Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1287/2023 03.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********96301 və İmei kodu **********19361 olan 2 ədəd Samsung GalaxyA32 markalı telefon üçün 808 (səkkiz yüz səkkiz) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********79752 Samsung Galaxy A51 markalı telefon üçün 612.4 (altı yüz on iki manat, qırx qəpik) manat ödənilməmiş hissə, 61.6 (altmış bir manat, altmış qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********17561 Samsung GalaxyA31 markalı telefon üçün 140.8 (yüz qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, 14.2 (on dörd manat, iyirmi qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********79623 X3 10S markalı telefon üçün 694.2 (altı yüz doxsan dörd manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 69.8 (altmış doqquz manat, səksən qəpik) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********94174 Xiaomi Mi 10 markalı telefon üçün 1008 (bir min səkkiz) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə pulu olmaqla, ümumilikdə 3589 manat borc və 55.89 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********96301 və İmei kodu **********19361 olan 2 ədəd Samsung GalaxyA32 markalı telefon, İmei kodu **********79752 Samsung GalaxyA51 markalı telefon, İmei kodu **********17561 Samsung Galaxy A31 markalı telefon, İmei kodu **********79623 X3 10S markalı telefon, İmei kodu **********94174 Xiaomi Mi 10 markalı telefon almış və nəticədə 3589 (üç min beş yüz səksən doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1328.4 (bir min üç yüz iyirmi səkkiz manat, qırx qəpik) manat (18 ay x 73.8 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********96301 və İmei kodu **********19361 olan 2 ədəd Samsung Galaxy A32 markalı telefon üçün 888 (səkkiz yüz səksən səkkiz) manat olmaqla ondan, 808 (səkkiz yüz səkkiz) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə pulu; xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 970.2 (doqquz yüz yetmiş manat, iyirmi qəpik) manat (18 ay x 53.9 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********79752 Samsung GalaxyA51 markalı telefonüçün 674 (altı yüz yetmiş dörd) manat olmaqla ondan 612.4 (altı yüz on iki manat, qırx qəpik) manat ödənilməmiş hissə, 61.6 (altmış bir manat, altmış qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 595.8 (beş yüz doxsan beş manat, səksən qəpik) (18 ay x 33.1 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********17561 Samsung GalaxyA31 markalı telefon üçün 155 (yüz əlli beş) manat olmaqla ondan 140.8 (yüz qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, 14.2 (on dörd manat, iyirmi qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 793.2 (yeddi yüz doxsan üç manat, iyirmi qəpik) manat (12 ay x 66.1 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********79623 X3 10S markalı telefon üçün 764 (yeddi yüz altmış dörd) manat olmaqla ondan 694.2 (altı yüz doxsan dörd manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 69.8 (altmış doqquz manat, səksən qəpik) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 2340 (iki min üç yüz qırx manat) manat (18 ay x 130 manat + 0 manat ilkin ödəniş) olan, İmei kodu **********94174 Xiaomi Mi 10 markalı telefon üçün 1108 (bir min yüz səkkiz) manat olmaqla ondan 1008 (bir min səkkiz) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2764.2 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********96301 və İmei kodu **********19361 olan 2 ədəd Samsung GalaxyA32 markalı telefon, İmei kodu **********79752 Samsung GalaxyA51 markalı telefon, İmei kodu **********17561 Samsung Galaxy A31 markalı telefon, İmei kodu **********79623 X3 10S markalı telefon, İmei kodu **********94174 Xiaomi Mi 10 markalı telefon almış və nəticədə 3589 (üç min beş yüz səksən doqquz) manat borc yaranmış, həmçinin "xxxx" MMC məhkəməyə müraciət edərkən 55.89 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1 və 448.1-ci maddəsinə əsasən hesab edilir ki, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqavilələri üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1 və 465.2-ci maddələrinə uyğun olaraq, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********96301 və İmei kodu **********19361 olan 2 ədəd Samsung Galaxy A32 markalı telefon üçün 808 (səkkiz yüz səkkiz) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********79752 Samsung GalaxyA51 markalı telefon üçün 612.4 (altı yüz on iki manat, qırx qəpik) manat ödənilməmiş hissə, 61.6 (altmış bir manat, altmış qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********17561 Samsung Galaxy A31 markalı telefon üçün 140.8 (yüz qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, 14.2 (on dörd manat, iyirmi qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********79623 X3 10S markalı telefonüçün 694.2 (altı yüz doxsan dörd manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 69.8 (altmış doqquz manat, səksən qəpik) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********94174 Xiaomi Mi 10 markalı telefon üçün 1008 (bir min səkkiz) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə pulu olmaqla, ümumilikdə 3589 manat borc və 55.89 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5-284-6-cı maddələrinə əsasən, q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********96301 və İmei kodu **********19361 olan 2 ədəd Samsung Galaxy A32 markalı telefon üçün 808 (səkkiz yüz səkkiz) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********79752 Samsung GalaxyA51 markalı telefon üçün 612.4 (altı yüz on iki manat, qırx qəpik) manat ödənilməmiş hissə, 61.6 (altmış bir manat, altmış qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********17561 Samsung GalaxyA31 markalı telefon üçün 140.8 (yüz qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, 14.2 (on dörd manat, iyirmi qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********79623 X3 10S markalı telefonüçün 694.2 (altı yüz doxsan dörd manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 69.8 (altmış doqquz manat, səksən qəpik) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********94174 Xiaomi Mi 10 markalı telefon üçün 1008 (bir min səkkiz) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə pulu olmaqla, ümumilikdə 3589 manat borc və 55.89 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-1287/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1287/2023
03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver