Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1756/2023 15.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «nisyə alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2019-cu il tarixli, 01156286 nömrəli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 958 manat ödənilməmiş hissə, 95 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 20236645 nömrəli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021ci il tarixli müqaviləyə əsasən 433 manat ödənilməmiş hissə, 43 manat dəbbə pulu olmaqla, cəmi 1529 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35,29 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, sonuncu “LG” markalı LED TV, “Honor” markalı saat və İMEİ kodu **********01885 olan «Xiaomi Redmi 8» markalı telefon almışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1352,88 manat (23 ay x 56,37 manat + 56,37 manat ilkin ödəniş) olan “LG” markalı LED TV üçün 1053 manat olmaqla ondan 958 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 95 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 709,74 manat (17 ay x 39,43 manat + 39,43 manat ilkin ödəniş) olan “Honor” markalı saat və İMEİ kodu **********01885 “X4 8” markalı telefon üçün 476 manat olmaqla ondan, 433 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43 manat cərimə pulu məbləğində borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 671,62 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01156286 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 1838 manat olan «LG» markalı LED televizoru 20 manat ilkin ödəniş etməklə nisyə qaydada almış, malın qiymətini ayda 101 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə sazişdən görünür ki, bu müqavilə ilə xx.xx.2019-cu il tarixli, 01156286 saylı müqavilənin ayrılmaz hissəsi olan ödəmə cədvəli ləğv edilir, müştəri yeni sazişlə müəyyən edilmiş borc ödənişlərini xx.xx.2021-ci il tarixdən 23 ay müddətində hər ay 56,37 manat olmaqla ödəməyi öhdəsinə götürür. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20236645 nömrəli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan qiyməti 378 manat olan “Honor” markalı saatı və qiyməti 515,8 manat olan İMEİ kodu **********01885 “X4 8” markalı telefonu nisyə qaydada almış, malın qiymətini 25 manat ilkin ödəniş etməklə ayda 72,4 manat olmaqla, 12 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə sazişdən görünür ki, bu müqavilə ilə xx.xx.2020-ci il tarixli, 20236645 nömrəli müqavilənin ayrılmaz hissəsi olan ödəmə cədvəli ləğv edilir, müştəri ödənişləri yeni sazişlə müəyyən edilmiş xx.xx.2021-ci il tarixdən 17 ay müddətində hər ay 39,43 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2019-ci il tarixli, 01156286 nömrəli müqaviləyə olan xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə saziş üzrə 394,88 manat ödəmiş, 958 manat borcu qalmışdır. Ödənişlərin 450 gün gecikdirilməsinə görə 95 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli, 20236645 nömrəli müqaviləyə olan xx.xx.2021-ci il tarixli 01 saylı Əlavə saziş üzrə 276,74 manat ödəmiş, 433 manat borcu qalmışdır. Ödənişlərin 330 gün gecikdirilməsinə görə 43 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öhdəliyin mövcud olmasını sübutetmə yükü kreditorun, öhdəliyin icra edilməsini sübutetmə yükü isə borclunun üzərinə düşür. İddiaçının təqdim etdiyi sənədlər əsasında iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqavilələrinin bağlanaraq müqavilələrdə göstərilən əşyaların cavabdehə verilməsi öz təsdiqini tapır. Cavabdeh nisyə alğı-satqı müqavilələri üzrə öhdəliyini vaxtında və lazımınca icra etməsi barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh öhdəliyi pozduğundan iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliklərin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilələrin şərtlərinə uyğun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli, 01156286 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 958 manat ödənilməmiş hissə, 95 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 20236645 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 433 manat ödənilməmiş hissə, 43 manat dəbbə pulu olmaqla ümumilikdə 1529 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 35,29 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 01156286 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 958 manat ödənilməmiş hissə, 95 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 20236645 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə saziş üzrə 433 manat ödənilməmiş hissə, 43 manat dəbbə pulu olmaqla ümumilikdə 1529 (bir min beş yüz iyirmi doqquz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35,29 manat (otuz beş manat, iyirmi doqquz qəpik) pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(125)-1756/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1756/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver