Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1710/2022 26.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********26340 olan NOKİA 150 markalı telefon üçün 12 manat ödənilməmiş hissə, 1 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********17069 olan Samsung Galaxy S20 markalı telefon üçün 1259 manat ödənilməmiş hissə, güzəşt olunaraq 125 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********91433 olan Samsung Galaxy A32 markalı telefon üçün 511.3 manat ödənilməmiş hissə, 51.7 manat cərimə olmaqla, ümumilikdə 1960 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39.60 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********26340 olan NOKİA 150 markalı telefon, İMEİ kodu **********17069 olan Samsung Galaxy S20 markalı telefon almış və nəticədə 1960 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 96.6 (doxsan altı manat altmış qəpik) manat (6 ay x 12.6 manat + 21 manat ilkin ödəniş) İMEİ kodu **********26340 olan NOKİA 150 markalı telefon üçün ümumilikdə 13 manat olmaqla ondan, 12 manat ödənilməmiş hissə, güzəşt olunaraq 1 (bir) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2116.5 manat (25 ay x 78.7 manat + 149 manat ilkin ödəniş) İMEİ kodu **********17069 olan Samsung Galaxy S20 markalı telefon üçün ümumilikdə, 1384 manat olmaqla ondan, 1259 manat ödənilməmiş hissə, güzəşt olunaraq 125 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 608 manat (12 ay x 46.5 manat + 50 manat ilkin ödəniş) İMEİ kodu **********91433 olan Samsung Galaxy A32 markalı telefon üçün ümumilikdə, 563 manat olmaqla ondan, 511.3 manat ödənilməmiş hissə, güzəşt olunaraq 51.7 manat cərimə borcu var. Cavabdehin cəmi ödədiyi məbləğ 1038.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan satıcə "xxxx" ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, dəyəri 96.60 manat olan İMEİ kodu **********26340 olan NOKİA 150 markalı telefon; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, dəyəri 2116.50 manat olan İMEİ kodu **********17069 olan Samsung Galaxy S20 markalı telefon və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, dəyəri 608 manat olan İMEİ kodu **********91433 olan Samsung Galaxy A32 markalı telefon satıcı tərəfindən alıcının mülkiyyətinə verilmiş, alıcı əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09 avqust 2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********26340 olan NOKİA 150 markalı telefon üçün borcu 12 manat ödənilməmiş hissə, 1 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********17069 olan Samsung Galaxy S20 markalı telefon üçün borcu 1259 manat ödənilməmiş hissə, güzəşt olunaraq 125 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********91433 olan Samsung Galaxy A32 markalı telefon üçün borcu 511.3 manat ödənilməmiş hissə, 51.7 manat cərimə olmaqla, ümumilikdə 1960 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən "xxxx" MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 39.60 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İMEİ kodu **********26340 olan NOKİA 150 markalı telefon üçün 12 manat ödənilməmiş hissə, 1 manat cərimə; xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İMEİ kodu **********17069 olan Samsung Galaxy S20 markalı telefon üçün 1259 manat ödənilməmiş hissə, güzəşt olunaraq 125 manat cərimə; xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İMEİ kodu **********91433 olan Samsung Galaxy A32 markalı telefon üçün 511.3 manat ödənilməmiş hissə, 51.7 manat cərimə borcu olmaqla, ümumilikdə 1960 (min doqquz yüz altmış) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39 (otuz doqquz) manat 60 (altmış) qəpik pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-1710/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1710/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver