Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1390/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Rio termo, Rio tumba 2 ədəd, matras, Rio çarpayı, Rio dolab üçün 1885 manat ödənilməmiş hissə, 188 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Hoffmann kondisioner üçün 757 manat ödənilməmiş hissə, 75 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********70323 olan X1 10 markalı telefon üçün 520 manat ödənilməmiş hissə, 52 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********27716 olan Samsung Galaxy A01 core markalı telefon üçün 217 manat ödənilməmiş hissə, 21 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********97149 olan Samsung Galaxy A10S markalı telefon üçün 205 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, ümumilikdə 3940 manat borc və 59.40 manat ödənilmiş dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, “ABC TELECOM" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Rio termo, Rio tumba 2 ədəd, matras, Rio çarpayı, Rio dolab, Hoffmann kondisioner, İMEİ kodu: **********70323 olan X1 10 markalı telefon, İMEİ kodu: **********27716 olan Samsung Galaxy A01 core markalı telefon və İMEİ kodu: **********97149 olan Samsung Galaxy A10S almış və nəticədə 3940 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2155.2 manat (24 ay x 89.8 manat + 0 manat ilkin ödəniş) Rio termo, Rio tumba 2 ədəd, matras, Rio çarpayı, Rio dolab üçün ümumilikdə 2073 manat olmaqla ondan, 1885 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 188 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 856.8 manat (18 ay x 47.6 manat + 0 manat ilkin ödəniş) Hoffmann kondisioner üçün ümumilikdə 832 manat olmaqla ondan, 757 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 75 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasə, alqı-satqı qiyməti 585 manat (18 ay x 32.5 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu: **********70323 olan X1 10 markalı telefon üçün ümumilikdə 572 manat olmaqla ondan, 520 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 260.4 manat (12 ay x 21.7 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu: **********27716 olan Samsung Galaxy A01 core markalı telefon üçün ümumilikdə 238 manat olmaqla ondan, 217 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 352.8 manat (12 ay x 29.4 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu: **********97149 olan Samsung Galaxy A10S üçün ümumilikdə 225 manat olmaqla ondan, 205 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 manat cərimə,miqdarında borc yaranmışdır. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan təfəflər arasında bağlanılmış müqavilələrdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Rio termo, Rio tumba 2 ədəd, matras, Rio çarpayı, Rio dolabı 2155.2 manata; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Hoffmann kondisioneri 856.8 manata, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********70323 olan X1 10 markalı telefonu 585 manata, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********27716 olan Samsung Galaxy A01 core markalı telefonu 260.4 manata və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********97149 olan Samsung Galaxy A10S markalı telefonu 352.8 manata satın almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışdan Cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Rio termo, Rio tumba 2 ədəd, matras, Rio çarpayı, Rio dolab üçün 1885 manat ödənilməmiş hissə, 188 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Hoffmann kondisioner üçün 757 manat ödənilməmiş hissə, 75 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********70323 olan X1 10 markalı telefon üçün 520 manat ödənilməmiş hissə, 52 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********27716 olan Samsung Galaxy A01 core markalı telefon üçün 217 manat ödənilməmiş hissə, 21 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu: **********97149 olan Samsung Galaxy A10S markalı telefon üçün 205 manat ödənilməmiş hissə, 20 manat cərimə ümumilikdə 3940 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqı-satqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas və cərimə borc məbləğlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1885 manat ödənilməmiş hissə, 188 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 757 manat ödənilməmiş hissə, 75 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 520 manat ödənilməmiş hissə, 52 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 217 manat ödənilməmiş hissə, 21 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 205 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, ümumilikdə 3940 (üç min doqquz yüz qırx) manat və ödənilmiş dövlət rüsumu kimi 59 (əlli doqquz) manat 40 (qırx) qəpik pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-1390/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1390/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver