Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1666/2024 26.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv olunması və əmlaka payın müəyyən edilməsi tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, X37 küçəsi, 4-cü döngə, ev 1 (Yeni qaydalarla: AZ 2006 Gəncə şəhəri, X37 küçəsi, ev 43) ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2uş 19 dekabr 2023-cü il tarixli 2V-193 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin evə dair Cavabdeh2 adına verilmiş 30 dekabr 2023-cü il tarixli **********97-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və fərdi yaşayış evinə miras paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi - iddia tələbinin həcminin artırılması barədə ərizə verərək sözügedən fərdi yaşayış evinə dair ünvan 2uş 19 dekabr 2023-cü il tarixli 2V-193 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bu evə dair Cavabdeh2 adına verilmiş 30 dekabr 2023-cü il tarixli **********97-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, həmin ünvanda yerləşən daşınmaz əmlakın (ümumi sahəsi 156.6 kv.m. olan fərdi yaşayış evinin və 0.0385 ha torpaq sahəsinin) X20 ilə X25 birgə nikahları dövründə əldə olunmuş əmlak hesab edilərək onun 1/2 hissəsinin X27 məxsus olmasının müəyyən edilməsi, həmin fərdi yaşayış evinin mərhum X13 məxsus 1/2 hissəsinə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məcburi paylarının müəyyən edilməsi, mərhum X27 məxsus digər 1/2 hissəsinə isə qanun üzrə vərəsə tanınaraq onların hər birinin 1/4 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Gəncə şəhəri, X37 küçəsi, 4-cü döngə, ev 1 (Yeni qaydalarla: AZ 2006 Gəncə şəhəri, X37 küçəsi, ev 43) ünvanında yerləşən fərdi yaşayış evi mərhum anaları X10 adına olmuşdur. Anaları 18 iyun 2023-cü il tarixində vəfat etmişdir. X12 isə daha əvvəl, yəni 15 iyul 2019-cu il tarixində vəfat etmişdir. Ailədə 4 uşaq olmuşlar və hər biri miras əmlakdan pay tələb edir. Lakin bu günlərdə xəbər tutmuşlar ki, bacıları iş üzrə Cavabdeh2 onların xəbəri olmadan ünvan 2uş 19 dekabr 2023-cü il tarixli 2V-193 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bu mülkü yalnız öz adına keçirtmişdir. Özü də həmin vaxt evin sənədlərinin əsli onlarda olsa da, Cavabdeh2 onların xəbəri olmasın deyə sənədləri guya itiribmiş kimi yenidən dublikatını çıxarmış, daha sonra isə sakitcə evi yalnız öz adına keçirmişdir. Vərəsəlik zamanı çox ciddi saxtakarlığa yol verilmişdir. Belə ki, sözügedən miras əmlakda hər birinin məcburi payı olmasına baxmayaraq, notarius onlara çatası məcburi payı da cavabdehə vermiş, paylar düzgün bölünməmiş, bununla da vərəsəlik və mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə iclaslarında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin əlavə etdi ki, mübahisəli əmlakı Cavabdeh2 iddiaçıların xəbəri olmadan vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən yalnız öz adına keçirtmişdir. Cavabdeh2 hazırda Türkiyədə yaşayır. Miras qoyanların birinci növbəli cəmi dörd vərəsəsi vardır və hesab edir ki, mübahisəli əmlakı dörd vərəsə qəbul edibdir, ona görə də hər bir vərəsənin qanuni pay hüquqları tanınmalıdır. Cavabdeh Gəncə şəhəri 1 saylı Notariat ofisinə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə onun sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Digər cavabdeh Gəncə şəhəri 1 saylı Notariat ofisi isə məhkəməyə məktub göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 1 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, mübahisəli əmlakın qonşuluğunda yaşayır, həmin evdə Anar ata-anası ilə birlikdə daimi yaşamışdır, hətta Anar ata və anası xəstə olanda onları müalicə etdirmişdir. Hazırda da Anar öz həyat yoldaşı ilə birlikdə qeyd olunan ünvanda yaşayır. Ailədə bir qardaş, üç bacıdırlar, Anarın bacılarından Dürdanə və Reyhanənin sözügedən evə tez-tez gəlib-getdiklərini görsə də, böyük bacıları Təranəni 30 ildə bir dəfə də olsun, həmin evdə görməmişdir. Hətta Təranə atası Əlinin dəfn mərasimində də iştirak etməyib. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, sözügedən evlə 1990-cı ildən 2000-ci ilə kimi üzbəüz qonşu olmuş, 2000-ci ildən sonra iki-üç ev uzaqlıqda yaşamağa başlamışdır. Anar həmişə ata-anasına qulluq edib, hətta onlar öləndə də Anar onların dəfn mərasimini keçirmişdir. Hazırda da mübahisəli əmlakda Anar və həyat yoldaşı yaşayır. Anargil ailədə bir qardaş, üç bacıdırlar. Bacıları Reyhanə, Dürdanə və Təranədir. Reyhanə onların yaxın qonşusuna gəlin köçmüşdür. Təranə isə sözügedən əmlakda gəlin köçənə kimi yaşayıb. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İ-ИЕ seriyalı, 359400 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 Rəna İslam qızı ilə nikahlarını xx.xx.1964-cü il tarixdə 422 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra ərə Xudiyev, arvada Hacıyeva soyadı verilmişdir. Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 257504 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1967-ci ildə Şəmkir rayonunda doğulmuşdur, atası X32 və anası X14r. Kirovabad Rayon “Zaqsı” tərəfindən verilmiş AЭ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1969-cu ildə “Şamxor” rayonunda doğulmuşdur, atası X31 və anası X14r. Kirovabad Rayon “Zaqsı” tərəfindən verilmiş Xİİ-ЖГ seriyalı, 265707 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1972-ci ildə “Kirovabad” şəhərində doğulmuşdur, atası X31 və anası X14r. Gəncə Şəhər Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 127742 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1975-ci ildə Gəncə şəhərində doğulmuşdur, atası X31 və anası X14r. İş materiallarına əlavə edilmiş, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-70-X-4502/2023 nömrəli, 03 noyabr 2023cü il tarixli arayışdan və Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 013505 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin atası, X31 xx.xx.2019-cu il tarixdə, Gəncə şəhərində, “dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı” və “ürək dayanmasından qəfləti ölüm” səbəbindən ölmüşdür. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 386629 nömrəli və xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 356773 nömrəli ölüm şəhadətnamələrin surətindən görünür ki, tərəflərin anası, X20 xx.xx.2023-cü il tarixdə, Gəncə şəhərində, “insulindən asılı olmayan şəkərli diabet, ağırlaşmalarsız” və “ürək dayanmasından qəfləti ölüm kimi təsvir olunmuş hadisə” səbəbindən ölmüşdür. Sorğu əsasında əldə edilmiş, Gəncə şəhəri 1 saylı dövlət notariat ofisində xx.xx.2023-cü il tarixdə aparılmış 2V-193 nömrəli notariat işinin materiallarından görünür ki, Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 2V-193 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə təsdiq edilən və reyestrdə 750 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X10 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdeh2dır və o miras əmlakdan 7/8 hissədə pay almışdır, mirasın 1/8 hissəsi açıq saxlanılmışdır, şəhadətnamə verilən miras əmlak Gəncə şəhəri, X37 küçəsi, 4-cü döngə, ev 1 (Yeni qaydalarla: AZ 2006 Gəncə şəhəri, X37 küçəsi, ev 43) ünvanında yerləşən, ümumi sahəsi 156,6 kv.m fərdi yaşayış evindən və həmin ünvanda yerləşən ümumi sahəsi 0,0385 ha olan torpaq sahəsindən ibarətdir. Notariat işində olan Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, **********161 nömrə ilə Gəncə Şəhəri 1 saylı Notariat Ofisində təsdiqlənmiş ərizəyə əsasən Cavabdeh2 bildirmişdir ki, anası X20 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, miras əmlak Gəncə şəhəri, X37 küçəsi, 4-cü döngə, ev 1 (Yeni qaydalarla: AZ 2006 Gəncə şəhəri, X37 küçəsi, ev 43) ünvanında yerləşən, ümumi sahəsi 156,6 kv.m olan fərdi yaşayış evindən ibarətdir, odur ki, göstərilən əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən 2V-750 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli vəsiyyətnamədən görünür ki, X20 şahidlər X5 və X6 iştirakı ilə ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakını bütövlüklə qızı – Cavabdeh2 vəsiyyət etmişdir. X2 tərəfindən xx.xx.2023-cü il tarixdə arxiv yoxlanılmış, vəsiyyətnamənin ləğv edilmədiyi, qüvvədə olduğu təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/09İS/175108-23 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X13 dair bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlara əsasən həyat yoldaşı əri X31 (xx.xx.2019-cu ildə vəfat edib), qızları Cavabdeh2, İddiaçı3, İddiaçı2 və oğlu İddiaçı1 müəyyən edilmişdir. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən **********97-10301 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2023-cü il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, X37 küçəsi, 4-cü döngə, ev 1 (Yeni qaydalarla: AZ 2006 Gəncə şəhəri, X37 küçəsi, ev 43) ünvanında 0,0385 ha olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 156,6 kv.m olan fərdi yaşayış evi X10 adına qeydə alınmışdır. İş materiallarında olan, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3255 nömrəli məktubundan görünür ki, vəkil İdarəyə sorğu göndərərək iddiaçıların sözügedən daşınmaz əmlaka dair vərəsəlik işlərinin aparılması üçün müvafiq sənədlərin toplanılması ilə əlaqədar ətraflı arayış verilməsini xahiş etmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 0500/2024 nömrəli vəkil sorğusuna cavab məktubundan görünür ki, Kirovabad şəhər 2 saylı notariat kontorunun xx.xx.1972-ci il tarixli, 29-243 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Şaumyan küçəsi, 15-ci döngə, 1 ünvanında yerləşən fərdi yaşayış evi X1. Gəncə şəhəri, X37 küçəsi, 4-cü döngə, ev 1 (keçmiş Şaumyan küçəsi, 15-ci döngə, ev 1) ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1974-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X17 adına qeyd edilmişdir. Gəncə rayon X19 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 5 nömrəli qərarına əsasən X13 məxsus olan Şirvani küçəsi, 4-cü döngə, ev 1 ünvanında sahələri 9.3 kv.m yaşayış otağının, 24.6 kv.m örtülü aynabəndin, 9.9 kv.m mətbəxin və 5.8 kv.m hamamın qanunlaşması haqqında rəyinin təsdiq edilməsi və həmin tikililərin onun mülkiyyətində saxlanılması və 47.1 kv.m yaşayış sahəsindən, 9.9 kv.m qeyri-yaşayış sahəsindən, 24.6 kv.m köməkçi sahədən, 5.8 kv.m hamamdan ibarət olan mülkə dair qəbul edilmiş qarara əsasən vətəndaş R.İ.Hacıyevanın yeni hüquqverici sənədlərlə təmin edilməsi qərara alınmışdır. xx.xx.1988-ci il tarixdə təsdiq edilmiş layihəyə və xx.xx.1992-ci il tarixli fərdi yaşayış evinin istismara qəbul aktına əsasən mülk istismara qəbul edilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 928 saylı Sərəncamına əsasən ünvan 5 ünvanda yerləşən mülkdə tikilmiş əlavə yaşayış evinin istifadəyə verilməsinə dair təsdiq edilmiş qəbul aktına və sərəncama əsasən vətəndaş X13 yeni hüquqverici sənədlərlə təmin edilməsi qərara alınmışdır. Qeyd edilən sənədlərə əsasən X10 adına xx.xx.2022-ci il tarixli, **********97-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2V-193 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkün 7/8 hissəsi Cavabdeh2 keçmişdir. Şəhadətnaməyə əsasən X10 (1/8 hissə) və Cavabdeh2 (7/8 hissə) payları göstərilməklə adlarına xx.xx.2023-cü il tarixli, **********97-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Fərdi yaşayış evi ümumi sahəsi 156.6 kv.m, yaşayış sahəsi 93 kv.m olan beş yaşayış otağından, yerləşdiyi torpaq sahəsi 385.0 kv.m-dən ibarətdir. İş materiallarında olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 5048/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Gəncə şəhəri, X37 küçəsi, 4-cü döngə, ev 1 (Yeni qaydalarla: AZ 2006, Gəncə şəhəri, X37 küçəsi, ev 43) ünvanında yerləşən fərdi yaşayış evinə dair paylı mülkiyyət olmaqla X11 (1/8 hissə) və X10 adına (7/8 hissə) xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********97- 10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan, Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, **********342 nömrə ilə Abşeron rayon 2 saylı notariat ofisində təsdiqlənmiş ərizəyə əsasən Cavabdeh2 bildirmişdir ki, Gəncə şəhəri, X37 küçəsi, 4-cü döngə, ev 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsindən 0,0015 ha hissəsinin azalmasına və həmin torpaq sahəsinin mülkiyyətində 0,0385 ha olmasına heç bir etirazı yoxdur. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən **********97-10301 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2023-cü il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, X37 küçəsi, 4-cü döngə, ev 1 (Yeni qaydalarla: AZ 2006 Gəncə şəhəri, X37 küçəsi, ev 43) ünvanında 0,0385 ha olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 156,6 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, həmin ev üzrə 7/8 hissədə Cavabdeh2 və 1/8 hissədə X10 adına qeydə alınmışdır. İş materiallarında olan, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 707 nömrəli, 10 mart 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 həqiqətən Gəncə şəhəri, Nizami rayonu, X37 küçəsi, 4-cü döngə, ev 1 ünvanında qeydiyyatdadır. Digər şəxslər Cavabdeh2 və X33 qeyd edilən ünvanda qeydiyyatdadır, lakin yaşamırlar. İş materiallarına mübahisəli əmlaka dair kommunal xərclərin müxtəlif vaxtlarda həm mərhum X20, həm də özü tərəfindən ödənilməsini təsdiq edən qəbzlərin əsillərini İddiaçı1 iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər bacı qardaşdırlar. Onların ataları- X31 və anaları X14r. X31 xx.xx.2019-cu il tarixdə, X20 isə xx.xx.2023-cü il tarixdə ölmüşlər. Hazırki mülki iş üzrə mübahisə predmeti olan Gəncə şəhəri, X37 küçəsi, 4-cü döngə, ev 1 (keçmiş Şaumyan küçəsi, 15-ci döngə, ev 1; Yeni qaydalarla: AZ 2006, Gəncə şəhəri, X37 küçəsi, ev 43) ünvanda yerləşən 0,0385 ha -dan ibarət torpaq sahəsi və ümumi sahəsi 156,6 kv.m olan fərdi yaşayış evi tərəflərin anası mərhum X10 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən 2V- 750 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli vəsiyyətnamə ilə X20 ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakını bütövlüklə qızı – Cavabdeh2 vəsiyyət etmişdir. R.Hacıyeva xx.xx.2023-cü il tarixdə öldükdən sonra ondan miras qalmış, ümumi sahəsi 156,6 kv.m fərdi yaşayış evindən və həmin ünvanda yerləşən ümumi sahəsi 0,0385 ha olan torpaq sahəsindən ibarət əmlakının 7/8 hissəsini vəsiyyətnamə əsasında qanun üzrə vərəsələrindən qızı - Cavabdeh2 qəbul etmiş və bu barədə Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 2V-193 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras qoyanın digər qanun üzrə vərəsələrindən biri notarius tərəfindən nəzərə alınaraq miras əmlakın 1/8 hissəsi məcburi pay hüququ üzrə açıq saxlanılmışdır. Beləliklə, miras əmlak paylı mülkiyyətdə olmaqla, 7/8 hissədə Cavabdeh2, 1/8 hissədə isə X10 adına qeydə alınmış, bu barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1.). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 225.2.). Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin (maddə 225.4.). Oxşar məzmunlu normalar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-34-cü maddələrində də təsbit edilmişdir. Sadalanan maddi hüquq normalarının mənasına görə ər-arvaddan birinin mülkiyyətində olan əmlakın onlar arasında birgə əmlak kimi bölünməsi üçün həmin əmlak nikah müddətində ər-arvadın birgə vəsaiti və ya səyləri ilə əldə edilmiş (qazanılmış) olmalı, yaxud nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilməli, həmçinin birgə nikah dövründə əvəzsiz qaydada əldə olunmamalıdır. Baxılan iş üzrə miras əmlak miras qoyan X18 adına xx.xx.1974-cü il tarixdə, yəni onun X31 ilə birgə nikahda olduqları dövrdə ilkin qeydiyyatdan keçmişdir və həmin əmlakın qeyd olunan şəxslərin birgə vəsaiti hesabına əldə edildiyi müəyyən edilir. Belə ki, X31 ilə X26 nikahlarını xx.xx.1964-cü il tarixdə rəsmiləşdirmişlər, miras əmlakı miras qoyan X4 şəhər 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1972-ci il tarixli, 29- 243 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında satın almışdır. Yuxarıda qeyd edilən normalardan da göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X15, həm də X18 vəfatından sonra İddiaçı1 miras qalmış fərdi yaşayış evində yaşamış, digər iddiaçılar İddiaçı2 və İddiaçı3 isə həmin evə daima gəlib-getmiş və bununla da iddiaçılar miras əmlakın birgə idarəçiliyini həyata keçirməklə miras əmlakı faktiki qəbul etmişlər. Həmin xüsusatlar şahid ifadələri ilə yanaşı işin məhkəməyə təqdim edilmiş digər materialları ilə də öz təsdiqini tapmışdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçıların nümayəndəsi və vəkili miras qalmış əmlaka vərəsəlik işinin aparılması üçün sənədlər toplamaq məqsədilə, mirasın açılmasından, yəni X10 xx.xx.2023-cü ildə ölümündən 5 ay 23 gün sonra - xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ərazi idarəsinə müraciət etmişdir. Qeyd olunan hallar miras əmlakın qəbul edilməsinə dair iddiaçıların iradəsi və həmin iradənin aşkar bəyanını özündə ehtiva edir. Bununla da təsdiq olunur ki, miras qalmış əmlakın iddiaçılar tərəfindən qəbul edilmə müddəti ötürülməmişdir. Digər tərəfdən R.Hacıyevanın qanun üzrə digər vərəsəsi – qızı (cavabdeh) Cavabdeh2 da qanunla müəyyən edilmiş müddətdə, yəni xx.xx.2023-cü il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan başqa, X10 əri X25 ölümündən sonra, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək sözügedən fərdi yaşayış evində yaşaması, həmçinin cavabdehin də atasının payını faktiki qəbul etməsi iş materialları ilə təkzib edilmir. Məhkəmə bu qənaətə gələrkən iddiaçıların cavabdehi də vərəsələrdən biri hesab etmələri barədə mövqeyini nəzərə alır. Məhkəmə hesab edir ki, sözügedən əmlak tərəflərin atası X31 ilə anası X10 bərabər paylarla birgə əmlakı olmuş, X25 ölümündən sonra, yəni xx.xx.2019-cu il tarixdə ondan miras qalmış sözügedən ümumi əmlakın 1/2 hissəsini onun 5 qanun üzrə birinci növbəli vərəsələri- arvadı X20, oğlu İddiaçı1, qızları İddiaçı2, İddiaçı3 və Cavabdeh2 faktiki olaraq qəbul etmişlər. Həmçinin məhkəmə hesab edir ki, X3 sözügedən əmlakdan ona düşən payını – miras əmlakın 6/10 hissəsini bütövlükdə cavabdehə vəsiyyət etmiş olsa belə, onun birinci növbə qanun üzrə vərəsəsi olan iddiaçıların həmin payda (vəsiyyətnamə olmasaydı hər birinə çatası payın yarısı həcmində) məcburi payları vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların məcburi pay almaq hüququndan məhrum edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar məhkəmə iclasında müəyyən edilməmiş, eləcə də miras qoyanın sağlığında bu barədə məhkəməyə müraciət etməsi və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması barədə məlumatlar hazırki iş materiallarında mövcud deyildir. Beləliklə, tərəflər həm atalarından, həm də analarından miras qalmış mübahisəli evi miras açıldıqdan sonra da faktiki surətdə idarə idarə etmiş, mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Cavabdeh həmçinin müvafiq qaydada, həmin vaxtı qanunla müəyyən edilmiş müddətdə vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün notariat orqanına müraciət etmişdir. Şərh edilənlərdən də göründüyü kimi, sözügedən əmlak bütövlükdə vəsiyyətnamə qoyan X13 məxsus olmadığı halda notarius tərəfindən əmlakın 7/8 hissəsinin vəsiyyətnamə əsasında qanun üzrə vərəsə - Cavabdeh2 verilməsi barədə 2V-193 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, miras əmlakın 1/8 hissəsi məcburi pay hüququ üzrə açıq saxlanılmış, bununla da vərəsəlik şəhadətnaməsinin verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Mülki Məcəllənin 1321.1-ci maddəsində göstərilmişdir ki, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Həmin Qanunun 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Məhkəmə şərh edilənlərə, eləcə də, qeyd edilən maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, sözügedən daşınmaz əmlaka dair Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli 2V-193 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququna dair şəhadətnamə qismən etibarsız hesab edilməlidir. Məhkəmə, həmçinin iddianın mübahisəli əmlaka dair Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli əmlaka dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissədə iddia qismən əsaslı olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli əmlaka dair cavabdehin mülkiyyət hüququnun qeydiyyatı və buna uyğun olaraq verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da əsassızdır və ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, əmlaka payın müəyyən edilməsi hissədə hesab edir ki, sözügedən miras əmlakın bərabər paylı (hər birinin payı 1/2) mülkiyyətçiləri X31 və X20 olmuşdur. X25 ölümündən sonra miras əmlakın Ə.Xudiyevdən miras qalmış ½ hissəsi üzərində qanun üzrə birinci növbəli vərəsələrinin, yəni arvadı X10, uşaqları – Reyhanə, Dürdanə, Təranə və İddiaçı1lərin hər birinin payı 1/10 (1/2x1/5=1/10) hissədə olmuşdur. Bununla da X10 ümumi əmlakdakı payı 6/10 hissə (½ + ½*1/5) olmuş və R.İ.Hacıyeva əmlakın yalnız həmin hissəsinə sərəncam vermə səlahiyyətinə malik olmuşdur. Miras əmlakın paylı mülkiyyətçisi – (ümumi payı 6/10 olan (1/2+1/10=6/10)) X10 vəsiyyətnamə üzrə vərəsəsi qızı Təranə olmuş, digər üç övladının isə həmin mirasdan məcburi pay almaq hüququ yaranmışdır. R.İ.Hacıyevadan miras qalmış əmlakda Reyhanə, Dürdanə və İddiaçı1lərin hər birinin (6/10 x 1/8) 6/80 hissədə, Cavabdeh2 isə 30/80 (6/10-(6/80*3)) hissədə payı vardır. Beləliklə, tərəflərin atalarından və analarından miras qalmış ümumi əmlakda iddiaçıların hər birinin payı 14/80 (1/10+6/80=14/80), cavabdehin payı isə 38/80 (30/80+1/10=38/80)dir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, mübahisəli daşınmaz əmlaka dair Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli 2V-193 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququna dair şəhadətnamə qismən, yəni 42/80 hissədə etibarsız hesab edilməli, daşınmaz əmlaka dair Cavabdeh2 mülkiyyət hüququnun qeydiyyatı və həmin qeydiyyata dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, X23 və X9 miras qalmış əmlakın 14/80 hissəsinə İddiaçı1, 14/80 hissəsinə İddiaçı2, 14/80 hissəsinə İddiaçı3 və 38/80 hissəsinə Cavabdeh2 payı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsasən əsaslı olduğundan, məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri, X37 küçəsi, 4-cü döngə, ev 1 (Yeni qaydalarla: AZ 2006 Gəncə şəhəri, X37 küçəsi, ev 43) ünvanında yerləşən ümumi sahəsi 156.6 kv.m. olan fərdi yaşayış evindən və 0.0385 ha torpaq sahəsindən ibarət **********97-10301 reyestr nömrəli daşınmaz əmlaka dair Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli 2V-193 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququna dair şəhadətnamə qismən, yəni 42/80 hissədə etibarsız hesab edilsin. Gəncə şəhəri, X37 küçəsi, 4-cü döngə, ev 1 (Yeni qaydalarla: AZ 2006 Gəncə şəhəri, X37 küçəsi, ev 43) ünvanında yerləşən ümumi sahəsi 156.6 kv.m. olan fərdi yaşayış evindən və 0.0385 ha torpaq sahəsindən ibarət **********97-10301 reyestr nömrəli daşınmaz əmlaka dair Cavabdeh2 mülkiyyət hüququnun qeydiyyatı və həmin qeydiyyata dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən Cavabdeh2 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. X23 və X9 miras qalmış Gəncə şəhəri, X37 küçəsi, 4-cü döngə, ev 1 (Yeni qaydalarla: AZ 2006 Gəncə şəhəri, X37 küçəsi, ev 43) ünvanında yerləşən ümumi sahəsi 156.6 kv.m. olan fərdi yaşayış evindən və 0.0385 ha torpaq sahəsindən ibarət (**********97-10301 reyestr nömrəli daşınmaz əmlak) miras əmlakın 14/80 hissəsinə İddiaçı1, 14/80 hissəsinə İddiaçı2, 14/80 hissəsinə İddiaçı3 və 38/80 hissəsinə Cavabdeh2 payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat pul Cavabdeh2 tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-1666/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1666/2024
26.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver