Məhkəmə qərarları › İş №e-2(125)-1714/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1714/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1714/2024 05.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1969-cu il təvəllüdlü Cavabdeh 11 iyun 2022-ci il tarixli, SRFK6199561 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 3090 (üç min doxsan) manat əsas borc, 13 sentyabr 2022-ci il tarixli, SRFK6489215 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1782 (bir min yeddi yüz səksən iki) manat əsas borc, 18 oktyabr 2022-ci il tarixli, SRFK6501204 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 3515 (üç min beş yüz on beş) manat əsas borc və 104 (bir yüz dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 8491 (səkkiz min dörd yüz doxsan bir) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 24 ay olmaqla 11 iyun 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 5244 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 3090 manat əsas borcu qalmışdır. Bundan başqa, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 24 ay olmaqla 13 sentyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2502 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1782 manat əsas borcu qalmışdır. Bundan başqa, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti24 ay olmaqla 18 oktyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 4840 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 3515 manat əsas borcu qalmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 11 iyun 2022-ci il tarixli, SRFK6199561 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 3090 manat əsas borc, 13 sentyabr 2022-ci il tarixli, SRFK6489215saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1782 manat əsas borc, 18 oktyabr 2022-ci il tarixli, SRFK6501204saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 3515 manat əsas borc və 104 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 8491 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiklərini, iş üzrə bütün sübutları məhkəməyə təqdim etdiklərini, hər hansı əlavə sübut və vəsatətlərinin olmadığını, iddia ərizəsinə iştirakları olmadan baxılması və iddia tələbənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaəsən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 iyun 2022-ci il tarixli, SRFK6199561 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 5244 (beş min iki yüz qırx dörd) AZN məbləğində məişət avadanlığı əldə etmiş və onun 300 (üç yüz) ilkin ödəmiş və qalan 4944 (dörd min doqquz yüz qırx dörd) AZN məbləği 24 ay müddətinə aylıq 206 (iki yüz altı) AZN olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli, SRFK6489215 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh imza edən İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 2502 (iki min beş yüz iki) AZN məbləğində məişət avadanlığı əldə etmiş, onun 126 (bir yüz iyirmi altı) AZN ilkin ödəmiş və qalan 2376 (iki min üç yüz yetmiş altı) AZN məbləği 24 ay müddətinə aylıq 99 (doxsan doqquz) AZN olmaqla, İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2022-ci il tarixli, SRFK6501204 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh imza edən İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 4840 (dörd min səkkiz yüz qırx) AZN məbləğində məişət avadanlığı əldə etmiş, onun 400 (dörd yüz) AZN ilkin ödəmiş və qalan 4440 (dörd min dörd yüz qırx) AZN məbləği 24 ay müddətinə aylıq 185 (bir yüz səksən beş) AZN olmaqla, İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. 15 noyabr 2023-cü il tarixli, 4912 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixində bağlanmış SRFK6489215 nömrəli müqavilə üzrə ödənilməmiş 1782,00 AZN, xx.xx.2022-ci il tarixində bağlanmış SRFK6199561 nömrəli müqavilə üzrə ödənilməmiş 3090,00 AZN, xx.xx.2022-ci il tarixində bağlanılmış SRFK6501204 nömrəli müqavilə üzrə ödənilməmiş 3515,00 AZN olmaqla, ümumilikdə 8387,00 AZN əsas (qalıq) borcu vardır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçıMMC ilə 11 iyun 2022-ci il tarixli, SRFK6199561 nömrəli müqaviləsinə əsasən məişət avadanlığını 5244 manata almış, həmin məbləğdən 2154 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun İddiaçıMMC-yə 3090 manat əsas borcu, 13 sentyabr 2022-ci il tarixli, SRFK6489215 nömrəli müqaviləsinə əsasən məişət avadanlığını 2502 manata almış, həmin məbləğdən 720 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun İddiaçı MMC-yə 1782 manat əsas borcu və 18 oktyabr 2022-ci il tarixli, SRFK6501204 nömrəli müqaviləsinə əsasən məişət avadanlığını 4840 manata almış, həmin məbləğdən 1325 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun İddiaçıMMC-yə 3515 manat əsas borcu qalmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 11 iyun 2022-ci il tarixli, SRFK6199561 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 3090 (üç min doxsan) manat əsas borc, 13 sentyabr 2022-ci il tarixli, SRFK6489215 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1782 (bir min yeddi yüz səksən iki) manat əsas borc və 18 oktyabr 2022-ci il tarixli, SRFK6501204 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 3515 (üç min beş yüz on beş) manat əsas borc olmaqla, cəmi 8387 (səkkiz min üç yüz səksən yeddi) manat pul tutularaq İddiaçınə ödənilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 104 (bir yüz dörd) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 357-360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 11 iyun 2022-ci il tarixli, SRFK6199561 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 3090 (üç min doxsan) manat əsas borc, 13 sentyabr 2022-ci il tarixli, SRFK6489215 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1782 (bir min yeddi yüz səksən iki) manat əsas borc və 18 oktyabr 2022-ci il tarixli, SRFK6501204 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 3515 (üç min beş yüz on beş) manat əsas borc olmaqla, cəmi 8387 (səkkiz min üç yüz səksən yeddi) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 104 (bir yüz dörd) manat dövlət rüsumu tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar