuncudan miras qalmış Rusiya Federasoyasında yerləşən əmlaklara dair iddiası İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X3 miras qalmış ünvan 3 ünvanında yerləşən əmlaka dair qanun üzrə vərəsəlik hüququ əldə etmək üçün İddiaçı notariat ofisinə müraciət etmişditr. Lakin müddətin ötürülmə səbəbinə görə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Buna görə də İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X6 miras qalmış ünvan 3 ünvanında yerləşən əmlakda payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normaların tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, İddiaçı mərhum atasından miras qalmış Rusiya Federasiyasında olan əmlakları qəbul etdiyindən bütün miras əmlakı qəbul etmiş sayılır. Buna görə də İddiaçı X6 miras qalmış ünvan 3 ünvanında yerləşən əmlaka dair hüquqlarında tam hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. X18 məxsus olan ünvan 3 ünvanında yerləşən əmlaka dair hüquqlarında İddiaçı tam hissədə payı müəyyən edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev İş № 2(022)-1179/2022 Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ 28 sentyabr 2022-ci il Gəncə şəhəri Gəncə Şəhər Məhkəməsi Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əsgərova Dürdanə Müseyib qızının katibliyi, ərizəçi X14 iştirakı ilə, X14 torpağa mülkiyyət hüququna dair 11 iyul 2002-ci il tarixli JN-0106 KOD 50709028 №-li dövlət aktının oradaki şəxslərlə yanaşı ərizəçiyə də məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, QƏTETDİ: X14 xahişi təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0106 KOD 50709028 №-li şəhadətnamənin X8, X15 və X20 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-1260/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1260/2025
11.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver