Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1286/2023 21.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC, “Mercedes Benz C180” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 1340 manat sığorta ödənişinin və ödənilmiş 33,40 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, cavabdehin etibarnamə əsasında idarə etdiyi “Opel ASTRA” minik markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı (bundan sonra - Sığortalı avtomobil) xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək iddiaçı tərəfindən icbari sığorta növü, X1 qanuni sahibliyində olan “Mercedes Benz C180” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – Mercedes markalı avtomobil) isə "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək avtonəqliyyat vasitələrinin tam sığorta növü (kasko) üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində o, Gəncə şəhəri X4 Şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Mercedes markalı avtomobilə dəymiş zərər 1340 manat məbləğində qiymətləndirilərək, həmin məbləğdə pul vəsaiti iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin idarə etdiyi Sığortalı avtomobil ilə törədilmiş nəqliyyat hadisəsi nəticəsində X1 qanuni sahibliyində olan Mercedes markalı avtomobilə maddi zərər dəymişdir. Baş vermiş hadisənin cavabdehin etibarnamə əsasında idarə etdiyi Sığortalı avtomobil ilə törədilməsi iş materiallarına əlavə edilmiş İnzibati Xəta haqqında protokolda və müvafiq qərarda öz əksini tapmışdır. Hadisə nəticəsində əmlaka dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, Mercedes markalı sığortalı avtomobilə 1340 manat məbləğində ziyan dəymişdir. xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən iddiaçı 1340 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qeyd edilən qanun normalarının mənasından görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. İcbari sığorta münasibətləri ilə bağlı bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi və sığotaçının subroqasiya hüququnun yaranmasına əsas verən “İcbari sığortlara haqqında” Qanunda nəzərdə tutulmuş əsasların olması əsas şərtdir. İşin materialları ilə müəyyən edilir ki, cavabdeh idarə etdiyi Sığortalı avtomobillə xx.xx.2022-ci il tarixdə sığorta hadisəsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində Mercedes markalı avtomobil zədələnmişdir. Eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, sığorta hadisəsi baş verdikdən sonra cavabdeh hadisə yerini tərk etmişdir. Bu hərəkətlərinə görə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törtməyə görə 100 manat məbləğində cərimə edilmişdir. Həmçinin, iş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta aktının və Mercedes markalı avtomobili sığorta etmiş "xxxx" ASC-nin müvafiq icra haqqında bank qeydinin surətindən görünür ki, sığorta hadisəsinin törədilməsi nəticəsində dəymiş maddi zərərə görə 1340 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə (X2) ödənilmiş, daha sonra həmin pul vəsaiti reqres qaydasında xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin təqsiri nəticəsində sığorta hadisəsi baş verdiyindən və o, hadisə yerini tərk etdiyindən, eləcə də sığortalanmış əmlaka vurulmuş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, iddiaçı subroqasiya tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş 1340 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Eyni zamanda, Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni də müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 33,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1340 (bir min üç yüz qırx) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,40 (otuz üç manat qırx qəpik) manat pul alınaraq iddiaçı "xxxx"ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-1286/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1286/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver