Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1700/2022 26.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********09306 Samsung Galaxy A51 markalı telefon üçün 690 manat ödənilməmiş hissə, 69 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********02524 Samsung Galaxy A51 markalı telefon üçün 660 manat ödənilməmiş hissə, 66 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********78904 Samsung Galaxy A21s markalı telefon üçün 302 manat ödənilməmiş hissə, 30 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Xiaomi Mi saat üçün 106 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 1933 manat borc və 39.33 manat ödənilmiş dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, “ABC TELECOM" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********09306 Samsung Galaxy A51, İMEİ kodu **********02524 Samsung Galaxy A51, İMEİ kodu **********78904 Samsung Galaxy A21s markalı telefon, Xiaomi Mi saat almış və nəticədə 1933 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 937 manat (12 ay x 57.5 manat + 247 manat ilkin ödəniş) İMEİ kodu **********09306 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 759 manat olmaqla ondan, 690 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 69 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 781 manat (12 ay x 55 manat + 121 manat ilkin ödəniş) İMEİ kodu **********02524 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 726 manat olmaqla ondan, 660 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasə, alqı-satqı qiyməti 453 manat (6 ay x 75.5 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********78904 Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə 332 manat olmaqla ondan, 302 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 127.8 manat (6 ay x 21.3 manat + 0 manat ilkin ödəniş) Xiaomi Mi saat üçün ümumilikdə 116 manat olmaqla ondan, 106 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 540.8 manat təşkil edir. Tələbinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ərizəyə əlavə olunan Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan təfəflər arasında bağlanılmış müqavilələrdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********09306 Samsung Galaxy A51 markalı telefonu 937 manata; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********02524 Samsung Galaxy A51 markalı telefonu 781 manata, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********78904 Samsung Galaxy A21s markalı telefonu 453 manata və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Xiaomi Mi saatı 127.80 manata satın almışdır. İş materiallarında olan 09 avqust 2022-ci il tarixli maliyyə arayışdan Cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********09306 Samsung Galaxy A51 markalı telefon üçün 690 manat ödənilməmiş hissə, 69 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********02524 Samsung Galaxy A51 markalı telefon üçün 660 manat ödənilməmiş hissə, 66 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********78904 Samsung Galaxy A21s markalı telefon üçün 302 manat ödənilməmiş hissə, 30 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Xiaomi Mi saat üçün 106 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 1933 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqı-satqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas və cərimə borc məbləğlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 690 manat əsas, 69 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 660 manat əsas, 66 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 302 manat əsas, 30 manat cərimə; xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən 106 manat əsas, 10 manat cərimə borcu olmaqla, cəmi 1933 (min doqquz yüz otuz üç) manat və 39 (otuz doqquz) manat 33 (otuz üç) qəpik dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-1700/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1700/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver