Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1612/2022 11.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********24754 «İPhone 11 Pro Max» markalı telefon üçün 2429.2 manat ödənilməmiş hissə, 744 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********88627 «Samsung Galaxy» A30 markalı telefon, Qoruyucu şüşə, «Ml» Power Bank, «Samsung A30» üçün case, «HOTPOİNT» Soyuducu, «BEURER» Tonometr, «Braun» Buxarlı bişirici, BEURE Tərəzi üçün 825.8 manat ödənilməmiş hissə, 247.8 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən «Coppucino» masa, «Coppucino» stul üçün 719.7 manat ödənilməmiş hissə, 216 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən HP kompüter, «Logitech» Mouse, «Clamshell» kompüter çantası, «HOFFMANN» Mini soba, «Braun» Şirə çəkən, «Philips» Fen-daraq üçün 439.5 manat ödənilməmiş hissə, 162 manat cərimə, ümumilikdə 5784 manat borc və 77.84 manat ödənilmiş dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********24754 İPhone 11 Pro Max, İMEİ kodu **********88627 «Samsung Galaxy» A30 markalı telefonlar, Qoruyucu şüşə, Mİ Power Bank, «Samsung A30» üçiin case, «HOTPOİNT» Soyuducu, «BEURER» Tonometr, «Braun» Buxarlı bişirici, «BEURER» Tərəzi, «Coppucino» masa, «Coppucino» stul, HP kompüter, «Logitech» Mouse, «Clamshell» kompüter çantası, «HOFFMANN» Mini soba, «Braun» Şirə çəkən, «Philips» Fen-daraq almış və nəticədə 5784 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3740.8 manat (12 ay x 310 manat 20.8 manat ilkin ödəniş) İMEİ kodu **********24754 «İPhone 11 Pro Max» markalı telefon üçün ümumilikdə, 3173.2 manat olmaqla ondan, 2429.2 manat ödənilməmiş hissə, 744 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1779 manat (15 ay x 118 manat -9 manat ilkiıı ödəniş) İMEİ kodu **********88627 «Samsung Galaxy» A30 markalı telefon, Qoruyucu şüşə, Mİ Power Bank, «Samsung A30» üçün case, «HOTPOİNT» Soyuducu, «BEURER» Tonometr, «Braun» Buxarlı bişirici, «BEURER» Tərəzi üçün ümumilikdə 1073.6 manat olmaqla ondan, 825.8 manat ödənilməmiş hissə, 247.8 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 864 manat (24 ay x 36 manat - 0 manat ilkin ödəniş) «Coppucino» masa, «Coppucino» stul üçün ümumilikdə 935.7 manat olmaqla ondan, 719.7 manat ödənilməmiş hissə, 216 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1542 manat (12 ay x 127 manat+18 manat ilkin ödəniş) HP kompüter, «Logitech» Mouse, «Clamshell» kompüter çantası, «HOFFMANN» Mini soba, «Braun» Şirə çəkən, «Philips» Fen-daraq üçün ümumilikdə 601.5 manat olmaqla ondan, 439.5 manat ödənilməmiş hissə, 162 manat cərimə hesablanmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2020-ci ildir. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, xx.xx.2019-cu il tarixində HP markalı kompüterdən imtina etmiş və məhsul 870 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 232.5 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 870 manat, ümumilikdə, 1102.5 manat təşkil edir. Digər tarixli müqavilələr üzrə üçün isə cəmi ödədiyi məbləğ 3511.6 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********24754 «İPhone 11 Pro Max» markalı telefonu 12 ay müddətinə hər ay 310 manat olmaqla, ilkin ödəniş daxil olmaqla cəmi 3740.8 manata; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********88627 «Samsung Galaxy» A30 markalı telefon, Qoruyucu şüşə, «Ml» Power Bank, «Samsung A30» üçün case, «HOTPOİNT» soyuducu, «BEURER» tonometr, «Braun» Buxarlı bişirici və BEURE tərəzini 15 ay müddətinə hər ay 118 manat olmaqla və ilkin ödəniş daxil olmaqla, cəmi 1779 manata; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, «Coppucino» masa və stulu 24 ay müddətinə hər ay 36 manat olmaqla və ilkin ödəniş daxil olmaqla, cəmi 864 manata və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən «Logitech» Mouse, «Clamshell» kompüter çantası, «HOFFMANN» Mini soba, «Braun» Şirə çəkən, «Philips» Fen-darağı 12 ay müddətinə hər ay 127 manat olmaqla və ilkin ödəniş daxil olmaqla, cəmi 672 manata satın və təhvil almış, onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə cədvəlinə əsasən Cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 2429.2 manat ödənilməmiş hissə, 744 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 825.8 manat ödənilməmiş hissə, 247.8 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 719.7 manat ödənilməmiş hissə, 216 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 439.5 manat ödənilməmiş hissə, 162 manat cərimə, ümumilikdə 5784 borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyaların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı (satıcı) müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları cavabdehə (alıcı) təhvil vermişdir. Cavabdeh (alıcı) isə müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı satdığı əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı müqavilələrə isnad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 162 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 216 manat; xx.xx.2019-cu il tarixli müqaviləyə üzrə 247,8 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə üzrə isə 744 manat cərimə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun xx.xx.2019-cu il tarixli müqavilə üzrə 22 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 31 manat; xx.xx.2019-cu il tarixli müqaviləyə üzrə 41 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə üzrə isə 121 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 4414,20 manat ödənilməmiş borc və 215 manat dəbbə pulu olmaqla, cəmi 4629,20 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 4414,20 manat əsas borc və 215 manat cərimə olmaqla, cəmi 4629 (dörd min altı yüz iyirmi doqquz) manat 20 (iyirmi) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65 (altmış beş) manat pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-1612/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1612/2022
11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver