Məhkəmə qərarları › İş №e-2(125)-1348/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1348/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1348/2025 28.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG TV üçün 3211.3 (üç min iki yüz on bir) manat, 30 qəpik ödənilməmiş hissə, 963.39 (doqquz yüz altmış üç) manat, 39 qəpik dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********67241 İPHONE 15 markalı telefon, 2 ədəd APPLE ADAPTER üçün 2011.4 (iki min on bir) manat 40 qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç) manat 60 qəpik rüsum, 603.42 (altı yüz üç) manat 42 qəpik dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********83131 SAMSUNG GALAXY A14 markalı telefon, İmei kod **********83495 SAMSUNG GALAXY A14 markalı telefon üçün 561 (beş yüz altmış bir) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47.2 (qırx yeddi) manat, 20 qəpik rüsum, 168.3 (yüz altmış səkkiz) manat, 30 qəpik dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********05520 SAMSUNG GALAXY A24 markalı telefon üçün 359.6 (üç yüz əlli doqquz) manat 60 qəpik ödənilməmiş hissə, 107.88 (yüz yeddi) manat, 88 qəpik dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********32966 SAMSUNG GALAXY A24 markalı telefon üçün 214.1(iki yüz on dörd) manat, 10 qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç) manat 60 qəpik rüsum, 64.23 (altmış dörd) manat, 23 qəpik dəbbə olmaqla, ümumilikdə 8359.02 manat borc, 103.60 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024cü il tarixli müqavilələrə əsasən, SAMSUNG TV, İmei kod **********67241 İPHONE 15 markalı telefon, 2 ədəd APPLE ADAPTER, İmei kod **********83131 SAMSUNG GALAXY A14 markalı telefon, İmei kod **********83495 SAMSUNG GALAXY A14 markalı telefon, İmei kod **********05520 SAMSUNG GALAXY A24 markalı telefon, İmei kod **********32966 SAMSUNG GALAXY A24 markalı telefon almış və nəticədə 8359.02 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3400.2 manat (18 ay x 188.9 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG TV üçün ümumilikdə 4174.69 manat olmaqla, ondan 3211.3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 963.39 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3017.16 manat (18 ay x 167.62 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********67241 İPHONE 15 markalı telefon, 2 ədəd APPLE ADAPTER üçün ümumilikdə 2638.42 manat olmaqla ondan, 2011.4 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 603.42 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 748.08 manat (12 ay x 62.34 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********83131 SAMSUNG GALAXY A14 markalı telefon, İmei kod **********83495 SAMSUNG GALAXY A14 markalı telefon üçün ümumilikdə 776.5 manat olmaqla, ondan 561 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47.2 manat rüsum, müştəriyə güzəşt olunaraq 168.3 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 620.94 manat (12 ay x 51.37 manat + 4.5 manat ilkin ödəniş) olan İmei kod **********05520 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə 467.48 manat olmaqla ondan, 359.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 107.88 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 513.96 manat (12 ay x 42.83 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********32966 SAMSUNG GALAXYA24 markalı telefon üçün ümumilikdə, 301.93 manat olmaqla ondan, 214.1 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 64.23 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1942.94 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş və bildirmişdir ki, iddia tələbində göstərilən müqavilələr üzrə əsas borc məbləği ilə razıdır, lakin dəbbə pulunun azaldılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə alqı-satqı qiyməti 620.94 manat (12 ay x 51.37 manat + 4.5 manat ilkin ödəniş) olan İmei kod **********05520 SAMSUNG GALAXY A24 markalı telefon almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə alqı-satqı qiyməti 748.08 manat (12 ay x 62.34 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********83131 SAMSUNG GALAXY A14 markalı telefon, İmei kod **********83495 SAMSUNG GALAXY A14 markalı telefon almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə alqı-satqı qiyməti 3400.2 manat (18 ay x 188.9 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG TV almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə alqı-satqı qiyməti alqı-satqı qiyməti 513.96 manat (12 ay x 42.83 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********32966 SAMSUNG GALAXYA24 markalı telefon almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC ilə alqı-satqı qiyməti 3017.16 manat (18 ay x 167.62 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********67241 İPHONE 15 markalı telefon, 2 ədəd APPLE ADAPTER almışdır. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, sözügedən müqavilələr üzrə cavabdehin "xxxx" MMC-yə cəmi 6357.4 manat məbləğində əsas, 1907.22 manat dəbbə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1 -ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin əlavə ödəniş cədvəlinə əsasən "xxxx" MMC-nin ödəniş cədvəli üzrə göstərilən ödəniş şərtləri "Alıcı" tərəfindən yerinə yetirilmədikdə "xxxx" MMC müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, SAMSUNG TV, İmei kod **********67241 İPHONE 15 markalı telefon, 2 ədəd APPLE ADAPTER, İmei kod **********83131 SAMSUNG GALAXY A14 markalı telefon, İmei kod **********83495 SAMSUNG GALAXY A14 markalı telefon, İmei kod **********05520 SAMSUNG GALAXY A24 markalı telefon, İmei kod **********32966 SAMSUNG GALAXY A24 markalı telefon almış, lakin alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə üzrə ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG TV üçün 3211.3 (üç min iki yüz on bir) manat, 30 qəpik ödənilməmiş hissə, 96(doxsan altı) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********67241 İPHONE 15 markalı telefon, 2 ədəd APPLE ADAPTER üçün 2011.4 (iki min on bir) manat 40 qəpik ödənilməmiş hissə, 60(altmış) manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********83131 SAMSUNG GALAXY A14 markalı telefon və İmei kod **********83495 SAMSUNG GALAXY A14 markalı telefon üçün 561 (beş yüz altmış bir) manat ödənilməmiş hissə, 16(on altı) manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********05520 SAMSUNG GALAXY A24 markalı telefon üçün 359.6 (üç yüz əlli doqquz) manat 60 qəpik ödənilməmiş hissə, 10(on) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********32966 SAMSUNG GALAXY A24 markalı telefon üçün 214.1(iki yüz on dörd) manat, 10 qəpik ödənilməmiş hissə, 6(altı) manat dəbbə olmaqla, ümumilikdə 6545.4 manat borc, 103,60 (bir yüz üç) manat 60 qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 103,60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. İnnovativ Layihələr Mərkəzinə ödənilən 94.4 manat rüsumun ödənilməsi tələbini məhkəmə əsaslı saymır, belə ki, həmin məbləğdə pulun məhz hazırki işlə bağlı "xxxx" MMC tərəfindən İnnovativ Layihələr Mərkəzinə ödənildiyi barədə sübut iş materiallarına əlavə edilməmişdir. MPM-in tələblərinə görə isə sübuta yetirilməyən tələb təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG TV üçün 3211.3 (üç min iki yüz on bir) manat, 30 qəpik ödənilməmiş hissə, 96(doxsan altı) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********67241 İPHONE 15 markalı telefon, 2 ədəd APPLE ADAPTER üçün 2011.4 (iki min on bir) manat 40 qəpik ödənilməmiş hissə, 60(altmış) manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********83131 SAMSUNG GALAXY A14 markalı telefon və İmei kod **********83495 SAMSUNG GALAXY A14 markalı telefon üçün 561 (beş yüz altmış bir) manat ödənilməmiş hissə, 16(on altı) manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********05520 SAMSUNG GALAXY A24 markalı telefon üçün 359.6 (üç yüz əlli doqquz) manat 60 qəpik ödənilməmiş hissə, 10(on) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********32966 SAMSUNG GALAXY A24 markalı telefon üçün 214.1(iki yüz on dörd) manat, 10 qəpik ödənilməmiş hissə, 6(altı) manat dəbbə olmaqla, ümumilikdə 6545.4 (altı min beş yüz qırx beş) manat 40 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 103,60 (bir yüz üç) manat 60 qəpik məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar