Məhkəmə qərarları › İş №e-2(125)-1339/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1339/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1339/2025 26.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh İddiaçı MMC-nin xeyrinə KA-0003 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 920 manat əsas, 0 manat faiz və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 ilə “Sintra” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq Cavabdeh arasında KA-0003 saylı xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “Sintra” firmasının istehsalı olan 1700 manat məbləğində olan “Senna” modeli su təmizləmə sistemi quraşdırılaraq ona təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli KA-0003 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2020-ci il tarixli KA-0003 saylı nisyə alqı-satqı müqavələsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən 50 manat ilkin ödəniş edərək, hər ay 68 manat ödəmək şərti ilə 24 ay müddətinə ödəməyi öhdəsinə götürüb. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli KA-0003 saylı alqı-satqı müqaviləsinə əsasən 920 manat əsas, 0 manat cərimə, ümumilikdə 920 manat borcu yaranmışdır. İddiaçı MMC ilə X2 arasında 30 iyul 2019-cu il tarixli N-004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. Ərizəyə əlavə olunmuş: - X2 tərəfindən KA-0003 saylı xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə Cavabdeh 24 ay müddətinə 1700 manat dəyərində mal nisyə satılmış, sonuncu, malı təhvil almış və dəyərini ödməyi öhdəsinə götürmüşdür. - “Sintra Group'' MMC ilə X2 arasında imzalanan xx.xx.2019-cu il tarixli Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1 Cavabdeh qarşı olan 920 manat məbləğindəki tələb hüququ “Sintra Group" MMC-yə keçmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci tarixli xəbərdarlığın surətindən görünür ki, xx.xx.2020-ci il tarixli KA-0003 saylı alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyu öhdəlikləri yerinə yetirmədiyi üçün 920 manat borcu yaranmışdır. İddiaçı MMC borcunu 7 təqvim günü müddətində ödəməklə aralarında bağlanmış alqısatqı müqaviləsini ləğv etməyi təklif etmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 920 manat əsas, 0 manat cərimə, cəmi 920 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqı-satqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, müqavilə üzrə əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 920 (doqquz yüz iyirmi) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar